Ali məktəbdə metodik iş


Ali məktəbdə təlim prosesi



Yüklə 39,8 Kb.
səhifə5/7
tarix21.05.2023
ölçüsü39,8 Kb.
#119137
növüQaydalar
1   2   3   4   5   6   7
Ali məktəbdə metodiki iş

Ali məktəbdə təlim prosesi

Ali məktəbdə təlim prosesinin mahiyyəti, məzmunu, məntiqi, strukturu və təşəkkülü haqqında aydın təsəvvürə malik olmadan, səmərəli pedaqoji fəaliyyət mümkün deyil.


Təlimin mahiyyətini dərk etmək üçün, hər şeydən əvvəl, onun komponentlərini müəyyənləşdirmək lazımdır.
Təlim prosesi zahirən öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti kimi təzahür edir. Bu fəaliyyət prosesində öyrədən qarşıya məqsəd qoyur, vəzifələri konkretləşdirir və məzmunu müəyyənləşdirir. Bundan sonra məzmuna uyğun vasitə, metod və materialı seçir və öyrənmə fəaliyyətini təşkil edir. Yəni, öyrənənləri təlim fəaliyyətinə istiqamətləndirir, təlim motivlərini inkişaf etdirir, onlara müstəqil işləmək yollarını öyrədir. Bundan sonra isə öyrənənlərin təlim əməyi stimullaş- dırılır, mənimsəmə səviyyələri qəbul olunmuş meyarlarla yoxlanılar, qiymətləndirilir və korreksiya işi aparılır. Öyrənən öyrədənin tapşırıqlarını icra edir, öz üzərində çalışır, əqli qabiliyyətlərini inkişaf etdirir, tədris proqramlarında nəzərdə tutulan məzmunu, fəaliyyət növlərini mənimsəyir. Yuxarıda qeyd etdiyimiz kimi, təlim - öyrədən və öyrənənin biri-birilə daxili əlaqədə və qarşılıqlı asılılıqda olan ikitərəfli fəaliyyətidir. Hər bir təlim fəaliyyəti bir qayda olaraq, müəyyən məzmunun mənimsənilməsinə yönəlmiş olur. Beləliklə, məlum olur ki, təlim prosesinin üç mühüm komponenti vardır:
• təhsilin məzmunu;
• öyrətmə fəaliyyəti;
• öyrənmə fəaliyyəti.
Hər üç komponent təlim prosesinin zahiri tərəfini əks etdirir.
Təlimin mühüm məqsədlərindən biri - ictimai münasibətlərin subyekti olan insanın istehsal proseslərinə, əmək fəaliyyətinə, sosial həyata hazırlanması prosesidir. Deməli, təlimin əsas sosial funksiyası konkret ictimai tələblərə uyğun şəxsiyyətin formalaşdırılmasıdır. Dövrün tələblərinə uyğun şəxsiyyətin yetişdirilməsi üçün əsas «tikinti materialı» bəşəriyyətin toplamış olduğu maddi və mənəvi dəyərlərdir. Təlimin mahiyyətini (deməli, həm də məzmununu) məhz bu dəyərlər müəyyənləşdirir. Şəxsiyyətin intellektual, Əxlaqi, emosional, iradi sferalarının inkişafı bu məzmunun mənimsənilməsindən asılıdır.
Təhsilin məzmununun əsas komponentləri aşağıdakılardır:
• təbiət, cəmiyyət, təfəkkür, elmi-texniki və fəaliyyət qaydaları haqqqında biliklər sistemi (bu biliklərin mənimsənilməsi insanın dünyanı dialektik-materialist surətdə dərk etməsini təmin edir, idrak və praktik fəaliyyətə düzgün metodoloji yanaşma tərzi formalaşdırır);
• bacarıq və vərdişlər sistemi (intellektual və praktik bacarıq və vərdişlər konkret fəaliyyət növlərinə yiyələnməyi təmin edir);
• münasibətlər sistemi (real varlığa, öyrənilən obyektə emosional və qiymətləndirmə münasibəti, başqa adamlara və özünə münasibət, ictimai, elmi, peşə fəaliyyətinin motivləri, tələbatlar, maraqlar və s.);
• müxtəlif fəaliyyət növləri;
• yaradıcılıq təcrübəsi.
Deməli, təlim prosesi öz mahiyyətinə görə həm də sosial prosesdir. Təhsilalanların inkişafı və formalaşması elmi biliklər sisteminə və fəaliyyət təcrübəsinə yiyələnməklə və bəşəriyyətin maddi və mənəvi mədəniyyətini mənimsəməklə həyata keçirilir. Biliklərin mənimsənilməsi, bacarıqların formalaşması əsasən iki yolla əldə edilir:
• reproduktiv (bərpaedici təfəkkür);
• produktiv (yaradıcı təfəkkür).
Təlim prosesi reproduktiv variantda qurulduqda, əvvəlcə faktların qavranılması baş verir. Sonra fakt və hadisələrin daxili əlaqə və asılılıqları öyrənilir, nəticədə anlama baş verir. Vasitəsiz anlama birdən-birə olur: ətral'dakı cisim və hadisələri bilavasitə anlayırıq. Vasitəsiz anlamanın əsasında məlum cisim və hadisə ilə naməlum arasında əlaqə yaratmaqdan ibarət olan tanıma durur. Bu halda uzun müddətli düşüncəyə ehtiyac qalmır. Vasitəsiz anlama cisim və hadisələrin düzgün qavranılmasından, təhrifə yol verilməməsindən asılı olur.
Vasitəli anlama zamanı isə müxtəlif axtarışlar aparmaq, qarşıda olan məsələni dərk etmək üçün yardımçı vasitələrdən istifadə etmək lazım gəlir.
Anlamada əsas şərt onun dəqiqliyi və dərinliyidir. Beləliklə, məlum olur ki, anlama əldə edilmiş biliklərdən istifadə etmək və biliklərə yiyələnmə zamanı zəruri olan zehni fəaliyyət göstərmək nəticəsində baş verir.
Tələbə anladığı əsas ideyaları, aparıcı tezisləri, arqumentləri, dəlilləri, nəticələri hafizəsində saxlamalıdır. Hallzə keçmiş təcrübənin qavranılıb hifz edilməsi sayəsində, sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. Təlim prosesində çox böyük əhəmiyyətə malik olan hafizə təfəkkürə əsaslanmalı və eyni zamanda təfəkkürü inkişaf etdirməlidir. Biliklər bir-birilə sıx əlaqədə və müəyyən sistemlə mənimsənilməli və hafizədə möhkəmləndirilməlidir.
Heç bir aktual fəaliyyət hafizə proseslərindən (nəqıləndirmə-öyrənmə, hifzetmə-yaddasaxlama, tanıma və yadasalma-xatırlama) kənarda mümkün deyildir. Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini, tamlığını və bütövlüyünü təmin edir. İnsanın hafizəsi onun keçdiyi həyat yolunun, keçmiş təcrübəsinin inikasıdır. Hafizəni «psixi həyatın əsas şərti», «psixi inkişafın məhək daşı» hesab edən Y.M.Seçenov onu (hafizəni) bütün psixi inkişafın təməlini təşkil edən qüvvə hesab edirdi.
Əgər bu qüvvə olmasaydı, qavranılan cisim və hadisələr özündən sonra iz buraxmasaydı, milyonuncu dəfə təkrar edildikdə belə, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı.
İstər materialın seçilməsində, istərsə də onların sistemə salınmasında diqqət və hafizənin fəaliyyəti üzvi surətdə çulğalaşaraq biri-birini şərtləndirir.
Diqqət və hafizə təlim materialının mənimsənilməsini təmin edir. Mənimsə materialla ilk tanışlıqdan başlayır və həmin materiala tam yiyələnməklə başa çatır. Yəni ləlim prosesinin nəticəsi kimi təzahür edir. Təlim materialının yaxşı mənimsənilməsi onu (materialı) aydın surətdə izah etməyə, mahiyyətini açıqlamağa, real fakt və dəlillərlə əsaslandırmağa, digər biliklərlə əlaqələndirməyə, əməli fəaliyyətdə tətbiq etməyə imkan verir.
Mənimsəmə fəal təfəkkür əməliyyatları və şüurlu fəaliyyət prosesində baş verir. Mənimsənilmiş material təcrübədə və əməli fəaliyyətdə istifadə olunduqda daha artıq möhkəmlənir. Materialın çətinlik dərəcəsindən asılı olaraq mənimsəmə prosesində müəyyən əqli gərginlik nəzərə çarpır. Əqli gərginliyi aradan qaldırmaq məqsədilə təfəkkür əməliyyatları təlim materialını daha əhatəli və dərindən dərk elməyə şərait yaradır. Ümumiyyətlə, mənimsəmə həmişə az, ya çox dərəcədə fəal şəkildə cərəyan edən prosesdir.

Yüklə 39,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin