142) Aşağıdaılardan hansı tip II hiperhəssaslıq xəstəliklərindən biridir?
A) Qırmızı qurd eşənəyi
B) Zərdab xəstəliyi
C) Gudpasçer sindromu
D) Kontakt dermatiti
E) Allergik rinit
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
143) Alfa-1 antitripsinin çatışmazlığında ən çox aşağıdakılardan hansı əmələ gəlir?
A) Birincili emfizema
B) Rey sindromu
C) Mukovistidoz
D) Pnevmoniya
E) Bronxial astma
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
144) Aspirin səbəbli bronxial astmada hansı dərman/ya dərman qrupu qəbulunun tam kəsilməsini tələb edilir?
A) Qeyri-steroid iltihab əleyhinə olan preparatlar
B) Sulfanilamid preparatları
C) Dibazol
D) Papaverin
E) Penisillin
Ədəbiyyat: А. Инсанов, Н. Гасанов. «Современные методы лечения бронхиальной астмы» 1990 г.
145) Aspirin səbəbli bronxial astmada pəhrizdə hansı qida maddələri istisna edilməlidir?
A) Toyuq əti, qaz əti, balıqı
B) Tərkibində təbii zülallar böyük miqdarda olan qida maddələri
C) Tərkibində böyük miqdarda karbohidratlar olan qida maddələri
D) Hər hansı qida maddəsinin istisna edilməsinin heç bir əhəmiyyəti yoxdur
E) Tərkibində konservantlar olan ərzaq maddələri
Ədəbiyyat: GİNA, 2010
Dostları ilə paylaş: |