Şuşadan kömək istəyirdi. Ancaq bu yalvarışlara, deyəsən, fikir verən yox idi. Naəlac qalaraq çayı paltar-palazlı
19
keçib, meşəyə üz qoyduq. hansı kəndə tərəf gedirdiksə, atəşlə qarşılanırdıq. Dəstəmizdə cəsur silahlı oğlanlar
vardı.
Qurban Pənahov,
Hüseyn Quliyev,
Məhəmmədəli Rzaquliyev, Nicat Məmmədovun atıcılığı bizə çox
kömək etdi. Ancaq ölənlər, yaralananlar çox idi. Əmim Əliş, Musəvi, qardaşım Mərkəz ağır yaralandı, türk
Abdulla öldürüldü. Atışma bərkidikcə camaat pərən-pərən düşürdü. Minə yaxın adamdan 15-20 nəfərimiz
Gülablı səmtə çata bildik. Gülablı yaxınlığında daşlarda yazılmış ermənicə yazılar bizi bir daha karıxdırıb
ermənilər tərəfə apardı. Atəş ara vermədiyi üçün yenidən dərəyə düşdük. Bizi Gülablı uşaqları qarşıladı.
Camaatı maşınlara yığıb Ağdama yola saldılar. Onlar yaralanıb meşədə qalmış qardaşım Mərkəzi, Musəvini və
başqa yaralıları da atəş altından çıxarıb gətirdilər. Gülablı uşaqları, bibim oğlu Elman olmasaydılar, Mərkəz,
Musəvi və başqaları meşədə qalıb tələf olacaqdılar.
Dostları ilə paylaş: