Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   2   3   4   5   6   7   8   9   10   ...   56
 

 

 

 

 

 

12 


 


 

 

 

 

 

 

 

13 


 


14 

 

MƏZARSIZ ŞƏHİDLƏRİN ATASI 

 

Ağayev Səttar Muxtar oğlu 1937-ci ildə anadan olub. Xocalı faciəsində on yaşlı oğlu Vüsalı və 29 yaşlı 



oğlu, Milli Ordunun əsgəri Zahid Ağayevi itirib. 35 gün əsirlikdə qəddar ermənilərin işgəncələrinə məruz qalıb. 

Səttarın dediklərindən:  —Mən ayın 25-də Mehdikənd tərəfdə yerləşən postda idim. Şəhərin hər 

tərəfində şiddətli atışma gedirdi. Birdən Şakir Orucov bizim posta gəlib bildirdi ki, ermənilər artezian tərəfdən 

şəhərə doluşub. Bizi mühasirəyə alacaqlar. Sürünə-sürünə atəşdən qurtarıb kəndə girdik. Ailə üzvlərimlə

qonşularla birlikdə  Kətik meşəsinə qaçdıq. Ermənilər Ağdama gedən meşə yollarını  kəsmişdilər. Bizi atəşə 

tutdular. On yaşlı oğlum Vüsal yaralandı. Soyuqdan, acından və yaradan ikinci gün öldü. Mən onun meyidinin 

yanında oturub ağlayırdım. Hərə bir səmtə qaçıb dağılmışdı.  İki nəfər erməni qulduru qəlib məni avtomatın 

qundağı ilə döydü, meyiddən aralayıb, Dəhraz kəndinə apardı. Vüsalın meyidi meşədə qaldı. 

Dəhrazda məndən soruşdular ki, Xocalıda nə qədər milli ordu əsgəri və OMON-çu var. Düzünü desən

səni buraxacağıq. Dedim ki, bizdə nə OMON, nə də milli ordu əsgəri var. Cəmi qırx nəfər milisimiz var. 

— Sənin familiyanda milli orduda qohumun   var, ya yox? 

[21-22] 

Dedim ki, bizdə milli ordu olsaydı, tezliklə Xocalıya girə bilərdinizmi? 

Sonra onlar mənə üç ədəd qumbara, Xocalıda oğlumun rəhbərlik etdiyi vzvodun siyahısını  və  oğlum 

Zahidin pasportunu göstərib, məni təpikləyə-təpikləyə apardılar və bir meyid göstərdilər. Üzündəki örtüyü 

açıb—bu kimdir? —dedilər. 

29 yaşlı oğlum Zahidin meyidini görəndə başıma döyüb, meyidin üstünə yıxıldım. Ermənilər həm məni, 

həm də  oğlumun meyidini təpikləməyə başladılar. Sonra məni də burdakı  əsirlərlə birlikdə Xankəndinə 

gətirdilər. Bizi Xocalıda düşürüb, yolda möhkəm əzişdirdilər. Xankəndində dişlərimi çəkdilər. hamımızı dəmirlə 

huşumuz itənə  qədər döydülər. Günlərlə  nə su, nə  də çörək verirdilər.  Şaxta olduğundan ayaqlarımın  əti və 

dırnaqlarım qopub düşdü. Ayaqlarımın sümüyü qalmışdı. 35 gün olmazın işgəncə verəndən sonra məni 

dəyişdirdilər. 

... Bəli, indi Səttar kişi hələ  də  ağrıların giziltisini hiss edir. Onu ən çox incidən məzarsız qoşa  şəhid 

oğlu, bir də dağlı Xocalı yarasıdır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin