601) ß2-adrenoreseptorları stimulyasiya edən qısa müddətli təsirə malik olan adrenomimetiklərdən hansı məqsədlə istifadə olunur?
A) Hipersekresiyanı azaltmaq üçün
B) Boğulmanın kəskin tutmasının qarşısını almaq üçün
C) Bronxial astma tutmalarının uzunmüddətli profilaktikası üçün
D) Astmatik vəziyyətin müalicəsi üçün
E) Öskürəyi aradan götürmək ücün
Ədəbiyyat: В. А.Остапенко, В.А.Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
602) Bronxial astma zamanı qlükokortikosteroidlərin inhalyasiyası nə zaman göstərişdir?
A) Yuxarı tənəffüs yollarının kəskin infeksiyalarını müalicə etmək üçün
B) Boğulma tutmalarının profilaktikası üçün
C) Kəskin boğulma tutmasının qarşısını almaq üçün
D) Quru öskürəyin müalicəsi üçün
E) Astmatik vəziyyəti müalicə etmək üçün
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
603) Ditek nə zaman istifadə oluna bilər?
A) Orta ağır bronxial astma tutmasının terapiyası üçün
B) Xroniki bronxitin terapiyası üçün
C) Kəskin bronxitin terapiyası ücün
D) Bronxial astma tutmalarının profilaktikası üçün
E) Astmatik statusun terapiyasında
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
604) Atopik bronxial astma üçün hansılar xarakterikdir?
A) Burnun residivverən polipozu
B) Bronxial astmanın kəskin tutmasının müalicəsi üçün
C) Pirazolon sırası dərman preparatlarına dözümsüzlük
D) Tutmanın tədricən inkişafı
E) Eliminasiya effekti
Ədəbiyyat: И. Д. Копылев. «Болезни органов дыхания» 2000г.
605) Dərhal baş verən tipli allergiya zamanı yavaş-yavaş təsir edən bioloji aktiv maddələr hansılardı?
A) Asetilxolin
B) Serotonin
C) Histamin
D) Leykotriyenlər
E) Bradikinin
Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001г.
606) Atopik bronxial astmanın əmələ gəlmə səbəbi daha çox hansıdır?
A) Helmintlər
B) Havada olan bakteriyaların həyat fəaliyyətinin maddələri
C) Ev tozu
D) Kif göbələklərinin sporları
E) Xlamidiyalar
Ədəbiyyat: И.Д. Копылев. «Болезни органов дыхания» 2000г.
607) Antihistamin dərman preparatlarının antihistamin təsir mexanizmi nədən ibarətdir?
A) H1-reseptorlara histaminlə rəqabətli təsir
B) Histaminin azad edilməsi
C) Azad histaminin bağlanması
D) Histaminin əmələ gəlməsinin ləngidilməsi
E) Histaminin sürətlə xaric edilməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005 г.
608) İmmunoqlobulinlərin sinifləri arasında reaginlərə ən uyğun olanı hansıdır?
A) İgA
B) İgM
C) İgG
D) İgD
E) İgE
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
609) Qida allergiyası anlayışına nə aiddir?
A) Qida maddələrinə toksiko-allergik təsir
B) Qida maddələrinə allergik reaksiya
C) Qida maddələrinin uyğunlaşmaması
D) Qida maddələrinə davamsızlıq
E) Qida maddələrinin toksiki təsiri
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
610) Müalicəyə başlamazdan əvvəl bronxial astmanın ağırlıq dərəcəsini hansı müayinə üsulu ilə təyin etmək olar?
A) EKQ və pikfluometrapiya ilə
B) Dəridə allergik testlərin aparılması ilə
C) Ventilyasiyanın göstəriciləri və müalicənin səmərəsinə görə
D) Yalnız obyektiv müayinə ilə
E) Rentgen müayinəsi ilə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
611) Bronxial astmanın II dərəcəsinin göstəricisi hansıdır?
A) Astmatik status
B) Fiziki gərginlik astması
C) Ağciyər ürəyi
D) Yüngül klinik gedişli astma
E) Ağır fasiləli astma tutması
Ədəbiyyat: M. Ağayev. “Daxili xəstəliklər” 2007 il.
612) Aspirin mənşəli bronxial astmanın profilaktikası üçün hansının qəbul edilməsi məsləhət görülmür?
A) Tərkibində aspirin olan preparatların
B) Azitromisinin
C) Antikoaqulyantların
D) Maqnezi sulfatın
E) Sulfanilamid preparatların
Ədəbiyyat: Под ред. Лолора, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
613) Bronxial astmanın kəskinləşməsinə hansı preparat səbəb ola bilər?
A) Aspirin
B) Enalapril
C) Hidroxlortiazid
D) Amlodipin
E) Lozartan
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
614) Bronxial astmanın kəskinləşməsinə hansı qrup preparatlar səbəb ola bilər?
A) Kalsi ionlarının antaqonistləri
B) Angiotenzin II reseptorlarının antaqonistləri
C) Bronxolitiklər
D) Tiazid qrup diuretiklər
E) β-adrenoblokatorlar
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
615) Bronxial astmanın kəskinləşməsinə hansı preparat səbəb ola bilər?
A) Kaptopril
B) Teofillin
C) Setirizin
D) Diklofenak
E) İndapamid
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
616) Allergik rinitin əsas simptomlarından biri hansıdır?
A) Ürəkdöyünmə
B) Burundan selikli ifrazat
C) Təngənəfəslik
D) Baş ağrıları
E) Baş gicəllənmə
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
617) Allergik rinitin əsas simptomlarından biri hansıdır?
A) Arterial hipotenziya
B) Hərarətin yüksəlməsi
C) Akrosianoz
D) Burunda qaşınma
E) Bradikardiya
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
618) Ekzogen allergik alveolitin patogenezində hansılar iştirak edir?
A) İgA
B) İgE
C) İgG, İgM
D) İgE, İgG, İgM, İgA
E) İgE, İgA
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
619) Ekzogen allergik alveolitin kəskin forması üçün hansılar xarakterikdir?
A) İnterstisiyanın və alveolların infiltrasiyası
B) İnterstisial fibroz
C) Orta kalibrli
D) Qranulematoz dəyişikliklər
E) İri bronxların selikli qişasının infiltrasiyası
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
620) Ekzogen allergik alveolitin yarımkəskin forması üçün hansılar xarakterikdir?
A) Orta kalibrli bronxlarda selikli qişanın infiltrasiyası
B) İnterstisial fibroz
C) İri bronxların selikli qişasının infiltrasiyası
D) Qranulematoz dəyişikliklər
E) Alveolların və interstisinin infiltrasiyası
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
621) Ekzogen allergik alveolitin xroniki forması üçün hansılar xarakterikdir?
A) İnterstisial fibroz
B) Alveolların və interstisinin infiltrasiyası
C) İri bronxların selikli qişalarının infiltrasiyası
D) Qranulematoz dəyişikliklər
E) Orta kalibrli bronxlarda selikli qişanın infiltrasiyası
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
622) Ekzogen allergik alveolitin gedişi (kəskin, yarımkəskin, xroniki) hansılarla müəyyən edilir?
A) Ağ ciyərlərin zədələnməsi ilə
B) Antigen titrin massiv və uzunmüddətli olması ilə
C) Baş beynin zədələnməsi
D) Burnun polipozu ilə
E) Ürək xəstəliyi ilə
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
623) Ekzogen allergik alveolitin kəskin forması nədən sonra inkişaf edir?
A) Əgər antigenin təsiri davam edirsə
B) Antigenin konsentrasiyası kəskin ifadə olarkən, böyük və ağır kontakt
C) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri varsa
D) Antigenin aşağı konsentrasiyası ilə kontakt olduqda
E) Antigenin aşağı konsentrasiyası ilə birinci kontaktdan sonra
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987 г.
624) Ekzogen allergik alveolitin kəskin formasının təzahürü neçə saatdan sonra inkişaf edir?
A) 36-48 saat
B) 4-12 saat
C) 24-36 saat
D) 12-24 saat
E) 48-72 saat
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
625) Ekzogen allergik alveolitin kəskin forması üçün nə xarakterikdir?
A) EÇS-in kəskin artması
B) Neytrofilez, eozinofiliya
C) Leykositoz, neytrofilez
D) Limfositoz
E) Yüksək eozinofiliya
Ədəbiyyat: А.Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
626) Ekzogen allergik alveolitin kəskin forması üçün hansılar xarakterikdir?
A) Plevral boşluqda maye
B) Bronxopulmonal limfa düyünlərinin böyüməsi
C) Ağ ciyərlərin fibrozunun əlamətləri
D) İnterstisial infiltratlar
E) Bütöv bir payı tutan infiltrativ dəyişikliklər
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
627) Ekzogen allergik alveolitin yarımkəskin forması nədən sonra inkişaf edir?
A) Antigenin aşağı konsentrasiyası ilə birinci kontaktda
B) Antigenin aşağı konsentrasiyası ilə kontakt olduqda
C) Əgər antigenin təsir davam edirsə
D) Antigenin kəskin ifadə olunmuş konsentrasiyası zamanı böyük, geniş kontakt odduqda
E) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri olduqda
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
628) Ekzogen allergik alveolitin yarımkəskin forması üçün hansılar tipikdir?
A) Qanhayxırma
B) Subfebril qızdırma
C) «Bazar ertəsi fenomeni», öskürək, təngənəfəslik
D) Quru öskürək
E) Febril qızdırma
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
629) Ekzogen allergik alveolitin xroniki forması nədən sonra inkişaf edir?
A) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri olduqda
B) Antigenin aşağı kontentrasiyası ilə ilk kontaktdan sonra
C) Antigenin kəskin ifadə edilmiş konsentrasiyasında böyük, geniş kontakt yarandıqda
D) Əgər antigenin təsiri davam edirsə
E) Antigenin aşağı kontentrasiyası ilə kontakt olduqda
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
630) Ekzogen allergik alveolitin kəskin forması üçün hansılar xarakterikdir?
A) Bütöv payı əhatə edən infiltrativ dəyişikliklər
B) İnterstisial infiltratlar
C) Ağ ciyər fibrozunun əlamətləri
D) Bronxopulmonal limfa düyünlərinin böyüməsi
E) Plevral boşluqda maye
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
631) Ekzogen allergik alveolitin bütün formaları üçün hansılar xarakterikdir?
A) Ürəkbulanma
B) Öskürək, təngənəfəslik, bədən hərarətinin yüksəlməsi
C) Qusma
D) Quru öskürək
E) Qanhayxırma
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
632) Ekzogen allergik alveolitin bütün formalarında ağ ciyərlər üzərində nə eşidilir?
A) Quru xırıltılar
B) Tənəffüsün zəifləməsi
C) Plevranın sürtünmə səsi
D) Krepitasiya
E) Fitli xırıltılar
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
633) Ekzogen allergik alveolitin diaqnostikasında əsas rolu nə oynayır?
A) Anamnez, laborator diaqnostika, kliniki mənzərə
B) Provokasiya sınaqlarının aparılması
C) Dəri sınaqlarının qoyulması
D) Rentgenoloji müayinə
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
634) Ekzogen allergik alveolitin zamanı lavaj mayesində nə aşkar edilir?
A) Ümumi zülalın miqdarının aşağı düşməsi
B) Neytrofilez
C) İgE səviyyəsinin yüksəlməsi
D) Limfositoz+ ümumi zülalın miqdarının artması və İgA, İgG, İgM səviyyəsinin yüksəlməsi
E) İgA, İgG, İgM səviyyəsinin azalması
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
635) Ekzogen allergik alveoliti nə ilə diferensasiya etmək lazımdır?
A) Ürək xəstəlikləri ilə
B) Plevritlə
C) İdiopatik fibrozlaşdırıcı alveolitlə (Xammen – Riç sindromu), pnevmoniyalarla
D) Ağciyərlərin exinokokkozu ilə
E) Ağciyər absesi ilə
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
636) Ekzogen allergik alveolitdə xəstəliyin proqnozu nədən asılıdır?
A) Sadalananların hamısı
B) Adekvat müalicənin təyinatı
C) Vaxtlı-vaxtında aparılan diaqnostika
D) Başlanğıc dövründə xəstəliyin ağırlığından
E) Xəstənin rejimə riayət etməsindən
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
637) Ekzogen allergik alveolitin profilaktikası üçün nə tələb olunur?
A) Polipraqmaziyanın istisna edilməsi
B) Allergenin tam eliminasiyası
C) Sadalananların hamısı
D) Tozcuq əleyhinə respiratorlardan istifadə edilməsi
E) İş yerinin dəyişməsi
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
638) Kəskin allergik rinit əlamətləri hansı hüceyrələrin mediatorları ilə əlaqədardır?
A) Monositlərin
B) Neytrofillərin
C) Tosqun hüceyrələrin
D) Eozinofillərin
E) Bazofillərin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
639) Xroniki allergik rinitin əlamətləri bu hüceyrələrin mediatorları ilə əlaqədardır, birindən başqa?
A) Monositlərin
B) Tosqun hüceyrələrin
C) Bazofillərin
D) Neytrofillərin
E) Alveolositlərin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
640) Allergik rinitin əsas simptomlarına hansı aid deyil?
A) Burundan xeyli miqdarda sulu ifrazat
B) Burun-udlaqda quruluq hissi
C) Burundan selikli ifrazat
D) Burun tənəffüsünün pozulması
E) Asqırma
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
641) Allergik rinitin müalicəsində hansı preparatlar istifadə olunur?
A) Natrium kromoqlikat
B) Antihistamin preparatları
C) Qlyukokortikosteroidlər
D) Natrium nedokromil
E) Adrenomimetiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
642) Bronxial astmanı ağ ciyərlərin başqa obstruktiv xəstəliklərdən aşağıdakıların hamısı fərqləndirir, birindən başqa?
A) Bronxial obstruksiyanın geri dönmə qabiliyyəti
B) Selikaltı qişa vəzilərinin hipertrofiya və hiperplaziyası
C) Bronxların saya əzələlərinin spazı
D) Bronxların saya əzələlrinin hipertrofiyası
E) Bronxların bazal membranının qalınlaşması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
643) Fiziki gərginlik bronxial astmasının fərqli xüsusiyyəti aşağıdakılardan hansıdır?
A) Ətraf mühitin faktorlarının təsiri
B) Sağlam şəxslərdə təsadüf olunması
C) Hiperventilyasiya
D) Təkrarlanan yüklənmələrdə bronxospazmanın azalması
E) Bronxial astmalı xəstələr arasında tez-tez təsadüf olunması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
644) Bronxial astma zamanı yaranan bronxların hiperreaktivliyinin mexanizminə hansı aid deyil?
A) Surfaktant sintezinin pozulması və sekretin yığılması
B) Selik altı qişanın ödemi, matriksin iltihabı və toplanması
C) Mukosiliar klirensin güclənməsi
D) MSS-nin və lokal reflekslərin güclənməsi
E) Böyük sahə boyunca paylanan alveolaların retraktil qüvvələri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
645) Fiziki gərginlik bronxial astmasının qarşısı gərginlikdən 15-30 dəqiqə öncə profilaktiki məqsədlə istifadə olunan preparatın qəbulu ilə alına bilər, birindən başqa?
A) β2-aqonistəlrin
B) İnqalyasion qlyukokortikosteroidlərin
C) Leykotrien reseptorları antoqonistlərinin
D) Kromonların
E) Membranostabilizatorların
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
646) Speyserlərin imkan dairəsinə hansı aid deyil?
A) Dozalaşdırılmış aerozol formasında buraxılmayan preparatların inhalyasiya yolu ilə qəbulu
B) Ağız boşluğu və səs tellərində aerozolun minimal çökməsi
C) Preparatın ağ ciyərlərdə depozisiyasının yaxşılaşdırılması
D) Preparatın minimal dozada istifadəsi
E) Nəfəs alma ilə inhalyasiyanın uzlaşdırılmasının yaxşılaşdırılması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
647) Kromonlar hansı xəstəlikdə istifadə olunmur?
A) Pollinozda
B) Allergik övrədə
C) İdiopatik ağciyər fibrozlarıında
D) Bronxial astmada
E) Allergik rinitdə
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
648) Xroniki tənəffüs çatışmazlığı və ağ ciyər ürəyinin ən tez-tez təsadüf edilən səbəbi hansıdır?
A) Xroniki obstruktiv bronxit
B) Xroniki pnevmoniya
C) Bronxial astma
D) Bronxoektaziya xəstəliyi
E) Ağ ciyər vərəmi
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
649) Seretid Multidiskinin tərkibi bunların hansıdır?
A) 50 mkq salmeterol və 100 mkq (yaxud 250 mkq) flyutikazon
B) 100 mkq salmeterol və 100 mkq (yaxud 250 mkq) flyutikazon
C) 50 mkq salbutamol və100 mkq (yaxud) 250 mkq) flyutikazon
D) 25 mkq salmeterol və 50 mkq (yaxud 100 mkq) flyutikazon
E) 200 mkq salbutamol və 100 mkq flyutikazon
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
650) Əksər hallarda gecə saatlarında obstruksiya güclənərsə, istifadə olunan preparatlardan üstünlüyü hansına verirlər?
A) Efedrinə
B) Salmeterola
C) Fenoterola
D) Salbutamola
E) Beroduala
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
651) Xarici tənəffüsün obstruktiv tipli pozuntuları üçün spirometriyanın hansı göstəricilərinin azalması səciyyəvidir?
A) Güclənmiş ekspirasiyanın ani həcmi
B) Tənəffüsün dəqiqəlik həcmi
C) Tənəffüs həcmi
D) Ağciyərin həyat tutumu
E) Ağciyərin ümumi tutumu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
652) Restriktiv pozuntular üçün spirometriyanın hansı göstəricilərinin azalması səciyyəvidir?
A) Alveolyar ventilyasya
B) Ağciyərlərin həyat tutumu
C) Ekspirasiyanın ehtiyat həcmi
D) Ekspirasiyanın zirvə sürəti
E) Güclənmiş ekspirasiyanın ani həcmi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
653) Bunların hansı ağciyər eozinofiliyasını yarada bilməz?
A) Nikel istehsalatında işləmək
B) Alkoqol mənşəli miokardiopatiya
C) Göbələk sensibilizasiyası
D) Tozcuq sensibilizasiyası
E) Şiş xəstəlikləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
654) Ağciyər eozinofiliyasının patogenezində aparıcı rolu hansı mexanizmlər oynayır?
A) Reagin + sitotoksik mexanizmlər
B) Ləng tipli reaksiya
C) Sitotoksik mexanizm
D) Reagin + ləng tipli reaksiya
E) Reagin + immunokompleksli mexanizmlər
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
655) Bunlardan hansı lokal ağciyər eozinofiliyalarına aiddir?
A) Astmatik sindromla müşayət olan bronxoektaziyalar
B) Leffler II sindromu
C) Sadə ağ ciyər eozinofiliyaları (Leffler sindromu)
D) Çardc – Ştraus sindromu
E) İdiopatik kəskin pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
656) Sadə ağciyər eozinofiliyası üçün (Leffler sindromu) hansı əlamət səciyyəvi deyil?
A) Mülayim intoksikasiya
B) Sarı rəngli bəlğəm ifrazı ilə öskürək
C) Eozinofiliya
D) Qanhayxırma
E) Subfebril hərarət
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
657) Sadə ağciyər eozinofiliyası üçün hansı rentgenoloji dəyişikliklər səciyyəvidir?
A) Ağciyər fibrozu əlamətləri
B) Bir neçə seqmentləri əhatə edən infiltrativ dəyişikliklər
C) Bronxopulmonal limfa düyünlərinin böyüməsi
D) Plevra boşluğunda maye
E) İnterstisial infiltratlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
658) Hansı səbəb bronxial astma zamanı ağciyər eozinofiliyalarının yaranma səbəblərinə aid deyil?
A) Yüksək allergenli preparatların təyini
B) Parazitar invaziyanın qoşulması
C) Yüksək dozada istifadə olunan qlyukokotikosteroidlər sxeminin pozulması
D) İnhalyasion qlyukokortikosteroidlərlə müalicə
E) Qlyukokortikosteroidlərin saxlayıcı dozasının kəsilməsi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
659) Allergik bronx-ağciyər aspergilyozunun fərqli əlamətlərinə hansı aid deyil?
A) Ocaqlı pnevmoskleroz
B) Qanda yüksək eozinofiliya
C) Residivləşən bronxial astma tutmaları
D) İgE-in yüksək miqdarı
E) Asperqilla antigeninə qarşı presipitasiya edici anticisimlərin tapılması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
660) Allergik bronx-ağciyər aspergilyozunun müalicəsində hansı preparatlar istifadə olunur?
A) İmmunostimulyatorlar
B) Qlyukokortikosteroidlər
C) Sulfanilamidlər
D) Qeyri-steroid iltihaba qarşı preparatlar
E) Antibiotiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
661) Ağciyər eozinofiliyalarının diaqnostikasında hansı müayinə vacib rol oynamır?
A) Rentgenoloji məlumatlar
B) Allergenlərlə dəri testləri
C) Endoskopik müayinə
D) Anamnez
E) Laborator məlumatlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
662) Sistemli əlamətlərlə keçən ağciyər eozinofiliyalarının müalicəsində hansı preparatlar istifadə edilir?
A) Antibiotiklər
B) Sidikqovucular
C) Qeyri-steroid iltihaba qarşı preparatlar
D) İmmunostimulyatorlar
E) Sitostatiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
663) Ekzogen allergik alveolitin patogenezində aparıcı rolu hansı mexanizm oynayır?
A) Reagin + immunkompleksli mexanizm
B) Ləng tipli reaksiya + immunkompleksli mexanizm
C) Reagin mexanizm
D) Reagin + sitotoksik mexanizm
E) Sitotoksik mexanizm
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |