14
MƏZARSIZ ŞƏHİDLƏRİN ATASI
Ağayev Səttar Muxtar oğlu 1937-ci ildə anadan olub. Xocalı faciəsində on yaşlı oğlu Vüsalı və 29 yaşlı
oğlu, Milli Ordunun əsgəri Zahid Ağayevi itirib. 35 gün əsirlikdə qəddar ermənilərin işgəncələrinə məruz qalıb.
Səttarın dediklərindən: —Mən ayın 25-də Mehdikənd tərəfdə yerləşən postda idim. Şəhərin hər
tərəfində şiddətli atışma gedirdi. Birdən Şakir Orucov bizim posta gəlib bildirdi ki, ermənilər artezian tərəfdən
şəhərə doluşub. Bizi mühasirəyə alacaqlar. Sürünə-sürünə atəşdən qurtarıb kəndə girdik. Ailə üzvlərimlə,
qonşularla birlikdə Kətik meşəsinə qaçdıq. Ermənilər Ağdama gedən meşə yollarını kəsmişdilər. Bizi atəşə
tutdular. On yaşlı oğlum Vüsal yaralandı. Soyuqdan, acından və yaradan ikinci gün öldü. Mən onun meyidinin
yanında oturub ağlayırdım. Hərə bir səmtə qaçıb dağılmışdı. İki nəfər erməni qulduru qəlib məni avtomatın
qundağı ilə döydü, meyiddən aralayıb, Dəhraz kəndinə apardı. Vüsalın meyidi meşədə qaldı.
Dəhrazda məndən soruşdular ki, Xocalıda nə qədər milli ordu əsgəri və OMON-çu var. Düzünü desən,
səni buraxacağıq. Dedim ki, bizdə nə OMON, nə də milli ordu əsgəri var. Cəmi qırx nəfər milisimiz var.
— Sənin familiyanda milli orduda qohumun var, ya yox?
[21-22]
Dedim ki, bizdə milli ordu olsaydı, tezliklə Xocalıya girə bilərdinizmi?
Sonra onlar mənə üç ədəd qumbara, Xocalıda oğlumun rəhbərlik etdiyi vzvodun siyahısını və oğlum
Zahidin pasportunu göstərib, məni təpikləyə-təpikləyə apardılar və bir meyid göstərdilər. Üzündəki örtüyü
açıb—bu kimdir? —dedilər.
29 yaşlı oğlum Zahidin meyidini görəndə başıma döyüb, meyidin üstünə yıxıldım. Ermənilər həm məni,
həm də oğlumun meyidini təpikləməyə başladılar. Sonra məni də burdakı əsirlərlə birlikdə Xankəndinə
gətirdilər. Bizi Xocalıda düşürüb, yolda möhkəm əzişdirdilər. Xankəndində dişlərimi çəkdilər. hamımızı dəmirlə
huşumuz itənə qədər döydülər. Günlərlə nə su, nə də çörək verirdilər. Şaxta olduğundan ayaqlarımın əti və
dırnaqlarım qopub düşdü. Ayaqlarımın sümüyü qalmışdı. 35 gün olmazın işgəncə verəndən sonra məni
dəyişdirdilər.
... Bəli, indi Səttar kişi hələ də ağrıların giziltisini hiss edir. Onu ən çox incidən məzarsız qoşa şəhid
oğlu, bir də dağlı Xocalı yarasıdır.
Dostları ilə paylaş: