Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   20   21   22   23   24   25   26   27   ...   56
 

 

BƏLƏDÇİM BİR QUŞ İDİ 

 

Hacıyev Rza Lətif oğlu Əlif Hacıyevin qardaşıdır. Milis kapitanıdır. Xocalı faciəsini belə xatırlayır:— 



Aeroportda idim. Ermənilər kəndə doluşanda bir xəndəkdəki böyürtkən koluna girib gizləndim. Ermənilər 

camaatın mal-qarasını  yığıb aparırdılar. Ruslarla ermənilər bu uğurlarını aeroportda qeyd edirdilər, yeyib-

içirdilər. Bir keçi balası mən girdiyim kola yaxınlaşdı. O, sanki mənim iyimi almışdı. Fikirləşdim ki, mənimki 

bura qədər imiş. Erməni gəlib, keçini Azərbaycan dilində danışdırdı: 

— Ay türk, bəri gəl, anandan kabab çəkmişik, di gəl səni də yeyək. 

Sanki heyvan məni  ələ verməmək üçün bir az uzaqlaşıb dayandı. Erməni qulduru qəhqəhə  çəkə-çəkə 

bıçağı çəpişin ürəyinə sancdı. 

Ruslarla ermənilər aeroportda xeyli ləngidilər. Onlar çıxıb getdikdən sonra koldan çıxıb, erməni kəndi 

olan Ballıca səmtə getdim ki, ordan da Kosalara gedəm. Bu yolu xocalılardan yalnız mən getmişdim. Yolda bir 

quş uçub, məndən 10-15 metr aralıya qonur. mən ona çatdıqdan sonra yenə də uçub 10-15 metr qabağa qonurdu. 

Öz-özümə dedim ki, bu quşu, bəlkə, Allah yetirib. Quş bu cür hara getsə ardınca gedəcəyəm. Kolluqların, 

pöhrəliklərin arası ilə quş uçur, mən də o səmtə gedirdim. Yolda qabağıma eşşəkli iki qoca erməni çıxdı. Mən 

onlara azərbaycanca «salam» dedim. Onlar da Xocalının qalxan tüstüsünə baxıb, gülə-gülə «barev» dedilər. 

Mən milli ordu paltarında, silahlı olduğumdan elə hiss etdilər ki, erməni döyüşçüsüyəm. Xocalını zəbt etdiyimiz 

üçün azərbaycanca danışıram. 

[39-40]


 

Quşla bərabər azərbaycanlılar yaşayan Kosalar kəndinə sağ-salamat gəlib çıxdım. Kosalara çatandan 

sonra quş harasa uzaqlaşdı. 

 



22 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin