Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   28   29   30   31   32   33   34   35   ...   56
 

 

ON İKİ GÜN ÇOVĞUNDA 

 

15 yaşlı Salman Məhəmməd oğlu Qasımov, anası Ayna, qardaşı  Ənvər, qohumları Sona, qonşuları 



Tofiq 12 gün qarlı meşələrdə ac-susuz, olmazın işgəncələr çəkmiş, neçə-neçə Xocalı sakininin dəhşətli 

ölümünün şahidi olmuşdular. 



Salmanın dediklərindən:  — Atışma başlayanda biz evimizin zirzəmisində idik. Sonra atəşin 

şiddətləndiyini görüb, dəmiryolun altındakı beton boruya doluşduq. Gecə saat 2 radələrində çayı keçib meşəyə 

çıxdıq. zirvəyə qalxıb, Abdal-Gülablıya keçmək istəyirdik. Meşədə çoxlu Xocalı   sakini vardı. Təpəyə qalxanda 

bizi qarşı  tərəfdən ermənilər atəşə tutdu. Hümbət kişinin oğlu öldü. Əliş Quliyev boynundan yaralandı. Sağa 

tərəf qaçıb güllədən yayınmaq istədik. Qabağımızı burda da kəsib bizi atəşə tutdular. Türk Abdulla öldü. 

Mərkəz qarnından ağır yaralandı. Yenidən geri qayıtdıq. Yenə də erməni atəşi ilə qarşılaşdıq. Malik dayı ağır 

yaralandı. Biz yerə oturduq. Qaryağdı, Salman, Yusifəligil getdilər. Onları gülləyə tutmuşdular. Bilmədik 

taleləri necə oldu. Biz gecəni oturduğumuz yerdə keçirtdik. Tofiqin anası donub öldü. Malikin qoluna girib 

meşənin qalın yerinə apardıq.  İki gün orda qarın üstündə qaldıq.  İki gündən sonra Malik öldü. Doqquz nəfər 

qalmışdıq. Gəlib bir təpənin alt tərəfində kolların arasında oturduq.   Aşağıda böyük   bir erməni kəndi vardı. 

Bizdən iyirmi beş-otuz metr aralı silahlı ermənilər keçib gedirdilər. Onlar bizi görmürdü. Toran düşəndə 

sıldırımlı yamacı sürüşüb, həmin kəndə tərəf endik. Kəndə bir maşın gəldi. Deyəsən, erməni meyidi gətirmişdi. 

Camaat qışqırışırdı. Burda Mirvari xalagil də kolların arası ilə gizlənə-gizlənə getdilər. Biz beş  nəfər qaldıq. 

hara getdiyimizi bilmirdik. Gecələr yol gedir, gündüzlər gizlənirdik. Yeməyimiz yalnız qar idi. Gecə gəlib başqa 

bir kəndə çıxdıq. Bura Şelli kəndi idi. Əvvəlcə oranı erməni kəndi bilib, sola burularaq getdik. Çayı keçib bir 

qəbiristanlığa çıxdıq. Qar elə möhkəm yağırdı ki. Beş nəfər anam Aynanın balaca şalının altına girmişdik. Qar 

çoxalanda anam şalı çırpır, yenidən şalın altına doluşurduq. Sən demə, bura   Ağdamın Qarağacı qəbiristanlığı 

imiş. Burda post 

[45-46] 

 olduğunu görəndə bir az uzaqlaşıb, qəbristanlığın üst tərəfindəki üzümlüyə çəkildik. 

Posta maşınların gəlib-getdiyini gördük. 

Tofiq dedi ki, gedirəm o posta. Gəlməsəm, bilin ki, erməni postudur. 

O gedəndən on-on beş dəqiqə sonra dörd nəfər avtomatlı adamın bizə tərəf gəldiyini gördük. Elə bildik 

ki, ermənilərdir. Mən ayağa dura bilmirdim. Anamgil durub qaçmaq istəyəndə  həmin adamlar:—Bacı, 

qorxmayın, bizik, azərbaycanlıyıq—dedilər. 

Bizi maşına qoyub Yaqub Rzayevin qərargahına gətirdilər. Bıçaqla donmuş ayaq sarğılarımızı  kəsib 

çıxartdılar. Bizə isti corab geyindirib, Ağdam xəstəxanasına, ordan da təyyarə ilə Bakı  Təcili Tibbi Yardım 

xəstəxanasına apardılar. Cərrah Nuru Bayramovun səyi nəticəsində  həyata qayıtdıq. Bizi Nuru Bayramov üç 

aydan çox müalicə etdi. Əvvəlcə mənim ayaqlarımı dizimdən kəsmək istədilər. Bayramov tələsməməyi bildirdi. 

Uzun müalicədən sonra iki ayağımın pəncələrini kəsməyə məcbur oldular. Qardaşım Ənvərin iki, anamın iki, 

qonşumuz Sonanın üç barmağını kəsdilər. Sağ olsun Nuru həkimi və oranın tibb bacılarını. 

İndi kəsilmiş ayaqlarıma baxanda fevral ayının 25-dən mart ayının 8-nə  qədər çəkdiyimiz  əzab-

əziyyətlər yada düşür. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin