Ali məktəbdə metodik iş


Ali məktəbdə tərbiyə işinin məzmunu



Yüklə 39,8 Kb.
səhifə4/7
tarix21.05.2023
ölçüsü39,8 Kb.
#119137
növüQaydalar
1   2   3   4   5   6   7
Ali məktəbdə metodiki iş

Ali məktəbdə tərbiyə işinin məzmunu

Respublikamızın müasir ictimai-siyasi və iqtisadi inkişaf səviyyəsində ali məktəbdə təhsil alanların tərkibi cəmiyyətin sosial-iqtisadi strukturu, gənclərin müxtəlif qruplarının ictimai və professional istiqamətləri, həyat və fəaliyyət perspektivlərinin xarakteri ilə müəyyənləşir. Bu mahiyyətdən doğan obyektiv və subyektiv amillərin aşkarlanaraq ali təhsilin nəzəriyyə və praktikasında nəzərə alınması gələcək mütəxəssis hazırlığının və tərbiyəsi işinin təkmilləşdirilməsinə təkan verir. Heç şübhəsiz, tələbə kontingentini formalaşdıran şəraitin və amillərin hərtərəfli öyrənilməsi ali məktəbdə tələbə gəncliyin təlimi və tərbiyəsi ilə bağlı mürəkkəb və çoxcəhətli vəzifələrdən «baş açmağa», mütəxəssis hazırlığı qarşısında duran bir çox önəmli vəzifələrin genezisini görməyə imkan verir.


Ali məktəbdə tələbə kontingentinin formalaşmasının əsasını, hər şeydən əvvəl, gənclərin orta təhsil səviyyəsində ümumi və xüsusi biliklərə malik olması, ikincisi, onlarda ictimai istehsalın müəyyən sahəsində fəaliyyət göstərməyə, müəyyən ixtisasa yiyələnmə potensialının mövcud olmasıdır. Gənclərin ümumi və xüsusi hazırlıq səviyyəsi bir qayda olaraq orta ümumtəhsil məktəbinin fəaliyyəti ilə əlaqələndirilir. Əlbəttə, bununla razılaşmaq olmaz. Orta ümumtəhsil məktəbi ali məktəbə daxil olan abituriyentlərin hazırlıq səviyyəsinə nə qədər ciddi təsir göstərsə də, yuxarıda qeyd olunan əsasların formalaşması təkcə məktəbin fəaliyyəti ilə məhdudlaşdırıla bilməz. Tələbə gənclərin həyat tərzinin, ictimai davranışının, peşə-ixtisas maraqlarının öyrənilməsi göstərir ki, tələbə kontingenti bir çox amillərin birgə təsiri ilə formalaşır. Bu obyektiv amilləri belə qruplaşdırmaq olar:
• ölkə iqtisadiyyatının ali təhsilli mütəxəssis kadrlarına olan tələbatı (ali məktəblərin sayı, müxtəlif fakültələrə qəbulun sayı və s. bununla müəyyən edilir);
• respublikada ali məktəblərin regional yerləşməsi;
• ali məktəbin, peşə və ixtisasın ictimai, yaxud akademik preslijliyi;
• şəhər və kənd gənclərinin maddi və mədəni həyal şəraiti:
• gəncləri əhatə edən sosial mühitin xarakteri;
• məktəb təhsili və tərbiyəsinin səviyyəsi və s
Tələbə kontingentinin formalaşmasının subyektiv amilləri sırasına gənclərin şəxsi maraqlan, idealları, mənəvi dəyərləri, qabiliyyətləri və s. daxildir. Bu amillərin hər biri ali məktəbə daxil olan gənclərin tərkibinin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edir.
Ali təhsil müəssisəsində tərbiyə prosesi mütəxəssis hazırlığının təmin edildiyi şəraitdən də asılıdır. Ali məktəbdə tərbiyə prosesinin spesifik xüsusiyyətlərini aşkar etmək üçün, hər .şeydən əvvəl, spesifik sosial qrup olan tələbəliyin əsas əlamətlərini müəyyən etmək lazımdır. Bu əlamətlər aşağıdakılardır:
• Tələbəlik - mobil sosial qrupdur, onun əsas məqsədi müəyyən proqram əsasında maddi və mənəvi istehsal sahəsi üçün yüksək peşəkarlar hazırlığının təmin olunmasıdır.
• Ali təhsil - insan ömrünün müəyyən bir kəsiyidir. Odur ki, tələbə kollektivinin mütəxəssis şəxsiyyətinin inkişafına təsiri müvəqqəti xarakter daşıyır. Halbuki istehsal kollektivinin şəxsiyyətə təsiri daha uğurlu və davamlıdır. Çünki fərd istehsal prosesində daha uzun müddət iştirak edir.
• Təhsil, təlim, tərbiyə - tələbəliyin əsas fəaliyyət növləridir.
• Tələbələrin tərkibinin yüksək müsabiqə yolu ilə müəyyənləşdirilməsi cəmiyyətin müasir inkişaf səviyyəsi üçün obyektiv zərurətdir.
• Tələbələr müxtəlif sosial qrupun nümayəndələrini əhatə etdiyindən, bu qrupların tipik əlamətlərini və xüsusiyyətlərini özündə əks etdirdiyindən bunu ali məktəbin tərbiyə prosesində nəzərə almaq vacibdir.
• Tələbə gəncliyə cəmiyyətin müxtəlif ictimai və peşə-ixtisas qrupları ilə intensiv və geniş əlaqələrə girmək xarakterikdir.
• Tələbəlik iqtisadi mənada əməyin subyekti deyil, əsasən, təlim idrak prosesinin və ürsiyyətin subyektidir.
• Tələbəlik kollektiv fəaliyyətin müxtəlif formalarını həyata keçirməklə fərqlənir.
• Tələbəlik həyatının və məişətinin təşkilinin kollektiv formaları üstünlük təşkil edir.
Ali məktəbdə təhsil-tərbiyə işi təşkil edilərkən, tələbə gənclərə xas olan bu spesifik xüsusiyyətlər nəzərə alınmaqla gələcək mütəxəssis kimi əmək fəaliyyətində müvəffəqiyyətini təmin edən peşə keyfiyyətlərinin formalaşdırılması təmin olunmalıdır. Buna görə də aparılan təhsil-tərbiyə işi dövrün inkişaf tempinə uyğun və effektiv olmalı, yəni gözlənilən nəticələrə gətirib çıxarmalıdır. Təhsil-tərbiyə prosesinin effektivliyi tərbiyənin vasitələrindən və vaxtdan səmərəli istifadəni, .şəxsiyyətin daxili aləmindəki deformasiyaları aradan qaldırmağı və onun məqsədəuyğun istiqamətə dəyişməsini nəzərdə tutur.
Ali məktəbdə tərbiyə işi, tələbə şəxsiyyətinin maksimum inkişafını təmin etməklə, ali təhsilli mütəxəssis üçün zəruri olan keyfiyyətlərin formalaşdırılması prosesidir.
Tərbiyə prosesində iki tərəf iştirak edir:
• pedaqoji vəzifələri müəyyənləşdirən, məqsədəuyğun vasitə və metodlar seçən, nəticələri yoxlayan, korreksiya işi aparan, öz fəaliyyəti, hərəkətləri, davranış tərzi ilə fərqlənən tələbələrə məqsədyönlü təsir edən müəllim;
• tərbiyəvi təsirlərə məruz qalan, ona müəyyən münasibət bəsləyən, müxtəlif yaşantılar keçirən, fəallıq, yaxud passivlik göstərən tələbə.
Deməli, ali təhsil müəssisəsində tərbiyə müəllimlərin və tələbələrin qarşılıqlı fəaliyyətidir. Bu fəaliyyətin müvəffəqiyyəti, bir tərəfdən öyrədəndən, tərbiyə edəndən, digər tərəfdən təhsil və tərbiyə alandan, üçüncü tərəfdən isə, təhsil, təlim və tərbiyənin qarşılıqlı əlaqə zamanı tətbiq edilən metodlardan asılıdır. Bu və ya digər əlaqə və asılılıqlar arasında həm ümumi, həm də fərqli cəhətlər vardır. Təlim və tərbiyənin hər birinin məqsədi, məzmunu, prinsipləri, metodları, şərtləri, nəticələri, qanunauyğunluqları vardır ki, fərqlər də buradan irəli gəlir.
Ali təhsil müəssisəsində tələbənin tərbiyəsinin əsas istiqamətləri aşağıdakılardır:
• aktiv təlim fəaliyyətinin təmin edilməsi;
• ictimai və digər tapşırıqların verilməsi və icrası;
• motivlərin inkişaf etdirilməsi və s.
Ali məktəbdə tələbənin tərbiyəsi işini səmərəli qurmaq üçün onun hər bir şəxsi-psixoloji keyfiyyətini, tələbatını, psixoloji strukturunu dərindən bilmək lazımdır. Unutmaq olmaz ki. hər hansı bir şəxsi keyfiyyətin formalaşmasının başlanğıcı müəyyən hadisələr və faktlarla bağlıdır. Bunların düzgün müəyyənləşdirilməsi mənimsədilən və formalaşdırılan keyfiyyətə müsbət münasibət və inam yaranır. Daha sonra intellektual, emosional, iradi və motivləşmə prosesinin sintezi baş verir, keyfiyyətlərin sabit xəlitəsi yaranır. Bütün bunlar yalnız və yalnız fəaliyyətdə baş verir. Məsələn, ali məktəbdə tələbədə öz ixtisasına maraq və məhəbbət onda seçdiyi ixtisasla bağlı aydın təsəvvürlərin, biliklərin formalaşdırılması və ixtisasının ictimai əhəmiyyətini dərk etməsi ilə formalaşdırılır. Bununla yanaşı, hər bir tələbədə öz peşəsinin yararlılığına inam oyatmaq, ali məktəbdə tədris edilən bütün fənlərin faydalılığını dərk etdirmək, tələbənin şəxsi istək və arzuları ilə cəmiyyətin tələblərini uzlaşdırmaq, cəmiyyət quruculuğunda yerini və rolunu başa salmaq, qabaqcıl mütəxəssislərin iş təcrübəsini öyrətmək, özünütəkmilləşdirmə-yə və özünütərbiyəyə səy oyatmaq lazımdır.
Ali məktəbdə tərbiyənin prinsiplərini orta məktəbdə tərbiyənin prinsipləri ilə eyniləşdirmək olmaz. Ali məktəbdə tərbiyə prosesinin özünəməxsus xüsusiyyətləri olduğundan burada məktəb prinsiplərindən başqa, xüsusi prinsiplər də mövcuddur.
Ali məktəb müəllimi tələbə qrupunun tərkibini, onların hər birinin fərdi xüsusiyyətlərini, tərbiyəlilik səviyyəsinin tərbiyəvi təsirlərə münasibətlərini nəzərə alaraq, tərbiyənin yollarını müəyyənləşdirməlidir. Pedaqoji, psixoloji faktorlardan səmərəli istifadə yollarını, mənfi təsirləri (məsələn,psixoloji baryeri, təlimə formal münasibəti və s.) aradan qaldırmaq vasitələrini ali məktəb müəllimi özü axtarıb tapmalıdır.
Tələbənin tərbiyəsinin əsas yolu aktiv praktik fəaliyyətdir.
Aktiv praktik fəaliyyət tələbədə təlimə, kollektivə, özünə və başqalarına düzgün münasibətlər sistemi formalaşdırır və gələcək mütəxəssisin inkişafını təmin edir.
Buradan çıxan məntiqi nəticə odur ki, təlimi, tərbiyəni və inkişafı heç kəsə «hazır» şəkildə «təqdim etmək» mümkün deyil. Təhsilə, təlimə, tərbiyəyə, deməli, həm də inkişafa istiqamətlənən hər kəs buna öz şəxsi fəallığı, şəxsi qüvvələri və səyi sayəsində nail olmalıdır. Xaricdən ancaq müəyyən təhrik, stimul ola bilər. Təlim-tərbiyə incəsənəti də yalnız və yalnız kimisə nəyəsə təhrik etmək incəsənətidir. Şəxsi qüvvələrini sərf etmədən, səy göstərmədən qazanılan - insanın «özününkü» deyil (A.V.Disterveq)



Yüklə 39,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin