Rəhim Kərimov ilə Almara Kərimova birlikdə 20 il ömür sürmüşlər. Ermənilərin kəndi yandırdıqlarını
yaralanmasının, həyat yoldaşının onu qoyub getməməsinin şahidi olublar. Dəfələrlə rastlaşdıqları güllə yağışı
Xasayda avtomat, Füzulidə beşatılan vardı. Zirvədəki atışmada Xasay iki erməni öldürdü. Özü isə budundan
18
yaralandı. O, yarasına qar doldurdu. Bu, qanın axmasını bir az ləngidirdi. Atışmadan sonra başqa səmtə üz
tutduq. Xasay hələlik özü gedə bilirdi. Mən həm Heyranın əlindən tutur, həm də Xasayın patron dolu torbasını
aparırdım. Artıq üç gün idi ki ac, yuxusuz meşədə atəşdən o tərəf-bu tərəfə qaçırdıq. Yolda Heyran yıxıldı,
yeriməyə taqəti olmadı. Yüz metr getməmiş Xasay da uzandı və bildirdi ki, məni gözləməyin, siz gedin.
Kifayətin çılpaq ayaqları qıpqırmızı olmuşdu. Kifayət də oturub getməyəcəyini bildirdi. On yaşlı oğlu Mübariz
də yanında qaldı. Biz bir az
[30-31]
getmişdik ki, Mübariz gəlib, bizə çatdı və bildirdi ki, anam gələ bilmədi.
Amma Xasay dayı durub yavaş-yavaş gəlirdi. Beləliklə, Heyran, Heyranın həyat yoldaşı Firdovsi və Kifayət
meşədə qaldılar. Biz gəlib bir posta çatdıq. Orda azərbaycanca danışırdılar. Əvvəl elə zənn etdik ki,
ermənilərdir, qəsdən belə edirlər ki, bizi tutsunlar. Sonradan onların Şelli uşaqları olduqlarını yəqin edib, onları
köməyə çağırdıq. Bizi xəstəxanaya çatdırdılar. Bərdə rayon xəstəxanasının cərrahı Xasay həkim onlarla adamı
həyata qaytardı.
Dostları ilə paylaş: