Ali-Muhəmmədin sirləri
31
söylədiyini eşitmişik: “Ya Əli, onlar öz aralarında nə edəcəkləri barədə əhd
bağlayıblar, bir yazı ilə bunu imzalayıblar ki, əgər (Muhəmməd (s)) ölsə və ya
öldürülsə sənə qarşı çıxacaq və bu işdən kənarda tutacaqlar”.
Sən də demişdin: “Atam
və anam sənə fəda olsun, ey Rəsulallah! Bu baş verdikdə
mən nə edim?” Peyğəmbər (s) cavabında sənə buyurmuşdu: “Əgər yardımın
olsa on-
lara qarşı mübarizə apar, əgər yardımın olmazsa, beyət et və qanını qoru”.
İmam Əli (ə) dedi: “Allaha and olsun ki, əgər mənə beyət edən qırx
nəfər
mənə vəfa göstərsəydilər, Allah yolunda sizinlə mübarizə aparardım. Lakin,
Allaha
and olsun, qiyamətə qədər ikinizin ardınca sizdən heç kim onu əldə edə
bilməyəcək.
Dostları ilə paylaş: