Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   6   7   8   9   10   11   12   13   ...   56
ÖLÜM ƏL ÇƏKMİRDİ 

 

Hətəmova Nazilə hilal qızı, 39 yaşında, II qrup əlil: Naxçıvanik altında yaralandım. Yanımda çoxlu 

ölən vardı. 9 yaşlı Xatirənin anası yanımda öldü. O, yaralıykən paltosunu çıxardı, 13 yaşlı oğlu Raminə verib 

yalvardı ki, barı heç olmasa, sən salamat qal, camaata qoşul get. Balaca Xatirə ayağa qalxıb “Ay Nazilə xala, 

mamama kömək elə!” deyəndə onu da vurdular. Xatirə  də paltosunu çıxarıb, özündən kiçik bacısı  Xəyaləyə 

geyindirmişdi. Ermənilər meyidlərə yaxınlaşıb qızıllarını, pullarını soyurdular. Mən Raminə və Xəyaləyə dedim 

ki, uzanıb, özünüzü ölülüyə vurun. Qoy erməni elə bilsin ki, ölmüşük. Sonra atışma başladı. Ermənilər «türkeri 

kama»,—deyib qaçışdılar. Milli ordumuzun əsgərləri gələndə biz qorxumuzdan başımızı qaldırmırdıq. 

Qorxurduq ki, ermənilər olar. Azərbaycanca danışıqlarını eşidəndə köməyə çağırdıq. Bizi qucaqlarına alıb, xeyli 

aralıda dayanan maşınlara tərəf apardılar. Ağdama göndərmək üçün məni və başqa iki nəfər yaralı kişini bir 

«Niva» maşınına qoydular. Maşın iki-üç metr getməmişdi ki, minaya düşdü. Maşındakı   yaralının biri öldü.  

[24-25]

 

O birisinin isə xəstəxanada qıçını kəsdilər. Məni Xocalı sakini Əliyev Yaqub Sarı oğlu «Niva»dan çıxarıb başqa 



maşında Ağdam xəstəxanasına gətirdi. Burda da ermənilərin Ağdama atdıqları «kristal» raketi yatdığım 

palatanın pəncərəsinin qarşısına düşdü. Otaqdakı  əşyalar,  şüşələr çilik-çilik oldu. Muxtar həkim məni 

pəncərədən çıxarıb hərbi qospitala apardı. 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin