Ali məktəbdə metodik iş



Yüklə 39,8 Kb.
səhifə3/7
tarix21.05.2023
ölçüsü39,8 Kb.
#119137
növüQaydalar
1   2   3   4   5   6   7
Ali məktəbdə metodiki iş

Seminar məşğələləri
Seminar - ali təhsil sistemində praktik məşğələlərin əsas formalarından biri olub, bu və ya digər fənnin dərindən öyrənilməsinə və metodoloji əsasının mənimsənilməsinə xidmət edir.
Seminar məşğələləri özünün çevikliyi ilə fərqlənir, fənnin xüsusiyyətlərindən, ilk mənbələrin xarakterindən, tələbələrin, hazırlıq səviyyəsindən asılı olaraq seminarlar ən müxtəlif formalarda və kombinasiyalarda təşkil olunur.
Seminarlar tələbələrin yaradıcı müstəqilliyini inkişaf etdirir, elmə olan marağını artırır, elmi-nəzəri bilikləri həyalla əlaqələndirmək imkanı verir, praktik bacarıqlar formalaşdırır, ən başlıcası, elmi-tədqiqatçıhq səyi aşılayır.
Seminar məşğələlərində tələbələr müvafiq elmin strukturu, anlayış-terminologiya sistemi ilə tanış olur, informasiyaları şifahi və yazılı şəkildə təqdim etmək məharətinə yiyələnir, elmi müddəaları və nəticələri əsaslandırmağı, öz mövqeyini müdafiə elməyi öyrənir.
Seminarlar ali məktəbdə müxtəlif təlim-tərbiyə vəzifələrinin həllinə şərait yaradan praktik məşğələ fonnasıdır. O. həm də mütəxəssis hazırlığı ilə bağlı problemlərin həlli üçün əlverişli şərait yaradır.
Etiraf etmək lazımdır ki, seminarlar elmi informasiyaların ilk mənbəyi kimi mühazirələrdən asılı olsa da, öz pedaqoji me-todik imkanlarına görə mühazirələrdən daha zəngindir. Əslində, mühazirələri və seminar məşğələlərini biri-birindən ayırmaq olmaz. Təkcə bunu demək kifayətdir ki, mühazirədə müvafiq elmi-nəzəri biliklər təqdim olunmamışsa, seminarı aparmaq, demək olar ki, mümkün olmur. Bu halda seminar müəllimi mühazirəni dublyaj etmədən zəruri elmi-nəzəri informasiyaları verməklə tələbələrin müstəqil işləri üçün şərait yaratmaqla seminar məşğələsini təşkil etməlidir. Semnar məşğələləri mühazirələri əvəz edə bilməz. Seminarlarsız mühazirələr isə kifayət qədər dolğun və tam olmaz.
Əlbəttə bu əlaqə bir sıra fənlər üzrə mühazirələrin seminar və praktik məşğələlər olmadan təşkilini istisna etmir). Müasir ali təhsil sistemində seminar-humanitar və texniki fənlər üzrə əsas praktik məşğələ formasıdır. Seminar məşğələləri, hər şeydən əvvəl, tələbələrdə elmi təfəkkür mədəniyyəti inkişaf etdirir, fənni daha dərindən öyrənməyə, elmi idrakın metodologiyasını mənimsəməyə geniş imkanlar açır. Seminar məşğələləri tələbələri nəzəri biliklərin tətbiqi ilə bağlı bacarıq və vərdişlərlə silahlandırır ki, bu da seminar məşğələsinin əsas didaktik funksiyasıdır.
Seminar məşğələlərinin digər funksiyaları aşağıdakılardır:
• yaradıcı ləfəkkürii inkişaf etdirmək;
• idrak motivlərini inkişaf etdirmək:
• professional bilikləri tədris prosesində tətbiq etmək;
• müvafiq elmin anlayış-ıerminologiya sistemini mənimsətmək; o anlayışlardan, təriflərdən, formullardan, qaydalardan istifadə bacarığı aşılamaq;
• intellektual problem və məsələləri qoymaq və həll etmək bacarığı formalaşdırmaq:
• öz mülahizələrini, baxışlarını, mövqelərini, yanaşına tərzlərini ə.saslandırmaq bacarığı inkişaf etdirmək;
• biliklərin təkrarı və möhkəmləndirilməsini təmin etmək;
• nəzəri biliklərin dərinləşdirilməsi, genişləndirilməsi, konkretləşdirilməsi və sistemləşdirilməsini təmin etmək;
• müstəqil işləmək bacarıq və vərdişləri formalaşdırmaq;
• nəzarət və korreksiya:
• pedaqoji kommunikasiyanı reallaşdırmaq

Tələbələr elmin nəzəri və metodoloji əsaslarını məhz «.seminar məşğələsi» adlı «laboratoriya»da öyrənir, görüş dairələrini genişləndirir, hadisələrə öz münasibətlərini bildirməyi, elmi həqiqətləri axtarıb tapmağı öyrənirlər. Buna nail olmaq üçüm seminar məşğələləri elmin daha çox mübahisəli, ziddiyyətli məsələlərinə həsr olunmalı, diskussiya üçün şərait yaradılmalı, tələbələr tərəfindən yazılmış məruzə və referatlar geniş müzakirə olunmalıdır. Göründüyü kimi, seminar məşğələsi çoxkomponcnlli mürəkkəb bir prosesdir. Onun səmərəliliyi, hər şeydən əvvəl, müəllimlə tələbə qrupunun işgüzar əməkdaşlığından, hər iki tərəfin idrak fəallığından və məhsuldar işləmək bacarığından asılıdır. Seminar məşğələlərinin səmərəliliyini təmin edən digər amillər aşağıdakılardır:



  • oxunan mühazirənin məzmunu;

  • müəllimin elmi-pedaqoji və metodiki hazırlıq səviyyəsi:

  • seminar məşğələlərinin mühazirə ilə sıx əlaqəsi;

  • tələbələrin mühazirəni dinləmək, qeydlər götürmək və

  • müstəqil işləmək bacarığı;

  • tələbələrin nəzəri bilikləri tətbiq etmək bacarığı;

Seminar məşğələsi mühazirə prosesində əldə olunmuş bilikləri olduğu kimi təkrarlamamalıdır. Əksinə, onu tamamlamalı, dəqiqləşdirməli və zənginləşdirməlidir. Mühazirə isə öz növbəsində seminar məşğələlərini istiqamətləndirməli və onu informasiyalarla təmin etməlidir.


Seminar məşğələsinin səmərəliliyini təmin edən faktorlardan biri də onun düzgün planlaşdırılması və sualların düzgün qoyuluşudur.
Tələbələrin seminara hazırlaşması üçün zəruri vaxtın müəyyən edilməsi də əhəmiyyətli şərtlərdəndir. Tələbələrin mövzuya hazırlaşması seminar məşğələsinə bir-iki həftə qalmış başlamalıdır. Əvvəlcə mühazirə mətni və dərslik nəzərdən keçirilməli, sonra isə təklif olunan ədəbiyyat öyrənilməlidir və icmal laşdırılmalıdır.
Seminar məşğələlərinə müvafiq kafedralar rəhbərlik etməli, mübahisəli məsələlər, yeni dərsliklər, tədris vəsaitləri, metodik ədəbiyyat öyrənilməli, müzakirə edilməli, fikir mübadiləsi aparılmalıdır. İlk seminar məşğələsi təlimati xarakter daşımalı, seminar müəllimi tələbələri fənnin proqramı, müvafiq dərsliklər, tədris vəsaitləri, keçiləcək seminar məşğələlərinin özünəməxsus xüsusiyyətləri, məşğələlərdə daha çox nələrə diqqət veriləcəyi qeyd olunmalıdır. Tələbələrə ilk mənbələr üzərində iş metodikası, plan, tezis, konspekt, icmal, referat hazırlamağın qaydaları öyrədilməlidir.
Seminar məşğələlərinin uğurlu və effektiv aparılması üçün müəllim tədris etdiyi elmin inkişafı ilə əlaqədar yenilikləri və problemləri tələbələrin nəzərinə çatdırmalı, fikir mübadiləsi aparmalı və bu yolla tələbələrdə elmi axtarıcılıq ehtirası oyatmalıdır.


Yüklə 39,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin