ÖLÜM ƏL ÇƏKMİRDİ
Hətəmova Nazilə hilal qızı, 39 yaşında, II qrup əlil: Naxçıvanik altında yaralandım. Yanımda çoxlu
ölən vardı. 9 yaşlı Xatirənin anası yanımda öldü. O, yaralıykən paltosunu çıxardı, 13 yaşlı oğlu Raminə verib
yalvardı ki, barı heç olmasa, sən salamat qal, camaata qoşul get. Balaca Xatirə ayağa qalxıb “Ay Nazilə xala,
mamama kömək elə!” deyəndə onu da vurdular. Xatirə də paltosunu çıxarıb, özündən kiçik bacısı Xəyaləyə
geyindirmişdi. Ermənilər meyidlərə yaxınlaşıb qızıllarını, pullarını soyurdular. Mən Raminə və Xəyaləyə dedim
ki, uzanıb, özünüzü ölülüyə vurun. Qoy erməni elə bilsin ki, ölmüşük. Sonra atışma başladı. Ermənilər «türkeri
kama»,—deyib qaçışdılar. Milli ordumuzun əsgərləri gələndə biz qorxumuzdan başımızı qaldırmırdıq.
Qorxurduq ki, ermənilər olar. Azərbaycanca danışıqlarını eşidəndə köməyə çağırdıq. Bizi qucaqlarına alıb, xeyli
aralıda dayanan maşınlara tərəf apardılar. Ağdama göndərmək üçün məni və başqa iki nəfər yaralı kişini bir
«Niva» maşınına qoydular. Maşın iki-üç metr getməmişdi ki, minaya düşdü. Maşındakı yaralının biri öldü.
[24-25]
O birisinin isə xəstəxanada qıçını kəsdilər. Məni Xocalı sakini Əliyev Yaqub Sarı oğlu «Niva»dan çıxarıb başqa
maşında Ağdam xəstəxanasına gətirdi. Burda da ermənilərin Ağdama atdıqları «kristal» raketi yatdığım
palatanın pəncərəsinin qarşısına düşdü. Otaqdakı əşyalar, şüşələr çilik-çilik oldu. Muxtar həkim məni
pəncərədən çıxarıb hərbi qospitala apardı.
Dostları ilə paylaş: |