NƏZİR PULU
Cavadov Nazim Əli oğlu, 17 yaşında:—Fevralın 25-də saat 2 radələrində kənd atəşə tutulanda
bizim zirzəmidə xeyli adam var idi. Ermənilər gəlib hamımızı bayıra çıxartdı. Bayırda üç nəfərin meyidi
görünürdü. Yəqin ki, atam Əlinin, dayım Şiraslanın, Talış kişinin meyidləri idi. «Kamaz» sürücüsü Vaqifi də
qapılarında öldürmüşdülər. İki erməni arvad-uşaqları buraxıb, bizi Zöhrabın evinin arxasına gətirdi. Biri dedi ki,
gedin pul gətirin, sizi buraxaq. Dayım oğlu Fazil gedib, evlərindəki nəzir torbasında olan 50-60 manat pulu
gətirdi. Erməni pulları
[28-29]
ovcuna tökəndə yerə qəpik düşdü. Qəpiyi yenicə götürmüşdü ki, bir nəfər
ermənicə söyə-söyə atəş açdı. Güllə pulları götürən erməninin kürəyinə dəydi. O, yerə yıxılanda o biri erməni
bizə dedi ki, çıxıb gedin. Aşağı evlərə gəldik. Hüsü ilə Abbasqulu da orda idi. Ordan meşəyə keçib, Naxçıvanik
istiqamətində gedən adamlara qoşulduq. Naxçıvanikə gedən yolda bizi gülləyə tutdular. Ermənilərin
buraxdıqları arvad-uşaqların çoxu burda öldü.
Dostları ilə paylaş: |