QARŞIMIZI MEYİDLƏR KƏSMİŞDİ
Mustafayeva Bənövşə İbrahim qızı, 38 yaşında:— Atəş səsləri gələndə sevindik. Elə bildik
bizimkilər Əsgəranı alırlar. Axı, Tamerlan Qarayev Elman müəllimə demişdi ki, sabah çayımızı Xocalıda
içəcəyik. Sonra kəndin atəşə tutulduğunu görəndə camaat Kətik meşəsinə tərəf axışdı. Biz də onlara qoşulduq.
Səhərə yaxın Naxçıvanik yolunu keçərkən qarşımızdan bir sarı «UAZ» keçdi və bizi atəşə tutdular. Oğlum
Vaqifi düz asfaltın ortasında vurdular. Ərim Rza böyük qızımın əlindən tutub gedirdi. O, Vaqifin vurulduğunu
görmədiyindən onu axtarırdı. Mən qucağımdakı uşaqla dərəyə endim. Rza ilə böyük qızım qayanın üstündə
qaldılar. Rzanı da vurdular. O, qızımızın qucağında canını tapşırdı.
Hər tərəfdən avtomat, pulemyot, BTR, BMP qüllələri
[33-34]
yağırdı. Dərədə arvad-uşaq çox idi. Beş
nəfər silahlı vardı. Aşağı endik. Bir az gedib yuxarı tərəfə çıxmaq istədikdə dərənin qabağında yüzdən artıq
meyid gördük. Meyidlərin üstündən keçmək mümkün olmadığından yenə aşağı gəldik. Burda qayanın üstündə
20-yə qədər erməni qarşımızı kəsdi. Bizə təslim olmağı əmr etdilər. Bizim silahlılar onlara atəş açdı.
Ermənilərdən biri öldü, biri isə ağır yaralandı. Onlardan bir neçəsi öləni və yaralını apardılar. Sonra Taleh
Quliyev ermənilərə qumbara atdı. Ermənilər söyə-söyə bizi atəşə tuturdular. Onlar da bizə tərəf bir qumbara
atdılar. Çoxlu adam öldü və yaralandı. Silahlılardan üçü öldü. Əbülfət Əliyev ağır yaralandı. Müşfiq, Müşfiqin
anası, əmisi Möhübbət, başqa iki nəfər, qucağında uşaq olan bir kişi və başqaları ölmüşdü. Xumar Səlimova,
mən, qucağımdakı uşaq, fermada işləyən Təvəkkülün özü və qucağındakı uşaq ağır yaralanmışdı. Təvəkkülün
uşağının bir qıçını küllə aparmışdı. Erməninin biri — Slavik qayadan tullanıb yanımıza düşdü. Talehin
yaxasından yapışıb qışqırdı: «Səni öz avtomatınla atacağam. Mənim nəslimi kəsmisiniz. Dünən «Kristal»dan
qardaşım qızı ölüb. İndi qardaşımın birini öldürüb, o birini ölümcül yaralamısınız».
O, Talehin avtomatını əlindən alıb, atmaq istədikdə avtomat açılmadı. Çünki patronu qurtarmışdı.
Erməni öz avtomatı ilə Talehi güllələdi. Arvadlı-kişili hamımızın üst-başını gəzir, qızıl və pullarımızı yığırdılar.
Qadınlardan birinin üzüyü barmağından çıxmırdı. Erməni qəməsini çıxarıb onun barmağını kəsdi, üzüyü
barmaq qarışıq cibinə qoydu. Bizi döyə-döyə saçımızdan tutur, torpaq yedirdib deyirdilər:
— Burda nə gəzirsiniz ki, bu günə də düşəsiniz. Biz bu torpağın pulunu çoxdan vermişik.
Bir kəlmə cavab qaytaranı ya avtomatla vurub öldürür, ya da döyüb ölümcül edirdilər.
Qoca Mikayıl kişi ölümündən qorxmurdu. Erməniyə dedi ki, ə dığa, bu arvad-uşağa bu zülmü verməyin.
Bir nəfər çolaq azərbaycanlı qalsa da, sizə qalib gələcəyik. Bu sözün üstündə Mikayıl kişini o qədər döydülər
ki...
Səhər saat ondan saat dördə kimi bizi növbə ilə döyürdülər. Ağdam tərəfdən atəş açılırdı. Baloğlan
[34-
35]
dayını yola çıxarıb məzə üçün qışqırırdılar ki, desin: «Ə, Ağdam, atma, bizik, sizinkilərik». Bizə cürbəcür
işgəncələr verib həzz alırdılar. Atəş yaxınlaşanda bizi yığıb Əsgərana apardılar. Xeyli adam qaçıb gizlənə bildi.
Mən də qaçıb, uşaqla meşəyə girdim. Burda çoxlu Xocalı vardı. Xudayarın oğlu Eldar, İmran Quliyev bizi
çağırırdı. Əvvəl elə bildik ki, ermənilərdir. Sonra Eldarın səsini tanıdım. Çağırdım, onlar idilər. Gəlib yaralıları
və bizi meşədən çıxardılar. Onlar ermənilərin komandiri Slaviki də öldürmüşdülər. Onun meyidini də Ağdama
gətirdilər. Sonradan Slavikin meyidinə otuz azərbaycanlı girovu dəyişdirildi.
Dostları ilə paylaş: |