AzKÇ-də bütün bir fəsil kvalifikasiyaların keyfiyyət təminatına həsr olunub.
AzKÇ təhsil müəssisələrində daxili keyfiyyət təminatı mexanizmlərinə ehtiyac olduğunu vurğulayır.
AzKÇ Avropa Standartları və Təlimatlarına istinad edir və bu, AKÇ-nin 5-ci meyarına uyğundur.
Problemlər:
Keyfiyyət təminatı üzrə fəsildə (5) bir sıra təkrarlar və qeyri-müəyyən ifadələr vardır. Zəhmət olmasa, sonda yer almış “AzKÇ-nin mətni ilə bağlı suallar və məsələlər” bölümünə baxın.
Azərbaycanın xarici keyfiyyət təminatı sistemi hələ ki Avropa Standartları və Təlimatlarının prinsiplərinə uyğun deyildir: hal-hazırda, nə daxili keyfiyyət təminatı mexanizmləri, nə də ki təlim nəticələrinin əldə edilməsi qiymətləndirilmir. TN tərəfindən aparılan çoxcavablı testlər təlim nəticələrinin qiymətləndirilməsi üçün münasib deyildir; onlar tələbə və müəllimlərin problemlərin həlli və qrup işi kimi daha innovativ və yaradıcı təlim və tədris metodlarına maraqlarını artırmaqdansa, daha çox faktların əzbərlənməsini dəstəkləyir,
Keyfiyyət təminatı fəsli təkrar və qeyri-müəyyən ifadələrin aradan qaldırılması üçün təshih edilməlidir.
Xarici keyfiyyət təminatı mexanizmlərinin əsaslı dəyişikliklərə ehtiyacı vardır, məs., akkreditasiya aparan quruma müstəqilliyin verilməsi, universitetlərin tələbələrin təlim nəticələrini əldə etməsini necə dəstəklədiyi üzrə qiymətləndirmə tələblərinin tətbiq edilməsi və s.