Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   12   13   14   15   16   17   18   19   ...   56
Almaranın dediklərindən:  —Ermənilər bizi zirvədə atəşə tutanda hamı  pərən-pərən düşdü. Mən 

yerimdən tərpənə bilmədim, yerə uzandım. Boylanıb ətrafa baxanda gördüm yanda bir şey qaralır. Qonşumuz 

Hüseynağa idi.  Dedim: 

Dur gedək, ermənilər gəlib bizi tutacaqlar. Dedi: 

— Almara xala, vallah ölürəm, tərpənən deyiləm, elə burdaca yatacağam. 

O, yoldan bir üçatılan tapmışdı. Patronu da yox idi. Uzanıb yatdı. Mən isə onun yanında oturdum. 

Birdən iki nəfər silahlı adam gördüm. Hüseynağanı tərpətdim, durmadı. Bizi atəşə tutdular. Güllələr ətrafımıza 

səpələndi, ancaq bizə  dəymirdi. Onlar yaxınlaşıb Hüseynağanı  təpiyin altına saldılar, avtomatın qundağı ilə 

belinə, başına döyəndə mən yaylığımı açıb, ermənilərin ayaqlarına dolayıb dedim: 

Sizə qurban olum, hamımızı qırıblar, ikimiz qalmışıq! O, mənim oğlumdur, öldürməyin onu! 

Bizi Pircamala gətirib tövləyə saldılar. Burda çoxlu həmkəndlimiz vardı. İsmayıl adını düz demədi. Onu 

möhkəm döydülər. İsmayılı və başqa üç nəfər cavan oğlanı çıxarıb apardılar. Bildirdilər ki, Milli Ordu əsgəri 

olduqları üçün güllələməyə aparırlar. Onları aparandan sonra çöldə çoxlu atəş  səsi eşidildi. Canan Orucovu 

apardılar ki, gəl meyidləri maşına yığ. Canan gələndə bildirdi ki, maşına fermada batdağa batmış dörd meyid 

yığdım. Meyidlər elə günə salınmışdı ki, kimlər olduğunu tanıya bilmədim. 

Sonra Cananı meşəyə apardılar. Orda ona yer qazdırıb iki meyid basdırtdılar.    Ermənilər adamları 

[31-

32] 


harda öldürdüklərini bizə deyirdilər. Həsənin qızı Qızılgül də orda idi. Dedi ki atam Həsən, anam Qaraqız 

və bacım erməni qəbiristanlığının yanında donub öldülər. 

Sonra bir erməni gəldi,  əlindəki qumbaranı partlatmaq istədi. O bildirdi ki, mənim bir qardaşımı 

öldürmüsünüz, dörd balası yetim qalıb. Başqa ermənilər imkan vermədi. O, avtomatın bütün güllələrini 

başımızın üstündən yuxarı boşaltdı, başını divara vurdu. Onu aparıb sakitləşdirdilər. Bütün kişiləri çıxarıb 

döydülər. Sonra hamımızı maşına mindirib Əsgərana gətirdilər. Asfaltda bütün kişiləri ağacla döyürdülər. 

Kişiləri  Əsgərana apardılar, biz altı  nəfər qadını—məni, Südabəni, Gülayanı, Narxanımı, Bəstəni, Səriyyəni 

gətirib, Qarağacı qəbiristanlığının yanında buraxdılar. 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin