Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   2   3   4   5   6   7   8   9   ...   56
 

 

BAKILI 21 NƏFƏR 

 

1992-ci ilin yay aylarında Bakıdan Xocalıya iyirmi bir nəfərdən ibarət könüllü dəstə  gəldi. Onların 

komandiri Aqil Quliyev idi. Ermənilər bu 21 nəfər gələndən sonra daha da vahiməyə düşdülər. Tofiq,

 [15-16]


  

Baba Nəzərlinin oğlu Hikmət, balaca Elçin, böyük Elçin, İlqar, Cabbar, Vidadi, Cəbrayıl, «vəhşi» ləqəbi ilə 

tanınan Fikrət, Hafiz, İsmayıl, Azər, həkim Elşən, Məlikağa, «Axund» ləqəbli Mübariz, uzun İsmayıl, Fariz, 

İlham, Azad, Nizami—hərəsi bir orduya bərabər oğlanlar idi. Azərbaycan deyilən yeddi milyonluq bir 

məmləkətdən Xocalıya kömək edən bu iyirmi bir nəfər idi. Onlar xocalılarla qaynayıb-qarışmışdı. Tez-tez 

ətraflara hücum edir, erməni tikililərini darmadağın edirdilər. Bir dəfə Xankəndindən gələn 366-cı alayın üç 

BTR-ni və sursat dolu maşınlarını ələ keçirdilər. Bundan acıqlanan 366-cı polkun komandiri böyük bir dəstə ilə 

Xocalı milis şöbəsinə soxuldu və növbədə dayanan üç-dörd milisi tərk-silah edib Yerə uzandırdılar. Aqilin 

dəstəsi və Xocalı milli batalyonu şöbəni mühasirəyə alıb, 366-cı polkun əsgərlərini də  tərk-silah edərək  əsir 

götürdülər. Bəli, təkcə ermənilər yox, 366-cı polk da xocalılardan it kimi qorxurdu. Sonra İcra hakimiyyəti 

başçısının müavini Göyüş Həsənov BTR-ləri və silahları ruslara qaytardı. Bildirdi ki, Dadaş Rzayevin əmridir. 

Guya, Dadaş Rzayev deyib ki, onlar bizim Gəncə diviziyasının texnikasıdır. Qaytarılan sursat və BTR-lər ruslar 

tərəfindən ermənilərə bağışlandı. 

Zeynalov Zeynal bu cavanlara atalıq, Zeynalova Şövkət isə analıq edirdi. Onları korluq çəkməyə 

qoymur, paltarlarını yuyub təmizləyirdilər. 

Bir dəfə isə ermənilərin bir ağ «Niva»sı aylardan bəri erməni maşını keçə bilməyən Xocalının içi ilə 

gəlib keçdi. Bu hamını dilxor etdiyi kimi 21 nəfəri də sarsıtdı. 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin