QANLI YAMAC, QANLI YOL
Məmmədova Dilbər Cəmil qızı:—Naxçıvanik yolunu keçəndə bizi həm Əsgəran, həm Naxçıvanik,
həm də yoldan atəşə tutdular. Güllə dolu kimi yağırdı. Camalın anası Pəri «Vay, məni vurdular!» deyib yıxıldı.
Surenin bacısı Əntiqə, Sürəyyanın yeznəsi, Həsənbalanın arvadı, Pərvanə öldü. Pərvanəyə oturulu güllə
dəymişdi. Elə oturulu da keçinmişdi. Özümü bir şəlin arxasına verdim. Burda çoxlu adam vardı. Elə bildim ki,
güllədən qorunurlar. Bir də gördüm şəlin arxasında olanların hamısı ölüb. Silahlılar da pərən-pərən düşüb
qaçışırdı. Xocalı milis şöbəsinin əməkdaşı İnqilab İsmayılov qışqırdı:
— Ə, qeyrətiniz olsun, bu arvad-uşağı qoyub hara qaçırsınız?
Silahlılar qayıdıb İnqilabın yanına getdilər. Bir təpənin üstünə uzanıb Əsgəran tərəfdən atəş açanlara
atəşlə cavab verdilər. Bu, erməni atəşinin qarşısını bir az ala bildi. Qarın üstü meyidlə, pal-paltarla dolu idi.
Yaralılar yüngülləşmək üçün paltarlarını soyunub atmışdılar. Onların hamısının ətrafındakı qar qıp-qırmızı qan
idi. Həm ölənlər, həm də yaralananlar qan gölündə qaralan adaya bənzəyirdi. Həsənbalanın bir qıçını güllə
qırmışdı. O sürünür, süründükcə də üzülmüş qıçından arxasınca ağ qarın üstündə qırmızı qan cığırı qalırdı.
Güllə Əli Həsənovun sinəsindən dəymişdi. Oğlu Mürsəl Elxanın qızını dalına şələləmişdi. Mürsəl atasına tərəf
gedəndə Əli qışqırdı:
— Mürsəl, mənə bənd olma, qaç, qaç! — deyib keçindi.
Oğlum Vaqif mənə bir uşaq gətirib verdi ki, aparım. Bu, Tahirin qızı Həmail idi. Onun atası və anası
Zərifə də ölmüşdü. Sürünür, yumalanırdıq. Məzahirin yoldaşı Cahan öldü, qız yaralandı. Məhəddin yaralandı.
21
Elxanın dayısı Əvəz Elxanın bir yaşlı uşağını tullayıb qaçdı. Uşaq donub ölmüşdü.
[37-38]
Onu Ağdama
gətirəndə nəfəsi vardı. Camaat bir su arxına düşüb sürünürdü. Arx dayaz olduğundan güllələr sürünənləri
tuturdu. Yaralılar arxın içində sürünə-sürünə ölənlərin üstündən adlayıb keçirdi. Teymur kişi, arvadı Əsli, qızı
Mətanət yaralı halda arxın qurtaracağında uzanmışdılar. Güllə mənim qoluma elə orda dəydi. Gəlinim Emelya
da orda yaralandı. Bu dayaz arxın içi ölənlərin və yaralananların axan qanından qıp-qırmızı idi...
Dostları ilə paylaş: |