Alqı-satq



Yüklə 73,5 Kb.
səhifə2/5
tarix10.05.2023
ölçüsü73,5 Kb.
#110702
1   2   3   4   5
Pərakəndə satış (balonla) daşıma ilə (4) - копия

2. Tərəflərin öhdəlikləri
“Satıcı”nın öhdəlikləri:


2.1. Müqavilə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
2.2.Müqavilədə nəzərdə tutulan malın 20448-2018 №-li DÜİST-in tələblərinə uyğun satılması.
2.3. Müqavilə üzrə satılan malın “Alıcı”nın vəsaiti hesabına öz gücü və xüsusi nəqliyyat vasitələri ilə Bakı, Masallı, Şirvan, Siyəzən, Horadiz, Bərdə və Yevlax Maye Qaz Doldurma Stansiyasından daşıyaraq, “Alıcı”nın anbarında təhvil verilməsi.
2.4. Müqavilədə göstərilən miqdarda maye qazın 2023-cü il üçün rüblərə bərabər nisbətdə bölünməklə, onun istehsalı mümkün olduğu halda təhvil verilməsi .
2.5. Satılan malın müşayət edici sənədlər (qaimə-faktura və s.) və qarşılıqlı surətdə tərtib edilmiş təhvil-qəbul aktı əsasında “Alıcı”ya təhvil verilməsi.
2.6. Tərəflər arasında malın satılması ilə bağlı müqavilə bağlandıqdan sonra “Alıcı”ya hesab-fakturanın təqdim edilməsi və sonuncudan əvvəlcədən ödəmə yolu ilə həmin malın haqqının ödənilməsinin tələb edilməsi.
2.7. Malın daşınması zamanı və “Alıcı”ya təhvil verilənədək təhlükəsizlik qaydalarının pozulmasına görə cavabdehlik daşınması.
2.8. Əməyin mühafizəsi, texniki-təhlükəsizlik, sanitar-gigiyena qaydalarının tələblərinə riayət edilməsi.
2.9. “Alıcı”ya müqavilə üzrə lazımi sənədlərin, məlumatların və s. təqdim ediləsi;
2.10. Satılan mal “Alıcı”nın anbarında sonuncuya təhvil verilənədək malın mülkiyyət hüququ və ona aid bütün risklər “Satıcı”nın üzərindədir.
Alıcı”nın öhdəlikləri:
2.1. Müqavilə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
2.2 Müqavilənin şərtlərinə uyğun olaraq satılan malın haqqının (daşıma xərcləri daxil olmaqla) “Satıcı” tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən əvvəlcədən ödənilməsi və malın qəbul edilməsi.
2.3. Müqavilə üzrə malın müşayət edici sənədlər (qaimə-faktura və s.) ilə birlikdə qarşılıqlı surətdə tərtib edilmiş təhvil-qəbul aktı ilə “Satıcı”dan təhvil alınması.

Yüklə 73,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin