XOCALININ SON DÖYÜŞÜ
Əzizov Əli Əzim oğlu, 1951-ci il: — Son günlər camaat bir-birinə daha çox isinişmişdi. Qonum-qonşu
sanki ölümün yaxınlaşdığını hiss edib bir yerə toplaşırdı. Bir dəfə atışma olarkən bizim qarajda çoxlu adam
vardı. Onları yeznəmiz İldırım məktəbin zirzəmisinə apardı. Atam qoca və gözü görmədiyi üçün evdə qaldı.
Mən posta getdim. Milli ordumuz yerləşən klub tərəfdən atəş səsləri daha möhkəm eşidilirdi. Qaladərəsi
məhləsindəki türk evləri büsbütün yanırdı. Milli ordunun əsgəri Razmiklə kluba tərəf getdik. heç kəs yox idi.
Ermənilər avtomatla klubun pəncərəsini atəşə tutub qışqırırdılar. İki nəfər qaraltı gördük. Onlar deyəsən,
azərbaycanlı idi. Atışırdılar. Mənim silahım olmadığı üçün söyüd ağacının arxasına girmişdim. Razmik
Məmmədov ermənilərə tərəf atəş açdı. Ermənilər atəş gələn səmti külləbaran etdilər. Razmik böyründən
yaralandı. İsti-isti özü yeriyə bilirdi. Kömək edib İbrahimkilə gətirdik. Evdə öldü.
Çınqıl postundan da Ələsgər müəllim, Şahin, Mirzə, Ziyadxan, Şahid, Hümbət, Elmin, Mətləb
atışırdılar. BTR və BMP-lərdən atəşə tutulandan sonra postu buraxmaqdan başqa bir çarə olmadı. Çökək
məhlənin adamları Yelmar Əbdülovun zirzəmisinə yığışmışdılar. Gəlib, onları da xəbərdar edərək Hilis çayı
aşağı, beşmərtəbəyə gəldik. Ermənilər çaylağı da atəşə tutmuşdular. Baxış Şirinov, İbrahim Əzizov
beşmərtəbəyə gəldilər. Milli ordunun komandiri Tofiq Hüseynovun içi patronla dolu «UAZ» maşını da
[26-27]
beşmərtəbənin qarşısında idi. Yanında adam yox idi. Əvvəl meşəyə tərəf getmək istədik. Ancaq benzindoldurma
məntəqəsi, həm də fabrik tərəf ermənilərlə dolu idi. Qayıdıb qapını qıraraq beşmərtəbəyə girdik. Üç nəfər silahlı
beşinci mərtəbəyə qalxdılar. «UAZ» maşınındakı patronların hamısını daşıyıb, beşinci mərtəbəyə yığdıq. Səhər
saat 7-i olardı. Ermənilər evlərə soxulub qarət edirdilər. Uşaqların ürəyi buna tab gətirmədi, erməniləri atəşə
tutdular. Elə bu zaman BMP-lər, BTR-lər hər tərəfdən atəşi beşmərtəbəyə yağdırdılar. Abışov Elşad Qiyas oğlu
beşmərtəbənin üstündə həlak oldu. Vəzir Abışov isə yaralandı.
Ətrafda taxtadan tikilmiş ikimərtəbəli şəhər Sovetinin binası, şofer Telmanın, Vidadi Cavadovun,
Bəhmən kişinin evlərinin alovu ərşə qalxmışdı. Sonra əhənglə ağardılmış dörd BTR kənddən qəlib magistral
asfalta çıxdı. Onlardan biri Əsgərana, üçü isə Stepanakertə tərəf getdi. Saat on radələrində Noraguğ tərəfdən
dörd-beş «UAZ» markalı təcili yardım maşınları kəndin arası ilə hərlənir, ölmüş və yaralı erməniləri yığıb
aparırdı. Döyüş yalnız beşmərtəbə ətrafında gedirdi. O biri tərəflərdə ermənilər evlərin əşyalarını yük
maşınlarına yükləyirdilər.
İsmətli qızlardan biri olan Qətibə Mirsiyab qızı Həsənovanı zorla İcra başçısının «Niva» maşınına basıb
apardılar. Vahiməyə düşmüş qocalar, uşaqlar təslim olmağımızı təklif etdi. Xocalı milis şöbəsinin əməkdaşı
Şahid Muradov bildirdi ki, təslim olmaq istəyəni özüm güllələyəcəm. Son damla qanımıza qədər vuruşacağıq.
Mehman Əzizovun, Hümbət Cəfərovun, Şahid Muradovun, Mətləb Muradovun, Bəbir Abışovun, İlham
Abışovun, Elmin Əzizovun, Ədalət Əzizovun, İbrahim Əzizovun və bir çox başqalarının mühasirədə olmaları
heç veclərinə də deyildi. Ətrafda otuza yaxın erməni meyidi qaralırdı. Mehmanın vurduğu erməninin biri
qarşıdakı evin balkonundan asılı qalmışdı. Birini toyuq tutarkən vurub aşırdılar.
Tutulan Xocalı girovlarını Sevindik Paşayevin və Məhəddin Nəbiyevin evlərinə aparırdılar. Ermənilər o
evləri qərargah etmişdilər. Çayçı Qarsalanı
[27-28]
qarşıdakı evdən çıxıb qaçanda vurub öldürdülər. Arvadını
isə özündən əvvəl öldürmüşdülər.
Artıq axşam düşürdü. Şəhərin Dərələgəz adlanan hissəsindəki köhnə dəmir yolu ilə 30-40 nəfər silahlı
erməni gəldiyini görüb, Şahidə göstərdim. Patronumuz da tükənirdi. Şahid bir neçə avtomatlı ilə pəncərədən
bayıra çıxıb ətrafı yoxladı. Bu həndəvərdə olan erməniləri təmizləmişdik. Sonra avtomatçıların əhatəsində
camaatı «86-cı km» istiqamətinə apardıq. Əsgərana yaxın Mirzəcanın üst tərəfindən meşəyə keçdik. Artıq
qaranlıq idi. Qar yağırdı. Xocalıda atəş səsi eşidilmirdi. Xocalı xocalılarsız qalmışdı. Biz meşədə olanda bir
BTR asfaltı keçdiyimiz səmtdə dayanıb işığını meşəyə saldı. Sonra gedib, Əsgəran qalasının yanındakı erməni
postunda dayandı. Biz Ağdama tərəf hərəkət etdik. Yolda atam Əzimin, Mədinə arvadın ürəyi dayandı. Adilə
arvad, Seydi yerlərindən tərpənə bilmədilər.
Naxçıvanikin yanında mühasirəyə düşdük. Ermənilər bizə təslim olmağı təklif etdilər. Biz təslim olmaq
istəmirdik. Xocalı şəhər Sovetinin katibi Şöhrət Usubov qətlə yetirildi. Şöhrətin timsalında Xocalının canlı
arxivini itirdik. Bu atışmadan sonra pərən-pərən düşdük. Mən azıb Əsgərana, ordan isə çay aşağı güllə yağışı
17
altında sürünə-sürünə Ağdam tərəfə gəldim. Milli Ordunun əsgərləri köməyimə çatmasaydı, çətin ki, Ağdama
çataydım. Yolda Natiqin yaralanmış qardaşı İsmayılı sürüyə-sürüyə ermənilərlə atışmasını da gördüm.
Dostları ilə paylaş: |