BİZƏ ÖZÜMÜZÜNKÜLƏR DƏ ATIRDI
Nazim Ələkbər oğlu Ələkbərovun dediklərindən:— Həmin gün mən meşədə anamı və bacılarımı
axtarır, eyni zamanda qonşumuz Məzahir və Nazimlə birlikdə arvad-uşağa kömək edir, ermənilərlə atışırdıq.
Birdən mənə dedilər ki, sizinkilər yuxarı səmtdən gəlirlər. Biz yuxarı qalxdıq. On nəfər idi. Yalnız Əlövsəti
tanıdım. Onlara kömək edib Şelliyə gətirdik. Öyrəndik ki, Naxçıvanik fermasının tövləsinə iyirmiyə qədər
arvad-uşaq salıblar. Onları qurtarmaq üçün geri döndük. Atəş aça-aça irəliləmək istəyəndə Qaraqayadan bizi
gülləyə tutdular. Ordakılar bizimkilər idi. Bizim fermaya getməyimizi onlar bilirdilər. Sürünüb xəndəyə
doluşduq. Patronumuz tükənirdi. Beyləqanlı bir kişi atəş altında sürünə-sürünə bizə iki qutu patron çatdırdı və
yenidən geriyə qayıtdı ki, Qaraqayadakılara desin ki, atəş açmasınlar. Qaraqayanın yanında atışmada arxadan
bir nəfəri vurdular. Oqtay, Sovet, mən və qaynım Nazimdən başqa beş-altı nəfər də bizimlə birlikdə idilər.
Vurulan oğlanı iki nəfər çəkib dərəyə saldı və biri onun avtomatını götürüb, yerə uzandı ki, guya atışır. Geri
çönüb baxanda oğlanı görmədik. O, avtomatı götürüb əkilmişdi. Ona görə qaynım Nazimi arxada qoydum ki,
bizi qorusun. Bizimkilərin bizi arxadan atmasına imkan verməsin.
Beyləqanlı kişi Qaraqayaya çatanda ordan bizə açılan atəşi dayandırdılar. Bu zaman fermaya tərəf bir
hərbi maşın gəldi. Yəqin ki, əsirləri aparmağa gəlirmiş. Maşını atəşə tutduq. Maşın geri dönüb qaçdı. Fermadakı
ermənilər bizim yaxınlaşmağımızı görəndə, arvad-uşaqları buraxıb qaçdılar. Camaat bizə gəlib çathaçatda
26
Qaraqayadan yenə bizi atəşə tutdular. Bir nəfər orta yaşlı arvad ayağından yaralandı. Bizə atəş açanlar AXC-nin
uşaqları idi.
[48-49]
Dostları ilə paylaş: |