Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   31   32   33   34   35   36   37   38   ...   56
 

 

BƏDBƏXT TÜRKLƏR 

 

Xocalıda 35-dən çox türk ailəsi məskunlaşmışdı. Azərbaycan hökuməti bu bədbəxtləri burda 



yerləşdirməklə, guya Dağlıq Qarabağda türklərin sayını artırırdı. O dəhşətli gecədə ermənilər çoxdan bəri 

susadıqları türk qanını da doyunca içdilər. 



Asya Müşür qızı Bidzinova: — Saat 11-ə    qalmış  Sərvər postdan İbrahimgilə  gələrək icra 

hakimiyyətinə zəng vurub bildirdi ki, tanklar,   BTR-lər, məhləni mühasirəyə alıblar. İbrahimin arvadı bu xəbəri 

bizə  də çatdırdı. Dedi ki, durun Osmanın zirzəmisinə qaçaq. Elə bu dəm evləri atəşə tutdular. Evlər taxtadan 

olduğundan güllələr bu tərəfdən girib o biri tərəfdən çıxırdı. Sürünə-sürünə qonşumuz Osmanın zirzəmisinə 

girdik. Qapalağı içəridən bağladıq. Burda çoxlu adam vardı. Bir azdan ermənilər zirzəminin üstünə  çıxaraq 

«padval, padval»,— deyə  qışqırırdılar. Onlar qapalaqdan atəş açdılar. Güllələr divara dəyir, başımıza torpaq 

ələnirdi. Yandırdığımız çıraq söndü. Mən həyat yoldaşım Zeynala qısılmışdım. Ermənilər qapalağı vurub 

sındırdılar.  İçəri dalbadal iki qumbara tulladılar.  Ərim Zeynal, qonşularımız Novruz kişi və Maqsud həlak 

oldular. Çoxlu arvad-uşaq yaralandı. Sonra atəş  səsləri kəsildi. Sərvər, Səlim,  İsrafil zirzəmiyə  gəlib girdilər. 

Meyidləri çölə  çıxardılar. Evlər od tutub yanırdı. Ermənilər görünmürdülər. Çayçı  Məmməd çöldə ölmüşdü. 

Onun anası evdə yanırdı. Sərvər dedi ki, gedim bizimkiləri də gətirim, burdan uzaqlaşaq. Sərvərgil yenicə çaya 

enirdilər ki, birdən bizi atəşə tutdular. Biz Sərvərgilin arxasınca gedə bilmədik. Yerə uzandıq. Atəş kəsiləndə 

ayağa durdum. Ərim Zeynalın meyidinə baxırdım. Birdən arxadan kürəyimə elə bir zərbə dəydi ki, elə bildim 

belim sındı. Ermənilər idi. Üst-başımızı  gəzib pullarımızı, qızıllarımızı soydular. Məmmədin oğlu Veysəlin 

qollarını bağlayıb apardılar. Anası ağlaya-ağlaya qaldı. 

Möhkəm qar yağmışdı. Səhər saat 6-da bizi piyada, ayaqyalın Stepanakertə  tərəf apardılar. 64 nəfər 

idik. 32-si körpə idi, uşaq idi. Stepanakertə az qalmış qarın üstündə oturmağı əmr etdilər. Sonra maşına yığıb 

Stepanakert avtovağzalına gətirdilər. 

[49-50]

 Ermənilər bizim kişilərin papaqlarını çıxarıb qarın üstündə futbol 

oynayırdılar. Bu vaxt yanımıza bir qadın gəldi. Biləndə ki, biz türkük, dedi bunları niyə gətirmisiniz? Bunlar 

üçüncü dəfədir didərgin düşürlər. İçimizdə dörd azərbaycanlı var idi. Zabilənin, Qərənfilin, Fatmanın, Şəfiqənin 

azərbaycanlı olduqlarını bildirmədik. Dedik ki, hamımız türkük. Xocalıdan gətirdikləri qoyunlardan birini bizim 

kişilərə kəsdirib bizə yedirtdilər. hərəmizə bir parça ət verdilər. Sonra üç gün nə çörək, nə də su verdilər. Balaca 

uşaqlara bir gündə 50 qram çörək verirdilər. 

... Gülalı müəllimi o qədər döydülər ki, dişləri töküldü. Tamam haldan salandan sonra götürüb bir küncə 

qoydular. Nurməhəmməd müəllimin böyrünə bıçağı soxub cırdılar. Janna gələndə hamısını ona dedik. O, həkim 

çağırdı. həkim onların yaralarını sarısa da, dedi ki, dərman yoxdur. 

Janna gedəndən sonra ermənilər qızları aparmağa gəldilər. Biz qızları buraxmırdıq. Onları  əlimizdən 

alıb, aparmaq istəyəndə  qızlar qışqırdılar, ermənilər sanki kimdənsə  çəkinib onları buraxdılar. Bu vaxt Janna 

gəlib çıxdı. Bunu görəndə  əlində-ki zənbillə erməninin birini vurub dedi:—Nə edirsiz? Biz türklərə  nə cavab 

verəcəyik? 

Bu, deyəsən, Jannanın siyasəti idi. Əgər o, icazə verməsəydi, bizə heç toxunmazdılar da. 

Sonra Janna dedi ki, sizi burda saxlamaq olmaz. Bu gecə də qalsanız, qızlarınızın namusuna toxunarlar. 

Bizi iki avtobusa mindirib, Ağdama tərəf yola saldılar. Xocalıda  Şükürün mağazasının yanında maşınları 

saxladılar. Burda böyük kef məclisi qurulmuşdu. hər avtobusa dörd əlibıçaqlı erməni girdi. Soruşdular ki, 

birdəmi bura qayıdacaqsınız? Dedik yox. Dedilər ki, gedin Rusiyaya. İki gündən sonra Şuşanı, üç gündən sonra 

isə Ağdamı alıb, bu cür kef məclisləri quracağıq. 

Bizi gətirib iki nəfər azərbaycanlıya təhvil verdilər. Onlardan biri saqqallı idi. 

 

 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin