592) Hansı Layell sindromunun sinonimidir?
A) Allergik dermatomiozit
B) Epidermal toksik ödem
C) Angionevrotik ödem
D) Epidermal toksik nekroliz
E) Eksfoliativ dermatit
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
593) Löffler-2 sindromunda əsas iltihabi sklerotik prosesslər harada yerləşir?
A) Xırda və orta mənfəzli arteriyalarda
B) Ağciyər toxumasında
C) Divaryanı qapaq endokardında
D) Miokardda
E) Birləşdirici toxumada
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра,2007. – 504 с.
594) Dərman allergiyasını preparatların əlavə təsirlərindən fərqləndirən əlamətlərə hansı aid deyil?
A) Reaksiyanın preparatın yalnız təkrar dozasından sonra yaranması
B) Reaksiyanın ilk dozadan sonra baş verməsi
C) Preparatın ləğv edilmsindən 3-5 gün sonra reaksiyanin xeyli azalması yaxud tam keçməsi
D) Preparatla təkrar müalicəyə başladıqda reaksiyanin yenidən yaranması
E) Reaksiyanın preparatın kiçik dozasında belə yaranması
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
595) Prednizolonun peroral sutkalıq 20 milliqram dozasına deksametazonun hansı dozası ekvivalentdir (uyğundur)?
A) 4 mq
B) 8 mq
C) 16 mq
D) 1 mq
E) 2 mq
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 84
Dostları ilə paylaş: |