Allerqologiya ixtisası üzrə test suallarının nümunələri Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Hansı preparatlar terapevtik dozalarda sedativ təsir göstərmir?



Yüklə 1,46 Mb.
səhifə15/21
tarix29.12.2016
ölçüsü1,46 Mb.
#3875
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

922) Hansı preparatlar terapevtik dozalarda sedativ təsir göstərmir?

A) Dokserqan, antizan

B) Loratadin, erius, telfast

C) Dimedrol, antazolin, siklizin

D) Peritol, teralen

E) Mereprin, gistril


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
923) Hansı kliniki hallarda H1-antihistaminin preparatlarının tətbiqi göstərişdir?

A) Astmatik vəziyyət

B) Pollinoz

C) Xolinergik övrə

D) Sadalananların hamısı

E) Bronxial astma


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
924) Hansı kliniki hallarda intalın tətbiqi göstərişdir?

A) Bronxial astma

B) Astmatik vəziyyət

C) Tozcuqlu astmalı pollinoz

D) Kvinke ödemi

E) Xroniki bronxit


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
925) İntalın inhalyasiya formasının maksimal terapevtik dozanın miqdarı nə qədərdir?

A) 120 mq

B) 40 mq

C) 160 mq

D) 80 mq

E) 320 mq


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
926) Allergik konyuktivitin müalicəsi üçün tətbiq edilən intalın dərman forması hansıdır?

A) Kromoheksal

B) Nalkrom

C) Optikrom

D) Frenal

E) Lomuzol


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
927) İntalın tətbiqi üçün əks göstəriş nədir?

A) Kəskin boğulma tutması

B) Övrə və Kvinke ödemi

C) Allergik konyuktivit

D) Allergik rinit

E) Qida allergiyası


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
928) İntalabənzər təsirə hansı preparat malikdir?

A) Peritol

B) Dimedrol

C) Erius


D) Zaditen

E) Bikarfen


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
929) Zaditenin tətbiqinin optimal müddəti nə qədərdir?

A) Bir ildən artıq

B) 2 həftə

C) 1 ay


D) 6 ay

E) 12 ay
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.


930) Tayledin təsir mexanizmini nə izah edir?

A) Allergik iltihablı hüceyrələrin (tosqun hüceyrələrin, bazofillərin, eozinofillərin, neytrofillərin, monositlərin) sabitliyi

B) Antifosfolipoz fəallıq

C) Anti- FAT fəallıq

D) Antifosfodiesteraz fəallıq

E) H1- reseptorlarının blokadası


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
931) Tayled hansı formada istifadə edilir?

A) İnhalyasiya üçün aerozol

B) Göz üçün damcı

C) Burun damcısı

D) Həblər

E) Sirop
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.


932) Tayledin istifadəsinin hansı rejimi daha məqsədəuyğundur?

A) Həftədə 1 dəfəlik qəbul

B) 3 günlük tsikllərlə sutkada 1 dəfə, həftəlik fasilə ilə

C) Sutkada 3 dəfə

D) Başlanğıc mərhələdə sutka ərzində 4 dəfə, sonradan 2 dəfəlik qəbula keçid

E) Sutkada bir dəfəlik qəbul


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
933) Tayledin tətbiqinin optimal müddəti nə qədərdir?

A) 1 il


B) 2 həftə

C) 3-4 ay

D) 2 ay

E) 1 ay
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.


934) Tayledin tətbiqi zamanı yanaşı təsirlər hansılardır?

A) Ağızda acı tam

B) Aqranulositoz

C) Övrə


D) Diareya

E) Dəridə və selikdə hemorragik səpmələr


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
935) Spesifik immunoterapiya nə zaman geniş istifadə olunur?

A) Astmatik statusda

B) Gənəyə allergiyada

C) Qida allergiyasında

D) Pollinozlarda

E) Epidermal allergiyada


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
936) Qida allergiyasının spesifik terapiyasının əsas üsulu hansıdır?

A) İmmunoterapiya ilə birgə aparılan eliminasiya

B) Tam eliminasiya

C) Oral immunoterapiya

D) Parenteral immunoterapiya

E) Hissəvi (qismən) eliminasiya


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
937) Atopik xəstəliklərin spesifik terapiyasının ən radikal üsulu hansıdır?

A) Allergenin hissəvi (qismən) eliminasiyası

B) İmmunodepressantların tətbiqi

C) Spesifik immunoterapiya

D) Allergenin tam eliminasiyası

E) Qlükokortikosteroidlərin tətbiqi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
938) Atopik xəstəliklərdə allergenin eliminasiyasının effektivliyi nə ilə əlaqədardır?

A) Endokrin xəstəliklərlə

B) Yaşla

C) Allergiyanın növü ilə

D) Yanaşı gedən xəstəliklərlə

E) Genetik amillərlə


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
939) Bronxial astmada spesifik immunoterapiya nə zaman göstərişdir?

A) Spesifik diaqnostikanın dəqiq nəticələri əldə edildikdə

B) Bronxial astma kəskinləşdikdə

C) Ağır bronxial astmada

D) Xəstəliyin allergik mexanizmləri aparıcı olduqda

E) Əsas xəstəliyin kəskin ifadə edilmiş fəsadları olmadıqda


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
940) Pollinozda SİT keçirilməsinə nisbi əks göstəriş hansıdır?

A) Ruhi xəstəliklər

B) Əsas xəstəliyin kəskinləşməsi

C) Qlükokortikosteroidlərlə müalicə

D) Böyrək çatışmamazlığı

E) Hamiləlik


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
941) Beynəlxalq tövsiyyələrə görə bronxial astmada spesifik immunoterapiyanı gücləndirilmiş tənəffüs vermənin həcmi (GTH) birinci saniyədə nə qədər olduqda təyin etmək olar?

A) Gərəkli həcmin 50%-i qədər

B) Gərəkli həcmin 90%-i qədər

C) Heç bir rolu yoxdur

D) Gərəkli həcmin 65%-i qədər

E) Gərəkli həcmin 70%-i qədər


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
942) Pollinozda istifadə edilən spesifik immunoterapiya kursları hansılardır?

A) Mövsümi, il boyu keçirilən kursla uyğunlaşdırılmış halda

B) İl boyu

C) Mövsüm qabağı

D) Mövsümi

E) Sadalananların hamısı


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
943) Gənəyə allergiyadan yaranmış atopik bronxial astmada müalicə necə aparılır?

A) Mövsümdən əvvəl

B) İl boyu

C) Allergeni eliminasiya etmədən

D) Allergenin eliminasiyası ilə bir vaxtda

E) Mövsümi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
944) Allerqoloji kabinet şəraitində, aparılma tempinə görə spesifik immunoterapiyanı hansı üsullarla aparılır?

A) İnfeksiyalar arasındakı interval 7 gündür

B) Şok üsul

C) Tezləşdirilmiş

D) İldırım surətli

E) Sadalananların hamısı


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
945) Pollinozlarda neçə kurs SİT-in aparılması kifayətdir?

A) SİT – iki kursu

B) Sadalananların hamısı

C) SİT – bir kursu

D) SİT – 4-5 kurs

E) Kursların sayının rolu yoxdur


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
946) Spesifik immunoterapiyadan əvvəl dəridə allerqoloji titrləmə nə zaman aparılmalıdır?

A) Mütləq

B) Eliminasiya tədbirləri olmadan mütləq

C) Eliminasiya fonunda mütləq

D) Mütləq deyil

E) Eliminasiya tədbirləri fonunda mütləq


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
947) Spesifik immunoterapiyada allergenlərlə sistem reaksiyalarının əmələ gəlməsinə nə meyl yaradır?

A) Geniş yayılmış osteoxondroz

B) Xroniki bronxit

C) Xroniki qastrit

D) Qalxanabənzər vəzinin hiperfunksiyası

E) Sadalananların hamısı


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
948) Allerqoloji kabinet şəraitində pollinoz zamanı su-duz ekstraktları ilə spesifik immunoterapiya aparılır. Əgər allergen inyeksiyası fevralın 1-də və 100 PNU (1:100)-0,5 dozada aparıblarsa, onda növbəti inyeksiya nə vaxt vurulmalıdır?

A) Fevralın 3-də

B) Fevralın 8-də

C) Fevralın 10-da

D) Fevralın 2-də

E) Fevralın 6-da


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
949) Spesifik immunoterapiyanın effektivliyi nədən asılıdır?

A) Allergenin eliminasiyasından

B) Sadalananların hamısından

C) Tətbiq edilən allergenin növündən

D) Allergenin yeridilmə rejimindən

E) Allergenin dozasından


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
950) Spesifik immunoterapiyaya yerli reaksiya yarandıqda nə etmək zəruridir?

A) Sadalananların hamısı

B) Adrenalin yeritmək

C) Allergenin dozasının yüksəlməsinin qabağını almaq

D) Müalicəni dayandırmaq

E) H2-blokatorlar təyin etmək


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
951) Allerqoidlər allergenlərin su-duz ekstraktları ilə müqayisədə nə edir?

A) İnfeksiyaların sayını azaltmaq imkanı verirlər

B) İgG4 anticisimlərinin daha kəskin ifadə edilmiş produksiyasını ortaya çıxara bilərlər

C) Sadalananların hamısı

D) İgE anticisimlərinin sintezini supressləşdirmək effektinə malikdirlər

E) İmmunogenliklərini qoruyub saxladıqları halda allergen fəallıqları aşağıdır


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
952) Allergenlərin yeridilməsinə yerli reaksiya baş verdikdə nə etmək lazımdır?

A) İnyeksiya yerinə buz qoymaq

B) Vena daxilinə 0,1% adrenalin məhlulu yeritmək

C) Sadalananların hamısı

D) Allergenin yeridilməsini kəsmək

E) Əzələ daxilinə qlükokortikosteroidlərin inyeksiyasını vurmaq


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
953) Spesifik immunoterapiya aparıldıqda anafilaktik reaksiya törəyərsə, ilk növbədə nə təyin etmək lazımdır?

A) Antihistamin dərman preparatları

B) Mezaton

C) Qlükokortikosteroidlər

D) Noradrenalin

E) Adrenalin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
954) Spesifik immunoterapiya kursundan sonra pollinozun simptomları qalıb, amma həm yüngül keçir, həm də daha gec-gec baş verir. Zəruri dərmanların sayı təqribən iki dəfə azalıb, əmək qabiliyyətini itirmə günləri iki dəfə azalıb. Bu vəziyyətdə müalicənin effektinə necə qiymət verilir?

A) Yaxşı

B) Əla

C) Müalicə effektlə əlaqələndirilmir



D) Qeyri-kafi

E) Kafi
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.


955) Spesifik immunoterapiya kursundan sonra bronxial astmanın simptomları çox nadir halda rast gəlir və az ifadə olunur, bəzən tənəffüsün yüngül formada çətinləşməsi xəstəni narahat edir. Bütün tutmaların qarşısını b2-aqonistləri inhalyasiya forması ilə asanlıqla alınır. Bronxial astma üzrə əmək qabiliyyətini itirmə halları olmayıb. Bu vəziyyətdə müalicə effekti necə qiymətləndirilir?

A) Əla


B) Kafi

C) Müalicə ilə effekt əlaqəli deyil

D) Qeyri-kafi

E) Yaxşı
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.


956) Allergik reaksiyaların patokimyəvi mərhələsinə təsir göstərən preparatlar hansılardır?

A) Membranstabilləşdirici

B) Leykotrienlərin antoqonistləri

C) β2-adrenoreseptorların stimulyatorları

D) İmmunostimulyatorlar

E) Qlyukokortikosteroidlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
957) Hansı preparat daha uzun təsir müddətinə malikdir?

A) Loratadin

B) Fenkarol

C) Astemizol

D) Terfenadin

E) Erius
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.


958) İntalın təsir mexanizmi hansından ibarətdir?

A) Tosqun hüceyrələrin membranına stabilizasiya edici təsir

B) Adrenergik reseptorların blokadası

C) Bronxgenişləndirici təsir

D) Antifosfolipaza təsiri

E) Prostaqlandin əleyhinə təsir


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
959) Allergik rinitin müalicəsində istifadə olunan intalın dərman forması hansıdır?

A) Optikrom

B) Frenal

C) Loratadin

D) Kromoqeksal

E) Nalkrom


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
960) İntalın inhalyasiya formasının istifadəsinin optimal müddəti nə qədərdir?

A) 3 - 4 ay

B) 1 ay

C) 2 həftə

D) 6 ay

E) 2 ay
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.


961) Qida allergiyasının müalicəsində istifadə olunan intalın dərman forması hansıdır?

A) Lomizol

B) Optikrom

C) Kromoqeksal

D) Frenal

E) Nalkrom


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
962) Ən çox ifadə olunan iltihab əleyhinə allergiyaya qarşı təsirə malik olan preparat hansıdır?

A) Zirtek

B) Tayled

C) İntal


D) Fenistil

E) Flutikazon propionat


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
963) Tayledin istifadəsi üçün göstriş hansıdır?

A) Kəskin boğulma tutmaları

B) Övrə

C) Klinik əlamətlərlə keçən bronxial astma



D) Astmatik status

E) Kvinke ödemi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
964) İntal və Tayled bazisli terapiya preparatları kimi nə zaman istifadə olunur?

A) Ağır bronxial astmada

B) Bronxial astmanın gecə tutmalarının profilaktikasında

C) Bronxial asmanın remissiya dövründə

D) Astmatik statusda

E) Yüngül və orta-ağır gedişatlı bronxial astmada


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
965) Spesifik immunoterapiyanın aparılması şərti hansıdır?

A) Atopik xəstəliklərdə

B) Bütün allergik xəstəliklərdə

C) Allergenlərlə kontaktı aradan qaldırmaq mümkün olan atopik xəstəliklərdə

D) Xəstəliyin reagen mexanizmində

E) Dəqiq təyin edilməmiş allergen zamanı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
966) Hansı hal yaxud patologiya pollinozlarda spesifik immunoterapiyaya mütləq əks-göstəriş hesab edilmir?

A) Xroniki böyrək çatışmazlığı

B) Autoimmun xəstəliklər

C) Hamiləlik

D) Remissiya mərhələsində olan xroniki pnevmoniya

E) İmmun çatışmazlığı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
967) Spesifik immunoterapiya sxeminin seçimi hansından asılı deyil?

A) Klinik əlamətlərin yaranma ardıcıllığından

B) Allergen inyeksiyasının keçirilməsindən

C) Yanaşı gedən xəstəliklərdən

D) Müalicə dövründə allergenlə təbii kontaktın olub olmamasından

E) Allergenə həssaaslıq dərəcəsindən


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
968) Spesifik allerqoloji müayinədə tozcuqlara, epidermal və qida allergenlərinə allergiya aşkar edilib. Spesifik immunoterapiya nə ilə aparılmalıdır?

A) Bütün adları çəkilən allergenlərlə

B) Tozcuq və epidermal allergenlərlə

C) Tozcuq və qida allergenləri ilə

D) Qida allergenləri ilə

E) Tozcuq allergenləri ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
969) Pollinozların müalicəsində saxlayıcı doza kimi allergenin hansı dozası istifadə olunur?

A) 100 PNU – 0,6

B) 100 PNU – 0.8

C) 10 000 PNU – 0,2

D) 10 000 PNU – 0,1

E) 1 000 PNU – 0,1


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
970) Uşaqlarda inək südünün qəbul olunmadığı halda zamanı hansı qarışıqlardan istifadə məqsədə uyğundur?

A) Detolakt

B) Bellakt

C) Semilak

D) Fitolakt

E) Hamısı


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
971) Hansı müalicə üsulu uşaqlarda qida allergiyası zamanı aparıcı sayılır?

A) Spesifik hiposensibilizasiya

B) Dərman müalicəsi

C) Pəhriz

D) Fizioterapiya

E) Fitoterapiya


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
972) Ödemlə müşaiyət olunan hansı xəstəlikdə 5%-li aminokapron turşusu vena daxilinə vurulur?

A) Ürək çatmamazlığında

B) Miksedemada

C) Kvinke ödemində

D) Nefrotik sindromda

E) Yuxarı boş vena sindromunda


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
973) Ev tozuna allergiya varsa saydıqlarımızdan hansı tədbiri görmək məsləhət deyil?

A) Kitabları şüşəli şkaflarda saxlamaq

B) Xalçaları otaqdan çıxarmaq

C) Otaqda optimal rütubətliliyi (40%) saxlamaq

D) Sintetik materialdan hazırlanmış pərdələrdən istifadə etmək

E) Televizoru və kompüteri yataq otağına qoymaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
974) Kif göbələyi sporlarına hiperhəssaslıq olduqda aşağıda saydıqlarımzdan hansı tədbir düz deyil?

A) Zibil qabını mətbəxdə saxlamaq

B) Mətbəxdə su buxarının çox qalmaması üçün sorucu qurğudan istifadə etmək

C) Zirzəmini quru saxlamaq

D) Yuyulmuş paltarı ventilyasiyası pis olan otaqda qurutmamaq

E) Vanna otağını quru saxlamaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
975) İnsekt allergiya zamanı hansı müalicə üsulu patogenetik müalicə hesab edilir?

A) Kromogenlərlə müalicə

B) Allergen spesifik immunoterapiya

C) Antihistamin preparatlarla müalicə

D) İnhalyasion antiastmatik preparatlarla müalicə

E) Qlyukokortikosteroidlərlə müalicə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
976) Bronxial astma tutmasını aradan götürmək üçün hansı bronxgenəldicidən istifadə edilmir?

A) Salbutamol

B) Berotek

C) Salmeterol

D) Ditek.

E) Atrovent


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
977) Uzun müddət təsir edən antixolinergik preparat hansıdır?

A) Troventol

B) Atropin

C) Atrovent

D) Oksivent

E) Spiriva


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
978) Uzun müddət təsir edən bronxgenəldicilərdən hansı preparat astma tutmasını tez aradan götürə bilər?

A) Voltaks

B) Salmeterol

C) Formoterol

D) Klenbuterol

E) Teopek


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
979) Tərkibində beta- 2 simpatomimetik və inhalyasion kortikosteroid olan preparat hansıdır?

A) Troventol

B) Teofedrin

C) Berodual

D) Ditek

E) Simbikort turbuxaler


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
980) Aşağıda saydıqlarımızdan hansı preparat inhalyasion qlükokortikosteroiddir?

A) Budesonid

B) Flunizolid

C) Flutikazon propionat

D) Beklometazon

E) Metilprednizolon


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
981) Dərman preparatlarının xırda diametrli bronxlara çatdırılması üçün hansı üsul az əlverişlidir?

A) Dozalaşdırılmış aerozol inhalyatorlarından istifadə etmək

B) Bronxgenəldicilərin speyserdən istifadə etməklə inhalyasiyası

C) Dərman preparatlarının nebulayzer vasitəsilə verilməsi

D) Toz şəkilli dərmanların sorulması

E) Tənəffüs zamanı aktivləşən inhalyatorlardan istifadə etmək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
982) Atopik forma bronxial astmanın müalicəsi zamanı hansı mukolitikdən istifadə etmək məsləhət deyil?

A) Ximotripsin

B) Lazolvan

C) Karbosistein

D) Bromqeksin

E) Asetilsistein


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
983) Fiziki gərginlik astmasında astma tutmasının baş verməsinin qarşısını almaq üçün hansı dərman preparatının istifadə edilməsi məqsədə uyğun deyil?

A) Deksametazon

B) Berodual

C) Nedokromil natriy

D) Kromolin natriy

E) Atrovent


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
984) Aşağıda saydıqlarımızdan hansı preparatın tərkibində qlükokortikoid, antibiotik və göbələkcik əleyhinə preparat var?

A) Triderm

B) Lorinden C

C) Dermazolon

D) Mikozolon

E) Flusinar-H


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
985) Aşağıda saydıqlarımızdan hansı steroid hormonların fəsadı deyil?

A) Qastroduodenal xora

B) Arterial hipertenziya

C) İsenko-Kuşinq sindromu

D) Osteoporoz

E) Hepatit


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
986) Aşağıda saydığımız preparatlardan hansı immunosupressiv təsir göstərir?

A) Tsiklosporin

B) Dekaris

C) Natriy nukleinat

D) Prodiqiozan

E) Bronxomunal


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
987) I nəsil antihistamin preparatlara hansı aid deyil?

A) Diazolin

B) Suprastin

C) Taveqil

D) Pipolfen

E) Setirizin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
988) II nəsil antihistamin preparatlara hansı aid deyil?

A) Terfenadin

B) Aoratodin

C) Setirizin

D) Suprastin

E) Letemizol


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
989) Aşağıda qeyd olunanlardan hansı I nəsil antihistamin preparatların təsir xüsusiyyətlərinin çatmamazlığı hesab edilir?

A) Diqqətin aşağı düşməsi

B) Bronxların ödemliyinin azalması

C) Sedativ və yuxugətirici təsir

D) Arterial təzyiqin aşağı düşməsi

E) Ağızda quruluq


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
990) M-xolinoblokatorlar (xolinolitiklər) qrupuna hansı preparat aid deyil?

A) Atropin

B) Atrovent

C) Platifillin

D) Metatsin

E) Salbutamol


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin