Bakı şəhəri “ ___ ” _______2023-cü il Bundan sonra “Satıcı” adlanacaq “Məişət Maye Qaz” Qapalı Səhmdar Cəmiyyəti Nizamnamə əsasında fəaliyyət göstərən baş direktor Salmanov Rasim Ramiq oğlunun şəxsində bir tərəfdən, bundan sonra “Alıcı” adlanacaq “RN İSOSERVİCE” MMC Nizamnamə əsasında fəaliyyət göstərən direktor Nicat Cəlilzadə Rövşən oğlu şəxsində digər tərəfdən aşağıdakılar barədə bu müqaviləni (sonradan “Müqavilə” adlandırılacaq) bağladılar.
1. Müqavilənin predmeti 1.1. “Satıcı” 20448-2018 №-li DÜİST-in tələblərinə və istehsalat zərurəti ilə əlaqədar müəyyənləşdirilmiş fonda əsasən ___ (_____) ton miqdarında maye qazı (texniki butanı) balonlarla Bakı, Masallı, Şirvan, Siyəzən, Horadiz, Bərdə və Yevlax Maye Qaz Doldurma Stansiyalarından “Alıcı”nın vəsaiti hesabına öz gücü və xüsusi nəqliyyat vasitələri ilə daşıyaraq və “Alıcı”nın anbarında təhvil verilməklə “Alıcı”ya satmağı, “Alıcı” isə həmin texniki butanı keyfiyyət və kəmiyyətinə uyğun, müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi hesab edilən “Qiymətlərin razılaşma protokolu” ilə müəyyən olunmuş qiymətə və müqavilədə göstərilən müddətdə qəbul edib, dəyərini “Satıcı”ya əvvəlcədən ödəməyi öz öhdələrinə götürürlər.