BEŞ AY ƏSİRLİKDƏ
Kamil Dadaş oğlu Hüseynov 1953-cü ildə anadan olub. Xocalı faciəsində həyat yoldaşı Məlahət
ayağından yaralanıb, yeddi yaşlı qızı Maral Hüseynova, 22 yaşlı qardaşı qızı Rəsmiyyə Hüseynova, 17 yaşlı
qardaşı oğlu Emin Hüseynov vəhşicəsinə qətlə yetirilib. Onlarla qohumunu itirmiş bu gənc düz beş ay girov
saxlanılıb.
Kamil də fevralın 25-də başqa həmyerliləri kimi postda olub. Şəhərin atəşə tutulmasını həmişə
gördüyündən bu dəfə də dəhşətə düşməyib. Ancaq rus tanklarının və BTR-lərinin vahiməli hücumu onları da
postdan çıxmağa məcbur edib. Evlərində ailəsini tapmayan Kamil camaata qoşulub Kətik dağına çıxır. Orda da
ailə üzvlərindən bir xəbər bilməyib yenidən Xocalıya qayıdır. Ermənilərin kənddə qətlə yetirdiyi Mətanətin
meyidini aparıb, bir evə qoymağa kömək edir. Yenidən bir neçə nəfərlə Kətik meşəsinə tərəf yönəlir, bu
vəhşilikdən qurtulmağa çalışır.
[22-23]
Dostları ilə paylaş: |