Təhsilverənlərin daxili keyfiyyət təminatı sisteminin xarici qiymətləndirilməsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılması;
Keyfiyyətin xarici qiymətləndirilməsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilməsi;
Bəzi anlayışlar qeyri-müəyyəndir və/və ya aydın deyildir, məs., “5.1 AzKÇ keyfiyyəti təmin olunmuş kvalifikasiyalar çərçivəsidir.”
5.4-cü paraqrafın birinci bəndi daha qısa şəkildə ifadə olunmalıdır, məs., “kvalifikasiya verən müəssisələr”.
6-8-ci səviyyələrin deskriptorlarında qeyd olunur ki, məzun “……şifahi VƏ YA yazılı şəkildə iştirak edə bilir”. Güman edirik ki, VƏ YA-nın əvəzinə VƏ olmalıdır.
Əsas anlayışda verilən terminlərin geniş siyahısı çox güman ki faydalıdır, lakin bütün terminlərin AzKÇ üçün zəruri olduğunu hesab etmirik.
Əsas anlayışlar ümumiləşdirmə səviyyəsi baxımından nəzərdən keçirilməlidir, məs., Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (AATMKÇ) və Peşə Standartlarının Beynəlxalq Təsnifatı (PSBT-08) tərifindəki təfərrüatlar.
Əsas anlayışlarda təsvir olunan terminlərin hamısı AzKÇ-nin mətnində istifadə olunmur, məs., Bolonya prosesi, peşəkar assosiasiya.