Sərvər Məmməd oğlu Rəcəbov Xocalıda məskunlaşmış məhsəti türklərindəndir. On ildən çox
20
Sərvərin dediklərindən:— Fevralın 25-də türklər məhəlləsindəki postda idik. Birdən aeroport,
İnciltəpə, Daştəpə və Noraguğ istiqamətindən atəşə tutulduq. Biz yaşayan evlər taxtadan olduğu üçün BMP-
lərdən atılan atəşlər onları yandırırdı. Mən yoldaşlarıma postu tərk etməyi əmr etdim. Özüm isə hələlik
gözləyirdim. Kimsə Mehdikənd tərəfdən posta yaxınlaşdı. Betonların arxasından onu avtomat atəşinə tutdum,
o yıxıldı. Sonra üç nəfərin yaxınlaşmasını gördüm. Atəş açsam da, onlar yıxılmayıb posta yaxınlaşırdılar.
Deyəsən, arxadan yenə də gələnlər var idi. İki dənə qumbara tulladım. Gərək ki, üçü də öldü. Postdan çıxıb evə
gəldim. Ailəmiz və qonşularımız qapıda qazdığım zirzəmiyə dolmuşdular. Bir azdan zirzəminin üstü ilə
ermənilərin qaçdığını hiss etdik. Əlimdə avtomat qapının ağzını kəsmişdim. Qaranlıq olduğundan onlar buranın
zirzəmi olduğunu hiss etməmişdilər. Səhər saat beşə kimi zirzəmidə qaldıq. Tezdən durub, yola düşmək
istədikdə atamla-anam getmədilər. Onlar bildirdilər ki, bu qarda, çovğunda nabələd, keçilməz yollarla necə gedə
bilərik? Siz gedin. Qonşumuz Qələndərin qızı Zeynəb də burda idi.
[35-36]
Onun 17 yaşı vardı. Özü də gözəl qızdı. O, dedi ki, mən də getmirəm, anam heç bilmirəm harda qalıb.
O, inad edəndə avtomatı üstünə çəkdim və bildirdim ki,
səni özüm burda atacağam, dur, düş qabağıma. On bir
nəfər qadın, qardaşım və mən yola düşdük. Bu yol ilə Həsən kişi və İman üç-dörd gün əvvəl mallarını keçirib
Ağdama aparmışdılar (Atamı, ənamı bir neçə türklə birlikdə Stepanakertə aparıb, üç gündən sonra
buraxmışdılar. Orda ermənilər məni də axtarırmışlar).
Köhnə Noraguğun yanında bir erməni tutdum. Bildirdim ki, bizi Əlağalıya tərəf aparsan, səni salamat
buraxacağam. Erməni qabağımıza düşüb, bizi keçilməz meşələrlə gətirdi. Topatılan postunda heç kim yox idi.
Erməni bildirdi ki, bütün qüvvələr Xocalıya hücuma gedib. Bu tərəflərdə heç kəs yoxdur. Ermənilərin postuna
girdik, çay içib, yenidən yolumuza davam etdik. Mənim beş günlük Azər adlı oğlum da bizimlə idi. Keçilməz
pöhrəlik meşəlikdə paltarlarımız cırıqlanıb əynimizdən çıxmışdı. Nəhayət, erməni xeyli aralıda bir kəndi
göstərib dedi: —Bax, Əlağalı oradır. İnanmadım. Dedim bizi yəqin, erməni kəndi səmtə yollayır. Erməninin
ayaqlarını-əllərini bağlayıb, dörd-beş metrlik bir qayadan itələyib saldım. Bunu belə etdim ki, gedib, başqa
erməniləri arxamızca salmasın. Burdan xeyli aralanandan sonra qardaşıma bir qumbara verib dedim:
— Mən o kəndin hansı kənd olduğunu yoxlamağa gedirəm. Sən qadınların yanında dur. Erməni gəlsə,
qumbaranı atıb hamınızı məhv edərsən.
Mən kəndə yaxınlaşdım. Fikirləşdim ki, azərbaycanca çağırsam düz çıxmaz. Ermənilər azərbaycanca
çağırıb məni tutarlar. Ona görə də fit verdim ki, görüm postdakı adamlar hansı dildə mənə hay verir. Bir-iki dəfə
fit verib, göyə bir güllə atdım. Kimsə dedi: — Ayə, kimsən?—Bildirdim ki, Xocalıdan gəlirəm, türkəm, arvad-
uşaq gətirirəm.—Gəlin, mənə kömək edin.
On-on beş oğlan gəldi. Məni qayıtmağa qoymadılar. Qadınlardan bir neçəsinin və qardaşımın adını
onlara bildirdim ki, gedib onları çağırsınlar. Uşaqlar gedib, çağıranda bizim adamlar gizləndikləri yerdən çıxıb,
Əlağalı uşaqlarına yanaşırlar.
[36-37]
Hamımızı Əlağalı kəndinə gətirib, bizə paltar verdilər, üç gün orda
saxladılar. Bizə olduqca yaxşı hörmət etdilər,
Dostları ilə paylaş: