Tofiq Hüseynovun atası Mirsiyabla, anası Minəşlə, qardaşı Bakirlə, milli ordunun əsgərlərindən Zülfünün və
Əlövsətin ailələri ilə tapışdım. Meşə ilə gəlib, Şelli kəndinə keçmək istəyəndə ermənilər qarşımızı kəsib bizi
atəşə tutdular. Hümbət kişinin 18 yaşlı oğlu Eldar ordaca öldürüldü. Ermənilər çox idilər. hamısı da avtomat və
pulemyotlarla silahlanmışdı. Bizdə cəmi iki dənə avtomat vardı. Biz məcbur olub Qarqar çayına endik. Minəş,
Mirsiyab, Bəkir başqa səmtə getdilər. Çayda 150-yə qədər adam vardı. Ermənilər onları da geri qayıtmağa atəşlə
Fevralın 26-da gecə saat 10-11 radələrində meşə ilə Abdal-Gülablı tərəfə yol aldıq. Ancaq camaatda,
əsasən də, qocalarda, qadınlarda və uşaqlarda taqət qalmamışdı. Vahimə, soyuq, aclıq, yorğunluq hamını
əldən salmışdı. Şərqiyyə Usubova və lal əsgər gözlərimin qarşısında keçindilər. Rəşid Kərimov şikəst
olduğundan erməni kəndi Dəhrazın yaxınlığında qaldıq. Səhər açılanda ermənilər yaşayan Dəhraz kəndinə
çıxdıq, erməni səsi eşidəndə geri qayıtmaq istəsək də, bir şey çıxmadı. Ermənilər bizi mühasirəyə almışdılar.
Onlar bizi atəşə tutdular. Biz də onlara atəş açdıq. Burda Zəhra Salahova, institut tələbəsi, milli ordunun
əsgəri Mehdi Kərəmoğlu, Astan kişinin oğlu Nadir öldü. Rövşən və bir neçə mesxeti türkü yaralandı. Arvad-
15
uşaqlar qışqırdı ki, bizi qırmayın. Ermənilər səngərdə olduqlarından bizim qüllələr boşa çıxırdı. Nəhayət, bizi
əsir aldılar. Üst-başımızı gəzib, Dəhraz kəndinə apardılar. İki gün Dəhrazda saxlayandan sonra
cavanlarımızdan 12 nəfəri ayırıb apardılar və dedilər ki, sizinkilər bizdən bir madar oğlanı öldürüb, ona görə
bunları öldürəcəyik. Onları bizdən 40-50 metr aralı bir dərəyə apardılar. Avtomatlardan atəş səsləri gəldi.
Ancaq-uşaqları öldürüb-öldürmədiklərini görə bilmədik. Onlar aşağıdakılar idi: Usubəli Qarayev, Zakir Usubov,
Əliyar, Elşad qardaşları, Səyavuş Usubov, Tofiq Zeynalov, Şahin Məmişov, Vüqar Hüseynov,
[23-24]
Rövşən
Həsənov, Elşən Bağırov, Ələddin Paşayev, Ülfət Əliyev.
Fevralın 29-da on doqquz nəfərimizi «Kamaz» maşınına yığıb Stepanakertə apardılar. Xocalıda
maşından düşürüb, bizi möhkəm döydülər. Sonra yenidən maşına yığıb, Stepanakertdəki dustaqxanaya aparıb
saldılar. Bizə bir həftə nə su, nə də çörək verdilər. Bizi gündüzlər nəzarətçilər, gecələr isə şəhər quduzları
döyürdü. On gündən sonra Qırmızı Xaç Cəmiyyətindən adam gəldi. Bizə bildirdilər ki, sizi döydüyümüzü, ac
saxladığımızı bildirsəniz, onlar gedəndən sonra sizi güllələyəcəyik. Dedilər ki, deyin bizə gündə 500 qram
çörək, yatanda yorğan-deşək verirlər. Əlacsız qalıb, dediklərinə əməl etməli olduq. Nümayəndələr gedəndən
sonra üç-dörd adama bir parç su, adambaşına gündə 40-50 qram çörək verirdilər. Mənimlə bir kamerada yatan
Qaradağlı Ələstan kişi acından və susuzluqdan öldü. Bizimlə qalan əsirlərdən sağ qalanları bir aydan sonra
dəyişdirildi. Məni və Yusifi Yerevana, ordan da Gorusa apardılar. Beş aylıq işgəncədən sonra bizi dəyişdilər...
Dostları ilə paylaş: