Araz ölməyəydi. Fevralın 26-da mən və bir neçə adam Arazla bir xəndəkdə idik. Gözə görünən erməniləri Araz
pulemyotla biçirdi. Ermənilər biz tərəfi susdurmağa cəhd göstərsələr də, niyyətləri boşa çıxırdı. Axırda Arazın
patronu qurtardı. Biz tərəfdən atəş açılmadığını görən üç erməni gizləndiyimiz xəndəyə yaxınlaşdı. Çıxıb təslim
23
olmaqdan başqa çarəmiz qalmadı. Yanımızda olan yoldaşların birində bir avtomat vardı. Araz o oğlana dedi:—
Sən təslim olursan ol, avtomatı mənə ver. Mən təslim olmayacağam. Al mənim pulemyotumu, çıx.
Oğlan razı olmadı. Araz da cibindən özü üçün saxladığı patronu çıxardıb dedi:
— Gümanım bircə buna gəlir. Onu da özüm üçün döş cibimə qoymuşam.
Bildik ki, o özünü atmaq istəyir. Yalvardım ki, Araz, sən allah, özünü atma.
— Yaxşı, nolar.—deyib, patronu avtomata qoydu. Nişan alıb yaxınlaşan ermənilərdən birini öldürdü.
Bizi əsir apardılar. Bizi tutan kimi öz pulemyotunun qundağı ilə vurub Arazın başını yardılar. Araz isə gülürdü.
Əsgəranda da Arazı döyəndə bir dəfə də olsun üz-gözünü turşutmadı. Elə hey ermənilərə baxıb gülürdü. O gülə-
gülə də öldü.
Dostları ilə paylaş: