Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   24   25   26   27   28   29   30   31   ...   56
 

 

XOCALININ SON GÜNÜ 

 

Fevralın 25-i hamı Xocalını bir nəfər kimi tərk etməmişdi. Belə atışmalarda camaat zirzəmilərə 



dolduğundan ermənilərin kəndə doluşmasından bəzilərinin xəbəri olmamışdı. 

Sara Səyavuş qızı Səlimovanın dediklərindən:—Anam, mən, bacım və qardaşım Xəzər evdə idik. O 

biri qardaşım Xaqani milis şöbəsində növbətçi idi. O, bizə demişdi ki, bir hadisə olsa, heç hara getməyin, məni 

gözləyin. 

Haşiyə: Xaqani Səlimov qorxmaz bir döyüşçü kimi Xocalıda ad qazanmışdı. O, dəfələrlə ermənilərlə 

[42-43] 


    atışmada olmuş  və xeyli erməni qulduru gəbərtmişdi. Elə  həmin gecə ailələrini xilas etmək üçün 

gələnda beş erməni məhv etmişdi. Əfsus ki, evə gələndə ailələrini tapmamışdı. Xaqani indi də döyüşür. 

Ermənilər bizi tutub Noraguğ  kəndinə apardılar. Məni maşına qoyub Xocalıya gətirdilər ki, adlarını 

çəkdikləri adamların evlərini göstərəm. Milli Ordu əsgərləri yaşayan mədəniyyət evini tanıya bilmədim. Tamam 

yandırılmışdı.  Əliş müəllimin darvazasının ağzında iki uşaq, bir qadın öldürülmüşdü. Bu qadın Məhbubə 

Abışova idi. On iki yaşlı  qızı Çinarə böyründə, dörd yaşlı  oğlu Çingiz kürəyində  qətlə yetirilmişdi. Məni 

məktəbin yanına gətirdilər. Məktəb də tamam yandırılmışdı. Ordan da çörək zavoduna gətirdilər. Məhəmməd 

kişinin evinin qabağında bir qadın meyidi vardı. Umudvar kişinin darvazasının ağzında da bir qadın və bir kişi 

meyidi var idi. 

 

Sonra bizim hamımızı Stepanakertə gətirdilər. Qardaşım Xaqaninin tapançası Xəzərdə idi. Məni, bacımı 



və anam Tamiləni buraxıb, Xəzəri saxladılar. Anam Xəzərin boynuna sarmaşıb qopmadı. Bizi—iki bacını 

buraxdılar. Anamla Xəzərdən hələ də bir səs-soraq yoxdur. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin