52
Suleym ibn Qeys Hilali
Bu kəslər Peyğəmbərdən (s) sonra da ümmətin içində qaldılar, yalan, gü-
nah, nifaq və böhtanla zəlalət imamlarına və oda çağıranlara yaxınlaşdılar. On-
lara vəzifələr verildi, camaatın boynuna mindirdilər və onlar sayəsində dünya-
dan faydalandılar. Həqiqətən Allahın
qoruduğu kimsələrdən başqa, insanların
hamısı dünyada padşahlarla birlikdədirlər. Bu, dörd nəfərdən birincisi idi.
İkincisi Peyğəmbərdən (s) bir şey eşitmişdi, amma onu olduğu kimi
əzbərləməmişdi, bəzi şeyləri də xəyal etmişdi. Ancaq qəsdən yalan da-
nışmaz. O, əlindəki hədisi söyləyir və özü də ona əməl edir. Deyir: “Mən
bunu Peyğəmbərdən (s) eşitdim”. Əgər müsəlmanlar onun söylədiyi hədisin
xəyalının
məhsulu olduğunu bilsəydilər, onu əsla qəbul etməzdilər. Həmçinin o
da söylədiyinin xəyal məhsulu olduğunu bilsəydi, onu tərk edərdi.
Üçüncü şəxs Peyğəmbərin (s) əmr etdiyi bir şeyi eşitmişdi. Amma son-
ra Peyğəmbər (s) onu qadağan etmişdi. Lakin həmin şəxs qadağan edildiyini
bilməmişdi. Yaxud Peyğəmbərin (s) bir şeyi qadağan etdiyini eşitmiş, amma
sonra Peyğəmbər (s) onu yerinə yetirməyi buyurmuşdu.
Lakin həmin şəxs bu
əmrdən xəbərsizdir. Eləcə də, mənsuxu (hökmü ləğv ediləni) əzbərləməmiş,
lakin nasixi (hökmü ləğv edəni) unutmuşdur. Əgər onun hökmünün ləğv edil-
diyini bilsəydi mütləq onu tərk edərdi. Həmçinin müsəlmanlar da hökmün ləğv
edildiyini bilsəydilər bunu eşitdikləri zaman tərk edər və əsla qəbul eləməzdilər.
Dördüncü şəxs Allaha və Peyğəmbərə (s) yalan isnad etməz. Çünki yala-
na
nifrət edir, Allahdan qorxur və Peyğəmbəri (s) də əzəmətli tutur. Xəyalını
söylədiyinə qarışdırmaz. Eşitdiklərini olduğu kimi əzbərləmiş və eynilə eşitdiyi
kimi də onu nəql edər. Ona bir şey artırmaz və ondan bir şey azaltmaz. Nasixi
də, mənsuxu da əzbər bilir. Nasixə əməl edər və mənsuxu isə tərk edər.
Peyğəmbərin (s) hədislərindəki əmr və qadağalarda da eynilə Quran kimi
nasix və mənsux, xüsusi və ümumi, möhkəm və mütəşabeh vardır. Bəzən
Peyğəmbərin (s) söylədiyi sözün iki tərəfi olur: ümumi və xüsusi.
Eynilə Qu-
randa olduğu kimi. Onu eşidənlər Allahın və Peyğəmbərin (s) bu sözündəki
məqsədin nə olduğunu bilməzlər.
Peyğəmbərin səhabələrinin hamısı ona sual verdiklərində aldıqları cavabı
tam anlamazdılar. Onlardan bəziləri sual verər və izahını gözləməzdilər. On-
lar bir kəsin və ya bir bədəvi ərəbin gəlib Peyğəmbərə (s) sual verməsini və
Peyğəmbərin də (s) verəcəyi cavabı dinləməyi sevərdilər.
Amma mən hər gündüz bir dəfə və hər gecə bir dəfə olmaqla hər gün
Peyğəmbərin (s) yanında olardım. O, mənimlə tək qalardı. O hansı tərəfə
çevrilsə mən də onunla birlikdə çevrilərdim. Peyğəmbərin səhabələri də onun
məndən başqa heç kəslə belə rəftar etmədiyini bilirdilər. Bu
görüş bəzən mənim
Ali-Muhəmmədin sirləri
53
evimdə olurdu. (Həmin vaxt) Peyğəmbər mənim yanıma gəlirdi. Mən nə vaxt
onun evlərindən birinə getsəm zövcəsini otaqdan çıxarar, məndən və ondan
başqa heç kimsə qalmazdı. Amma mənim evimə gəldikdə Fatimə və iki oğlum-
dan heç biri yanımızdan ayrılmazdı.
Mən soruşduqda cavab verirdi. Mən susduqda, ya da suallarım
bitdikdə isə
o danışmağa başlayardı. Ona nazil olub mənə oxumadığı və mənim də təkrarən
ona oxumadığım bir dənə belə ayə yoxdur. Onları mənə imla etdi və mən də öz
xəttimlə yazdım. Bütün bunları anlamağım və əzbərləməyim üçün də Allaha
dua etdi.
Allahın kitabından əzbərlədiyim, təfsirini mənə öyrətdiyi və yazdığım heç
bir ayəni unutmadım. Peyğəmbər (s) halal və haramlardan, əmr
və qadağan-
lardan, itaət və günahlardan, qiyamətə qədər olan və olacaqlardan Allahın ona
öyrətdiyi heç bir şeyi tərk etmədən hamısını mənə öyrətdi. Mən də əzbərlədim
və onlardan bir hərfi ni belə unutmadım. Sonra əlini sinəmə qoyaraq Allahın
sinəmi elm, fəhm, fi qh, hikmət və nur ilə doldurmasını, əsla cahil olmayacağım
şəkildə öyrətməsi, unutmayacağım şəkildə əzbərlətməsi üçün dua etdi.
Bir gün ona dedim: “Ey Allahın peyğəmbəri! Mənim üçün dua etdiyin
gündən bəri mənə öyrətdiklərindən heç bir şeyi unutmadım. Elə isə niyə mənə
imla edirsən və mənim onları yazmağımı buyurursan? Mənim unudacağım-
dan qorxursan?” Buyurdu: “Ey qardaşım! Sənin cahil olacağın və unudaca-
ğın barədə əsla qorxum yoxdur. Sənin və səndən
sonra gələcək şəriklərinin
barəsində etdiyim duanı Allah qəbul etdiyini mənə bildirib”.
Dostları ilə paylaş: