2.4. Malın qəbulu zamanı əməyin mühafizəsi, texniki-təhlükəsizlik, sanitar-gigiyena qaydalarının tələblərinə riayət edilməsi.
2.5. “Satıcı”ya müqavilə üzrə lazımi sənədlərin, məlumatların və s. təqdim edilməsi.
2.6. Satılan mal “Alıcı”nın anbarında sonuncuya təhvil verildikdən sonra malın mülkiyyət hüququ və ona aid bütün risklər “Alıcı”ya keçir.
3. Qiymət və ödəniş qaydaları
3.1. Bu Müqavilə üzrə satılan mala görə ödəniləcək haqq (daşıma xərcləri daxil olmaqla) bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi hesab edilən “Qiymətlərin razılaşma protokolu” ilə müəyyən olunur.
3.2. Satılmış malın dəyəri “Satıcı”nın təqdim etdiyi hesab-faktura əsasında “Alıcı” tərəfindən köçürmə yolu ilə əvvəlcədən ödəmə şərti ilə həyata keçirilir.
3.3. “Satıcı” və “Alıcı”nın səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb, möhürlənmiş təhvil-qəbul aktları tərəflər arasında hesablaşmaların aparılmasına əsas verir.
3.4. Bazar konyukturunun dəyişməsindən asılı olaraq “Satıcı”nın tələbi ilə tərəflər Qiymət razılaşmasına yenidən baxaraq müqaviləyə əlavə olaraq qiymət razılaşması protokolunu tərtib edə bilər və qarşılıqlı təsdiq olunmuş hər bir son razılaşma protokolu müqavilənin müvafiq şərti üzrə üstün qüvvəyə malik olur.
4.1. Əgər tərəflərdən biri hazırki müqavilə ilə üzərinə düşən öhdəliklərdən hər hansı birini fors-major halları üzündən icra edə bilməzsə, onda o, fors-major (partlayış,leysan yağışlar, zəlzələlər, sair təbii fəlakətlər və digər hallar) halının davam etdiyi müddət ərzində bir şərtlə belə öhdəliyin icrasından azad edilir ki, belə fors-major halları müvafiq dövlət orqanlarının qərarları, normativ-hüquqi aktları ilə tənzimlənsin.
4.2. Tərəf fors-major halının baş verdiyi andan 10 gün müddətində digər tərəfi yazılı şəkildə xəbərdar etməlidir.
5. Tərəflərin məsuliyyəti.
5.1. Müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə “Satıcı” və “Alıcı” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.