Allerqologiya ixtisası üzrə test suallarının nümunələri Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Aşağıdakılardan hansı sistem təzahürləri ilə inkişaf edən ağciyər eozinofiliyalarına aiddir?



Yüklə 1,46 Mb.
səhifə12/21
tarix29.12.2016
ölçüsü1,46 Mb.
#3875
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

724) Aşağıdakılardan hansı sistem təzahürləri ilə inkişaf edən ağciyər eozinofiliyalarına aiddir?
A) Sklerodermiya

B) Dəri vərəmi

C) Dermatomiozit

D) Revmatoidli artrit

E) Hipereozinofil mieloproliferativ sindrom (II Leffler sindromu)
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
725) Peşəkar («nikelli») eozinofil infiltratın hansı xəstəliklər ilə birgə olması səciyyəvidir?

A) Kontakt dermatiti ilə

B) Ürək xəstəliyi ilə

C) Əsəb sisteminin xəstəliyi ilə

D) Böyrək xəstəliyi ilə

E) Qaraciyər xəstəliyi ilə


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
726) Sadə ağciyər eozinofiliyası zamanı qanın kliniki analizində hansı əlamətlərin olması səciyyəvidir?

A) Eozinofiliya

B) Trombositopeniya

C) Leykopeniya

D) Limfositoz

E) EÇS kəskin yüksəlməsi


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
727) Xroniki eozinofil pnevmoniyası üçün hansı əlamətlər səciyyəvidir?

A) Yüksək eozinofiliya

B) Febril qızdırma

C) Tərkibində yüksək faiz eozinofil olan bəlğəmli öskürək

D) Gedişinin qısamüddətli olması – 10 gündən az

E) Eozinofil infiltratlarının residivləşməsi


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
728) Vaynqartanın tropik ağciyər eozinofiliyasının səbəbi hansıdır?

A) Sistosomlar

B) Pişik qoşadodağı

C) Askaridlər

D) Toksokarlar

E) Mikrofilyariyalar


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
729) Aşağıdakılardan hansı tropik ağciyər eozinofiliyası üçün səciyyəvi deyil?

A) Limfadenopatiya

B) Arterial təzyiqin artması

C) Ekzantemalar

D) Ağciyərin eozinofil infiltratları

E) Splenomeqaliya


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
730) Tropiki ağciyər eozinofiliyasının müalicəsində hansı dərman preparatlarından istifadə olunur?

A) İltihab əleyhinə dərmanlar

B) Qlükokortikosteroidlər

C) Antibiotiklər

D) Sulfanilamidlər

E) Dietilkarbamazin (Ditrazin)


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
731) Lokal ağciyər eozinofiliyalarının müalicəsində hansı dərman preparatları istifadə olunur?

A) Sidikqovucular

B) Sulfanilamidlər

C) Qlükokortikosteroidlər

D) Antibiotiklər

E) Qeyri-steroid iltihab əleyhinə dərmanlar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
732) Qeyri-medikamentoz ekzogen allergik alveolit zamanı allergen hansı yolla daxil olur?

A) Selikli qişalardan

B) Mədə-bağırsaq traktından

C) Parenteral yolla

D) İnqalyasion yolu ilə

E) Dəridən


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
733) Aşağıda göstərilənlərdən hansı ekzogen allergik alveoliti törədə bilən hissəciklərin ölçüsünə uyğundur?

A) 15-20 mkm

B) 5 mkm qədər

C) 5-10 mkm

D) 20-25 mkm

E) 10-15 mkm


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
734) Ekzogen allergik alveolit zamanı iltihab prosesi harada yerləşir?

A) İri kalibrli bronxlarda

B) Bronxopulmonal limfa düyünlərində

C) Traxeyada

D) Alveollar və bronxiollarda

E) Orta kalibrli bronxlarda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
735) Allergik rinit üçün xarakter əlamət hansıdır?

A) Burundan xaric olan sekretin irinli olması

B) Burundan xaric olan sekretdə neytrofillərin artması

C) Ailə anamnezində allergik xəstəliklərin olmaması

D) Eliminasiya sınağının müsbət olması

E) Xəstəliyin kəskinləşməsinin mövsümü xarakter daşımaması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
736) İnfeksion mənşəli rinit üçün xarakter əlamət hansıdır?

A) Allergenlərlə aparılan burun testinin müsbət olması

B) Burundan xaric olan sekretin irinli olması

C) Periferik qanda eozinofillərin artması

D) Eliminasiya sınağının müsbət olması

E) Xəstədə eyni zamanda konyuktivitin olması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
737) Allergik rinitin müalicəsində aşağıda sayılan dərman preparatlarından hansı işlədilmir?

A) Beklometazon

B) Erius

C) Ketotifen

D) Nafazolin

E) Asetilsalisil turşusu (aspirin)


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
738) Mövsümü və il boyu davam edən allergik rinitin müalicəsində saydıqlarımızdan hansı üsul patogenetik müalicə üsulu hesab edilir?

A) Allergen spesifik immunoterapiya

B) Dekonqestantlarla (ksilometazolin, nafazolin) müalicə

C) H1-reseptorların blokatorları ilə müalicə

D) Qlükokortikosteroidlərlə müalicə

E) Tosqun hüceyrələrin membranasını stabilləşdirən preparatlarla müalicə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
739) Ağır gedişli persistə edən astma üçün ən xarakterik əlamət hansıdır?

A) Astmanın gecə əlamətləri həftədə 1 dəfə olur

B) Nəfəs vermənin pik sürəti (PİF) normanın 60%-dən aşağıdır, PEF-in sutka ərzində variabelliyi 30%-dən çoxdur

C) Astmanın gündüz əlamətləri həftədə iki dəfə olur

D) Xəstənin yuxusu hərdən bir pozulur

E) Fiziki aktivlik bir qədər məhdudlaşır


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
740) Aşağıda sadaladıqlarımızdan hansı qeyri-allergik astma hesab olunur?

A) Mikroskopik gənələrin törətdiyi astma

B) Ev tozunun törətdiyi astma

C) Aspirin astması

D) İnsekt allergenlərin törətdiyi astma

E) Kif və maya göbələkciyi allergenlərinin törətdiyi astma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
741) Atopik forma bronxial astmada hansı laborator yoxlamasının aparılması çox da vacib deyil?

A) Qanda immunoqlobulin E-nin təyini

B) Qanın zərdabında immunoqlobulin A, M və G-nin yoxlanılması

C) Bəlğəmin bakterioloji yoxlanılması

D) Bəlğəmdə eozinofillərin olmasının təyini

E) Qanda eozinofillərin təyini


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
742) Nəfəs vermənin pik sürətinin (PEF) səhər və axşam göstəriciləri arasında fərqin (sutkalıq variabelliyi) neçə faiz olması bronxial astma üçün xarakterikdir?

A) 11-15%

B) 1-5 %

C) 6-10%


D) 20 % və çox

E) 16-19%


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
743) Aspirin astması üçün hansı əlamət xarakterik deyil?

A) Qeyri-steroid iltihab əleyhinə preparatların qəbulundan sonra boğulma tutmasının baş verməsi

B) Başqa allerqik xəstəliklərlə əlaqəli formada rast gəlməsi

C) Burunda residiv verən polipozun olması.

D) Qanda immunoqlobulin E-nin normal olması

E) Qeyri steroid iltihab əleyhinə işlədilən dərmanların qəbulunu dayandırdıqdan sonra tutmanın keçməsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
744) Atopik forma bronxial astmanı müalicə edərkən hansı tədbirin aparılması lazım gəlmir?

A) İntermittə edən astma yüngül gedişlidə tutmalar arası dövrdə müalicə aparmaq

B) Astma tutmalarının səbəblərini aradan götürmək

C) Bronxial astmanın fəsadlarının müalicəsi

D) Persistə edən astmanın natamam remissiya fazasında müalicə aparmaq

E) Bronxial astma tutmalarının aradan götürülməsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
745) Aşağıda sadaladıqlarımızdan hansı leykotrien əleyhinə preparat deyil?

A) Ketotifen

B) Sinqulyar

C) Miteka

D) Akolat

E) Zileuton


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
746) Hormondan asılı vəziyyət olan bronxial astmalı xəstələrdə hansı patologiya çox rast gəlir?

A) Allergik konyuktivit

B) Mədə və on iki barmaq xorası

C) Atopik dermatit

D) Allergik rinit

E) Övrə.
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.


747) Aşağıda qeyd olunan əlamətlərdən hansı allergik rinit üçün vaсib hesab edilmir?

A) Üz nahiyyəsində ödem

B) Çətinləşmiş burun tənəffüsü

C) Akrosianoz

D) Asqırma

E) Burun boşluğundan zəif sekret ifrazı


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
748) Tiffno əmsalı üzrə bronxial obstruksiyanın dərəсəsi təyin olunur. Normada bu göstəriсi nə qədərdir?

A) 70%


B) 35%-dən aşağı

C) 90%


D) 35% - 50%

E) 50% - 70%


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
749) İnqalyasion qlükokortikoidlərə hansı preparat aid deyildir?

A) Flunizolid

B) Bekotid

C) Budesonid

D) Fenoterol

E) Fliksomid


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
750) Bronxial astmanın qlükokortikoidlərlə sistem müaliсəsinin ağırlaşmalarına nə aid deyildir?

A) Hiperqlikemiya

B) Böyrəküstü vəzin funksiyasının zəifləməsi

C) Piylənmə

D) Arterial hipertenziya

E) Çəkinin itirilməsi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
751) Sadalananlardan hansı bronxial obstruksiyasının iltihab prosesi tərəfindən törədilən formalarına aid deyil?

A) Bronxların selikli qişasının yarım kəskin spazmı

B) Bronxların saya əzələ qatının kəskin spazmı

C) Bronxlarda gedən geridönməyən sklerotik proses

D) Bronxların selikli qişasında yaranan irinli infiltratlar

E) Bronxial ifrazatının xroniki əmələ gəlməsi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
752) Sadalanan meyarlardan hansı bronxial astmanın I ağırlıq dərəcəsinə aid deyil?

A) Gecə astması ayda 1 dəfə, və yaxud ondan da gec baş verməsi

B) Astma simptomlarının həftədə 1dəfə və yaxud daha tez, lakin gündə 1 dəfədən az baş verməsi

C) Kəskinləşmələrdən kənar simptomların olmaması və xaric tənəffüs funksiyasının norma daxilində olması

D) Astma simptomlarının həftədə 1 dəfədən az baş verməsi

E) Bir neçə saatdan bir neçə günədək davam edən qısamüddətli kəskinləşmələr


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
753) Sadalananlardan hansı endogen (qeyri atopik) bronxial astmanın etioloji amillərinə aid deyil?

A) Dərman antigenləri

B) Endokrin pozulmalar

C) Fiziki gərginlik

D) Araxidon turşusunun metabolizminin pozulması

E) Əsəb-psixiki pozulmalar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
754) Sadalananlardan hansı bronxial astma zamanı aparılan immun terapiyanın əks göstərişlərinə aid deyil?

A) Revmatizmin aktiv fazası

B) Tozcuq bronxial astmasının kəskinləşməsi

C) Bronxial astmanın və xroniki infeksiya ocaqlarının kəskinləşməsi

D) Yanaşı gedən xəstəliklərin kəskinləşməsi

E) Qlükokortikoidlərlə uzun müddətli müalicə


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
755) Sadalananlardan hansı bronxial astma zamanı aparılan immun terapiyanın əks göstərişlərinə aid deyil?

A) Tənəffüs və ürək çatmamazlığı

B) Onkoloji xəstəliklər

C) Psixiki xəstəliklər

D) Məişət bronxial astması

E) Hamiləlik


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
756) Bronxial astmanın bazis terapiyasında hansı qrup preparatlar istifadə olunur?

A) β-adrenoblokatorlar, tosqun hüceyrələrin membranının stabilizatorları

B) β-adrenoblokatorlar, metilksantinlər

C) Metilksantinlər, m-xolinoblokatorlar, β-adrenoblokatorlar

D) Qlükokortikoidlər, tosqun hüceyrələrin membranının stabilizatorları

E) β-adrenoblokatorlar, m-xolinoblokatorlar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
757) Aspirin astması üçün xarakterik kliniki triada hansılardır?

A) Bronxial astma, aspirini keçirməmək, fiziki yüklənməni keçirməmək

B) Bronxial astma, aspirini keçirməmək, burnun polipovu

C) Bronxial astma, aspirini keçirməmək, etmoidit

D) Bronxial astma, aspirini keçirməmək, sağ mədəcik çatmamazlığı

E) Bronxial astma, aspirini keçirməmək, qastroezofaqeal refluks


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
758) Ekzogen bronxial astmanın patogenezinin səbəbi nədir?

A) İmmun


B) Toksiki

C) Infeksion

D) Qeyd olunanların heç biri

E) Psixogen


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
759) Ekzogen bronxial astma zamanı qanda immunoqlobulinin hansı tipinin miqdarı artır?

A) İgE


B) İgF

C) İgG


D) İgM

E) İgA
Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.


760) Bronxial astmanın əsas kliniki simptomu hansıdır?

A) Inspirator xarakterli daimi təngənəfəslik

B) Ekspirator xarakterli daimi təngnəfəslik

C) Inspirator xarakterli boğulma tutmaları

D) Qeyd olunanların hamısı

E) Ekspirator xarakterli boğulma tutmaları


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
761) Bronxial astmanın morfoloji mənzərəsi nə ilə xarakterizə olunur?

A) Seliyin degenerasiyası ilə terminal bronxların genəlməsi

B) Orta və xırda ölçülü bronxların spazmı və ödemi

C) Alveollarda ödem və eksudasiya mayesi

D) Qeyd olunanların hamısı

E) Terminal bronxların torbaya bənzər genəlməsi


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
762) Endogen bronxial astmanın diaqnostikası üçün aşağıda qeyd olunan anamnestik məlumatlardan hansı mühüm rol oynayır?

A) I qan qrupu

B) İrsi meyllilik

C) Alkoqoldan istifadə

D) Pollinoz

E) Siqaretçəkmə


Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
763) Geyri immunoloji bronxial astma tutmalarının yaranmasına təhrik edən dərman preparatı hansıdır?

A) Ketotifen

B) İntal

C) Aspirin

D) Dimedrol

E) Prednizolon


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
764) Bronxial astmanın ən çox rast gələn ağırlaşması hansıdır?

A) Asmatik status

B) Ağciyər arteriyasının tromboemboliyası

C) Qeyd olunanların heç biri

D) Pnevmotoraks

E) Ağciyər qanaxması


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
765) Ekzogen bronxial astma zamanı spesifik anticismləri hansı dəri sınağı vasitəsi ilə aşkar etmək olar?

A) Pirke


B) Mak – Klura – Oldriç

C) Qeyd olunanların heç biri

D) Mantu

E) Praustnist – Kustner


Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
766) Asmatik statusun II mərhələsinin müalicəsi üçün seçim preparatı hansıdır?

A) Salbutamol

B) Prednizolon

C) Eufilin

D) Klaritin

E) Zaditen


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
767) Asmatik vəziyyətin əmələ gəlməsinin səbəbi nədir?

A) Damarların α- adrenoreseptorlarının hiperreaktivliyi

B) Damarların M-xolinoreseptorlarının blokadası

C) Damarların β-adrenoreseptorlarının hiperreaktivliyi

D) Bronxların β- adrenoreseptorlarının blokadası

E) Qeyd olunanların heç biri


Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
768) Salbutamol hansı yolla bronxları genəldir?

A) β2- adrenoreseptorlarının selektiv oyanması

B) α-adrenoreseptorlarının selektiv blokadası

C) M-xolinoreseptorlarının selektiv oyanması

D) M-xolinoreseptorlarının selektiv blokadası

E) β-adrenoreseptorlarının selektiv blokadası


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
769) Bronxial astmanın bazis terapiya zamanı qlükokortikoidlərin orqanizmə yerildilmə qaydası hansıdır?

A) Peroral

B) Vena daxili

C) Aerozol şəklində inqalyasiya

D) Dərialtı

E) Əzələ daxili


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
770) ß2-aqonistlərin yanaşı effektləri hansı deyil?

A) Bradikardiya

B) Rikoşet sindromu

C) Narahatlıq hissi

D) Ağızda quruluq, bradikardiya

E) Barmaqların tremoru, taxikardiya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
771) Peroral ß2-aqonistləri nə zaman seçim dərman preparatıdır?

A) Plevritlərdə

B) Tutmaları əsasən gecə vaxtı inkişaf edən bronxial astmada

C) Tutmanın qarşısı alınanda

D) Pnevmoniyalarda

E) Bronxoektazlarda


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
772) Kombinə edilmiş dərman preparatlarının yüksək effektliyi (ß2-aqonistlər+inqalyasion qlükokortikosteroidlər) nəyin hesabına əldə edilir?

A) B2-reseptorların və qlükokortikosteroidlərin reseptorlarının miqdarının azalması

B) B2 –reseptorlarının sintezinin azalması

C) B2 –reseptorların sintezinin artması

D) Yuxarıda adları bir-bir çəkilənlərin hamısı

E) B2-reseptorların və qlükokortikosteroidlərin reseptorların miqdarının artması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
773) ß2-aqonistlərlə və inqalyasion qlükokortikosteroidlərlə kombinə edilmiş terapiya pasientin həyatını nəyin hesabına yüngülləşdirir?

A) Gün ərzində inqalyasiyaların miqdarını əhəmiyyətli dərəcədə artırır

B) İnqalyatorların miqdarını əhəmiyyətli dərəcədə azaldır

C) İnqalyatorların miqdarını əhəmiyyətli dərəcədə artırır

D) İnqalyasion qlükokortikosteroidlərlə terapiyanı öz iradəsi ilə kəsmək olar, bu zaman yalnız prolonqə edilmiş ß2-aqonist saxlamaq olur

E) Gün ərzində inqalyasion qlükokortikosteroidlərin dozasını əhəmiyyətli dərəcədə aşağı salmır


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
774) Anamnezə görə xəstədə ağacların tozcuğuna və dənli bitki otlarına allergiya var. Bu xəstəyə göstərilənlərdən hansı əks göstərişdir?

A) Palıd qabığının həlimi

B) Qoz

C) Tozağacı şirəsi



D) Tozağacı tumurcuqlarından şirə

E) Termopsisin şirəsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
775) Xəstədə aspirinə və qida rəngləyicisi tartrazinə qarşı yüksək həssaslıq var. Bu xəstəyə aşağıdakılardan hansı əks göstərişdir?

A) Təbii şirə

B) Tozağacı şirəsi

C) Saqqız

D) Şokolad

E) Mineral su


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
776) Əsasən hansı bitki tozcuğuna sensibilizasiya baş verdikdə ağ ciyər eozinofiliyası əmələ gəlir?

A) İnciçiçəyinin

B) Pişik quyruğunun

C) Toz ağacının

D) Yovşanın

E) Qaramuğun


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
777) Sadə ağciyər eozinofiliyası üçün (Leffler sindromu) nə səciyyəvidir?

A) Bədənin yuksək temperaturu

B) Artralgiyalar

C) Mülayim intoksikasiya

D) Tüpürcəyində qan olması

E) Ağız dolusu öskürək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
778) Ağciyər eozinofiliyalı düyünlü periartrit üçün göstərdiyimiz nə səciyyəvidir?

A) Qıcolma

B) Qaraciyərə infiltratlar

C) Böyrəklərə infiltratlar

D) Oynaqlarda infiltratlar

E) Ağ ciyər infiltratları


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
779) Ağ ciyər eozinofiliyaları hansılarla diferensasiya etmək lazımdır?

A) Ürək xəstəlikləri ilə

B) Ağciyərin absesi ilə

C) Plevritlə

D) Pnevmoniyalarla

E) Bronxoektaziya xəstəliyi ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
780) Ağciyər eozinofiliyalarında proqnoz nədən asılı deyil?

A) Adekvat müalicənin təyin edilməsi

B) Eliminasion tədbirlərinə riayət edilməsi

C) Ağ ciyərlərdən kənardakı təzahürlərin ağırlığı

D) Səbəbkar amilin aradan götürülməsi

E) Sadalananlar düzgün deyil


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
781) Hansı peşə ekzogen allergik alveolitin inkişafına gətirib çıxara bilər?

A) Dərzi


B) Metallurq

C) Çilingər

D) Xəzçi, dəriçi

E) Elektrik


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
782) Hansi medikamentoz allerqoloji alveolit törədə bilərlər?

A) Antihistamin dərman preparatları

B) Nitrafuran dərman preparatları

C) Nitratlar

D) Antidepressantlar

E) Antibiotiklər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
783) Medikamentoz allergik alveolitin inkişafına hansılar rəvac verir?

A) Bir-birinin təsir gücünü artıran dərman preparatlarının eyni vaxtda təyin edilməsi

B) Splenomeqaliya

C) Sinir xəstəlikləri

D) Burnun polipozu

E) Ürək xəstəlikləri


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
784) Ekzogen allergik alveolitin patogenezində hansının mühüm əhəmiyyəti var?

A) Alveolyar makrofaqlar

B) Eozinofillər

C) Elastik hüceyrələr

D) Plazmatik hüceyrələr

E) Tosqun hüceyrələrin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
785) Allergik rinitin spesifik diaqnostikasına hansılar aid deyil?

A) Təxribat sınaqları

B) Allergenlərlə dəri sınaqları

C) Allerqoloji anamnez

D) Histaminin spesifik azad olma testi

E) Spirometriya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
786) Allergik rinitdən əziyyət çəkən xəstələrə spesifik immunoterapiya hansı halda göstəriş olur?

A) Atopik dermatit ilə yanaşı gedişli olanda

B) Simptomları farmakoloji preparatlarla nəzarətə alına bilmədikdə

C) İlboyu gedişli və yaxud mövsümi uzun müddətli palinasiyalı

D) Ağır atopik astma ilə yanaşı gedişli olanda

E) Xroniki bronxit ilə yanaşı gedişli olanda


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin