Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   19   20   21   22   23   24   25   26   ...   56
 

 

YÖNÜ QİBLƏYƏ BİR NURANİ 

 

Xocalı  qırğınında kəndimizin ağsaqqalı, daim oruc tutub namaz qılan,  İsmayıl qurbanı  kəsən, Allaha 



ibadət edən 87 yaşlı bir kişi də dünyasını dəyişdi. O, mənim atam Allahverdi idi. Qardaşım Yaqub, qardaşım 

oğlu İlham atamı Naxçıvanik yoluna qədər bellərində  gətiriblər. Kişi yalvarırmış ki, məni öldürməyin, qoyub 

gedin. Nə  oğlu, nə  də  nəvə onu qoyub gəlməyiblər. Atışma düşəndə kişi yönünü qibləyə çevirib 

[38-39] 


 

dünyasını dəyişib. həmişə atam deyərdi: — Ay Allah, mənə bala dağı göstərmə! 

Allah göstərmədi də. O öldü. Özündən sonra qırılan qardaşı  uşaqlarını, qardaşı  nəvələrini, bacısı 

nəvələrini, Xocalının müsibətini, oğlunun, nəvəsinin yaralı kolda, şəldə saatlarla daldalanmasını görmədi. Öldü. 

Müsibətdən on dəqiqə tez öldü. Allahı tanımayan erməni uşağı, qocanı, qadını da tanımadı. Öldü atam. Özü 

dağlandı ki, dağları görməsin. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin