ÖLMƏK İSTƏSƏK DƏ...
Kərimova Elmira Şahmalı qızı, 35 yaşında:— Atışma başlayanda fabrikin yanındakı Vəlinin evinə
girmişdik. Gecə saat 1-də Azadın təkidi ilə burdan çıxdıq. Çayı keçib, meşəyə gedəndə Elman müəllimə rast
gəldik. Dedi ki, səs salmayın, gedənlərin arxasınca gedin. Səhərə yaxın Naxçıvanik yoluna çatanda qarşımızdan
bir «Vilis» keçdi. Biz aşağı yatıb kolların arasında gizləndik. Bir ədəd tank, 2 ədəd BTR qəlib yolu kəsdi. Sonra
«Vilis» də onların yanına gəldi. «Vilis»dən və BTR-lərdən tökülüşüb bizi atəşə tutdular. Salman kişinin oğlu
Rasifi vurdular. Anası Tamaşa arvad qışqırdı:
— Vasif qardaşını öldürdülər, ket közlərini sığa!
Vasiflə həyat yoldaşım Yalçın gedib Rasifin gözlərini sığadılar. Vasif qardaşının avtomatını götürüb
Yalçına verdi. Sonra anası Tamaşaya bir qumbara verdi və ələ keçəsi olsaq, özümüzü məhv etmək üçün necə
partladacağını öyrətdi. Vasiflə Yalçın üst tərəfdə atışırdılar. Artıq patronları qurtarmışdı. Həsənin arvadı
milliyyətcə erməni olan Rita, qızı Laura və Asya da bizimlə idilər. Ermənilər bizə |yaxınlaşanda qadınlar,
hamımız Tamaşa arvadın başına toplaşdıq. O, qumbaranı sahmanlayıb, partlatmaq istəyəndə Laura qumbaranı
onun əlindən vurub saldı. Ermənilər bizi əsir aldılar. Asya göz-qaşla qardaşım İntiqamı ermənilərə nişan verdi.
Qardaşımı elə ordaca ayırıb apardılar. Bizi isə, bacım Züleyxanı, məni, qonşumuz Züleyxa xalanı, Yeganəni,
Tamaşa arvadı, Ritanı, Lauranı, Asyanı, Vasifi, Yalçını, Əsgəran milis şöbəsinin dustaqxanasına gətirdilər. Asya
və Lauranı bizdən ayırdılar. Sonra qəlib Vasifi və
[25-26]
Yalçını apardılar (Bir ilə yaxın keçməsinə
baxmayaraq, İntiqamdan, Yalçından, Vasifdən bir xəbər yoxdur).
16
Quldurlar qızıllarımızı, pullarımızı, aldılar. Cavan, közəl qızları seçib, aparmaq istəyəndə onların
ayaqlarına yıxılıb yalvarmağa başladıq, lakin qadınları təpiklə vurub, ağzının-burnunun qanını bir-birinə
qatdılar. 19 yaşlı Yeganənin ələ keçməməsi üçün üstündə oturub üç gün gizlətdik. Sonra bizi dəyişəndə Züleyxa
xala Yeganənin qucağına bir uşaq verib ermənilərə dedi:
—
Bu, mənim ölən oğlum Yaşanın yoldaşıdır.
Dostları ilə paylaş: |