Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   8   9   10   11   12   13   14   15   ...   56
XOCALININ   SON DÖYÜŞÜ 

 

Əzizov Əli Əzim oğlu, 1951-ci il: — Son günlər camaat bir-birinə daha çox isinişmişdi. Qonum-qonşu 

sanki ölümün yaxınlaşdığını hiss edib bir yerə toplaşırdı. Bir dəfə atışma olarkən bizim qarajda çoxlu adam 

vardı. Onları yeznəmiz  İldırım məktəbin zirzəmisinə apardı. Atam qoca və gözü görmədiyi üçün evdə qaldı. 

Mən posta getdim. Milli ordumuz yerləşən klub tərəfdən atəş  səsləri daha möhkəm eşidilirdi. Qaladərəsi 

məhləsindəki türk evləri büsbütün yanırdı. Milli ordunun əsgəri Razmiklə kluba tərəf getdik. heç kəs yox idi. 

Ermənilər avtomatla klubun pəncərəsini atəşə tutub qışqırırdılar.  İki nəfər qaraltı gördük. Onlar deyəsən

azərbaycanlı idi. Atışırdılar. Mənim silahım olmadığı üçün söyüd ağacının arxasına girmişdim. Razmik 

Məmmədov ermənilərə  tərəf atəş açdı. Ermənilər atəş  gələn səmti külləbaran etdilər. Razmik böyründən 

yaralandı. İsti-isti özü yeriyə bilirdi. Kömək edib İbrahimkilə gətirdik. Evdə öldü. 

Çınqıl postundan da Ələsgər müəllim,  Şahin, Mirzə, Ziyadxan, Şahid, Hümbət, Elmin, Mətləb 

atışırdılar. BTR və BMP-lərdən atəşə tutulandan sonra postu buraxmaqdan başqa bir çarə olmadı. Çökək 

məhlənin adamları Yelmar Əbdülovun zirzəmisinə  yığışmışdılar. Gəlib, onları da xəbərdar edərək Hilis çayı 

aşağı, beşmərtəbəyə  gəldik. Ermənilər çaylağı da atəşə tutmuşdular. Baxış  Şirinov,  İbrahim  Əzizov 

beşmərtəbəyə gəldilər. Milli ordunun komandiri Tofiq Hüseynovun içi patronla dolu «UAZ» maşını da 

[26-27] 

beşmərtəbənin qarşısında idi. Yanında adam yox idi. Əvvəl meşəyə tərəf getmək istədik. Ancaq benzindoldurma 

məntəqəsi, həm də fabrik tərəf ermənilərlə dolu idi. Qayıdıb qapını qıraraq beşmərtəbəyə girdik. Üç nəfər silahlı 

beşinci mərtəbəyə qalxdılar. «UAZ» maşınındakı patronların hamısını daşıyıb, beşinci mərtəbəyə yığdıq. Səhər 

saat 7-i olardı. Ermənilər evlərə soxulub qarət edirdilər. Uşaqların ürəyi buna tab gətirmədi, erməniləri atəşə 

tutdular. Elə bu zaman BMP-lər, BTR-lər hər tərəfdən atəşi beşmərtəbəyə yağdırdılar. Abışov Elşad Qiyas oğlu 

beşmərtəbənin üstündə həlak oldu. Vəzir Abışov isə yaralandı. 

Ətrafda taxtadan tikilmiş ikimərtəbəli  şəhər Sovetinin binası,  şofer Telmanın, Vidadi Cavadovun, 

Bəhmən kişinin evlərinin alovu ərşə qalxmışdı. Sonra əhənglə  ağardılmış dörd BTR kənddən qəlib magistral 

asfalta çıxdı. Onlardan biri Əsgərana, üçü isə Stepanakertə  tərəf getdi. Saat on radələrində Noraguğ  tərəfdən 

dörd-beş «UAZ» markalı  təcili yardım maşınları  kəndin arası ilə  hərlənir, ölmüş  və yaralı erməniləri yığıb 

aparırdı. Döyüş yalnız beşmərtəbə  ətrafında gedirdi. O biri tərəflərdə ermənilər evlərin  əşyalarını yük 

maşınlarına yükləyirdilər. 

İsmətli qızlardan biri olan Qətibə Mirsiyab qızı Həsənovanı zorla İcra başçısının «Niva» maşınına basıb 

apardılar. Vahiməyə düşmüş qocalar, uşaqlar təslim olmağımızı  təklif etdi. Xocalı milis şöbəsinin  əməkdaşı 

Şahid Muradov bildirdi ki, təslim olmaq istəyəni özüm güllələyəcəm. Son damla qanımıza qədər vuruşacağıq. 

Mehman  Əzizovun, Hümbət Cəfərovun,  Şahid Muradovun, Mətləb Muradovun, Bəbir Abışovun,  İlham 

Abışovun, Elmin Əzizovun, Ədalət Əzizovun, İbrahim Əzizovun və bir çox başqalarının mühasirədə olmaları 

heç veclərinə  də deyildi. Ətrafda otuza yaxın erməni meyidi qaralırdı. Mehmanın vurduğu erməninin biri 

qarşıdakı evin balkonundan asılı qalmışdı. Birini toyuq tutarkən vurub aşırdılar. 

Tutulan Xocalı girovlarını Sevindik Paşayevin və Məhəddin Nəbiyevin evlərinə aparırdılar. Ermənilər o 

evləri qərargah etmişdilər. Çayçı Qarsalanı 

[27-28]

 qarşıdakı evdən çıxıb qaçanda vurub öldürdülər. Arvadını 

isə özündən əvvəl öldürmüşdülər. 

Artıq axşam düşürdü. Şəhərin Dərələgəz adlanan hissəsindəki köhnə dəmir yolu ilə 30-40 nəfər silahlı 

erməni gəldiyini görüb, Şahidə göstərdim. Patronumuz da tükənirdi.  Şahid bir neçə avtomatlı ilə  pəncərədən 

bayıra çıxıb  ətrafı yoxladı. Bu həndəvərdə olan erməniləri təmizləmişdik. Sonra avtomatçıların  əhatəsində 

camaatı «86-cı km» istiqamətinə apardıq.  Əsgərana yaxın Mirzəcanın üst tərəfindən meşəyə keçdik. Artıq 

qaranlıq idi. Qar yağırdı. Xocalıda atəş  səsi eşidilmirdi. Xocalı xocalılarsız qalmışdı. Biz meşədə olanda bir 

BTR asfaltı keçdiyimiz səmtdə dayanıb işığını meşəyə saldı. Sonra gedib, Əsgəran qalasının yanındakı erməni 

postunda dayandı. Biz Ağdama tərəf hərəkət etdik. Yolda atam Əzimin, Mədinə arvadın ürəyi dayandı. Adilə 

arvad, Seydi yerlərindən tərpənə bilmədilər. 

Naxçıvanikin yanında mühasirəyə düşdük. Ermənilər bizə təslim olmağı təklif etdilər. Biz təslim olmaq 

istəmirdik. Xocalı  şəhər Sovetinin katibi Şöhrət Usubov qətlə yetirildi. Şöhrətin timsalında Xocalının canlı 

arxivini itirdik. Bu atışmadan sonra pərən-pərən düşdük. Mən azıb Əsgərana, ordan isə çay aşağı güllə yağışı 




17 

 

altında sürünə-sürünə Ağdam tərəfə gəldim. Milli Ordunun əsgərləri köməyimə çatmasaydı, çətin ki, Ağdama 



çataydım. Yolda Natiqin yaralanmış qardaşı İsmayılı sürüyə-sürüyə ermənilərlə atışmasını da gördüm. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin