Alqoritm, xassələri və təsvir üsulları


: Buttonl.Top:=Buttonl.Top



Yüklə 2,19 Mb.
səhifə116/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   112   113   114   115   116   117   118   119   ...   125
aminlazım

2: Buttonl.Top:=Buttonl.Top + Buttonl.Height; 3: Buttonl.Top:=Buttonl.Top-Buttonl. Height; end; if Buttonl.Left < 0 then Buttonl. Left : = 0; if Buttonl.Left + Buttonl.Width > Forml.Width then Buttonl.Left: = Forml.Width-Buttonl.Width; if Buttonl.Top < 0 then Buttonl.Top:=0; if Buttonl.Top + Buttonl.Height > Forml. Height then
Buttonl.Top:= Forml. Height-Buttonl. Height;
end;
end.
Şəkilli düymə
Şəkilli düymə Delphi-də TBitBin sinifli BitBin komponenti ilə təsvir olunur. Bu düymə TButton sinifi Button standart düyməsindən yaranmışdır. Şəkilli düymənin standart düymədən fərqi ondadır ki, düymənin üzərində sərlövhə ilə yanaşı şəkil də təsvir olunur. Düymədə şəklin təsvirini TBitMap tipli Glyph xassəsi müəyyənləşdirir. Susmaya görə düymənin şəkli olmur, ona görə də Glyph xassəsinin qiyməti nil olur. Şəkil üç aynayn təsvirlərdən ibarət ola bilər. Düymənin üzərinə bu təsvirlərdən hansmın çıxarılması düymənin aşağıdakı üç vəziyyətindən asılıdır:

  • düymə basılmadıqda birinci təsvir əks olunur (susmaya görə); • düymə aktiv olmadıqda və seçilə bilmədikdə ikinci təsvir əks olunur;

  • düymə basıldıqda üçüncü təsvir əks olunur.

Düymə üçün şəkillər Image Editor redaktoru ilə yaradılır. Delphi BitBtn düyməsi üçün əwəlcədən şəkillər də müəyyənləşdirmişdir. Bu şəkillər TBitBtnKind tipli Kind xassəsi ilə seçilir. Bu xassə aşağıdakı qiymətləri ala bilər:
bkCustom - şəkli istifadəçi özü seçir, ilkin olaraq düymədə şəkil olmur; bkOk - düymədə yaşıl rəngli ˞ işarəsi və Ok yazısı olur. Bu düymə üçün Default xassəsinə True qiyməti, ModalResult xassəsinə isə mrOk qiyməti verilir; bkCancel - düymədə qırmızı rəngli X (xaç) işarəsi və Cancel sözü var. Burada, Cancel xassəsinə True, ModalResult xassəsinə mrCancel qiyməti mənimsədilir; bkYes - düymədə yaşıl rəngli ˞ işarəsi və Yes yazısı var;
bkNo - düymədə qırmızı rəngli, üstündən xətt çəkilmiş çevrə (0) və No yazısı var; bkHelp - düymədə göy-yaşıl rəngli ˞ işarəsi və Help yazısı var;
bkClose - düymədə çıxışı göstərən qapı şəkli və Close yazısı var. Bu düyməni basdıqda forma avtomatik olaraq bağlanır; bkAbort - düymədə qırmızı rəngli X (xaç) işarəsi və Abort yazısı var; bkRetry - düymədə yaşıl rəngli təkraretmə əməliyyatı işarəsi və Retry yazısı var;
bklgnore - düymədə qəbul etməmək işarəsi ("dönüb gedən adam" şəkli) və Ignore yazısı var; bkAll - düymədə yaşıl rəngli ˞ işarəsi və YesToAll yazısı var.
Əvvəlcədən müəyyənləşdirilmiş düymələr üçün Glyph xassəsini dəyişmək məsləhət görülmür. Çünki, bu halda düymə onun üçün nəzərdə tutulmuş funksiyanı yerinə yetirməyəcəkdir. Düymənin səthində yazıya nisbətdə təsvirin yerləşməsini TButtonLayout tipli Layout xassəsi müəyyənləşdirir. Bu xassə aşağıdakı qiymətləri ala bilər:
blGlyphLeft -təsvir yazıdan solda (susmaya görə) blGlyphRight -təsvir yazıdan sağda blGlyphTop -təsvir yazıdan yuxarıda blGlyphBottom -təsvir yazıdan aşağıda
Bunlardan başqa, BitBtn düyməsi üçün Margin və Spacing (hər ikisi integer tipli) xassələri var. Bu xassələr uyğun olaraq təsvir və yazılan düymənin kənarlarına görə nizamlamaq və təsvirlə yazı arasındakı məsafəni (piksellə) müəyyənləşdirmək üçündür. Susmaya görə, hər iki xassənin qiyməti (-i)-ə bərabərdir, yəni təsvir və yazı düymənin mərkəzinə nisbətən simmetrik yerləşmişdir
Cəld müdaxilə düyməsi

Cəld müdaxilə düyməsi Delphi-də SpeedButton komponenti ilə təsvir olunur. Görünüşü və funksional imkanlarına görə bu düymə şəkilli düyməyə çox oxşayır. Lakin, ondan fərqli olaraq, bu düymə TGraphicContrcl sinfindən əmələ gəlmişdir və pəncərəsiz idarəetmə elementidir. Ona görə də bu düymə fokus ala bilmir və adətən alətlər paneli yaratmaq üçün istifadə olunur. O biri düymələrdən fərqli olaraq, SpeedButton düyməsi dəyişdirici kimi də istifadə oluna bilər. Ona görə bu düymə adi və basılmış vəziyyətlərdən başqa üçüncü - çökdürülmüş və ya seçilmiş vəziyyətdə də ola bilər. Düymənin seçilməsi Boolean tipli Down xassəsi ilə müəyyən olunur. Əgər onun qiyməti True olarsa, düymə seçilmiş olur, False olduqda isə seçilmir.
Cəld müdaxilə düymələri qruplaşdırıla bilər və hər bir düymə müəyyən qrupa mənsub ola bilər. Qruplaşdırılmış düymələr avtomatik olaraq öz təsirlərini razılaşdırırlar, yəni bir düymənin seçilməsi o birinin seçilməsini ləğv edir. Düymənin qrupa mənsub olması Integer tipli Grouplndex xassəsi ilə müəyyənləşdirilir.
AllowAllUp xassəsi mausun klavişini təkrar basdıqda seçilmiş düymənin seçilməmiş vəziyyətə qaytarılmasını müəyyənləşdirir. Əgər bu xassənin qiyməti True olarsa, seçmə ləğv edilir, False olduqda isə seçmə qrupa daxil olan başqa düymənin seçilməsi ilə ləğv edilir, Susmaya görə AllowAllUp xassəsi qiyməti False olur.
Əgər düymə qrupa daxil deyilsə, yəni GroupIndex=0 olarsa, onda həmin düymə dəyişdirici kimi işləyə bilməz və seçilmiş vəziyyətdədir. Düymənin sərbəst işləməsi üçün bir düymədən ibarət qrup yaradılır. Onda bu düymə ücün AlIowAllUp xassəsinə True qiyməti, Grouplndex xassəsinə isə unikal nömrə mənimsədilir.
SpeedButton düyməsinin səthində üç yox, dörd ayrı-ayn təsvir ola bilər. Səkil 1
Ona görə də bu düymə üçün NumGlyph xassəsinin maksimal qiyməti 4-9 bərabərdir.
Misal. Kalkulyator nümunəsinin hazırlanması.
Biz yalnız vurma əməliyyatı yerinə yetirən kalkulyator nümunəsinin necə

hazırlanması prinsipini artıq bilirik. İndi isə bir neçə hesab əməllərini yerinə yetirən kalkulyator nümunəsinə baxaq. Əlbəttə, bu kalkulyator da tam mükəmməl kalkulyator olmayacaq, lakin, gələcəkdə sizin müstəqil olaraq belə kalkulyatoru yarada bilməyiniz üçün əsas ola bilər. Forma üzərinə iki Edit, altı SpeedButton və bir Panel komponentləri yerləşdirin (şəkil 1).
Panell komponentini seçərək onun Aligment xassəsinə taLeftJustify, Align xassəsinə alTop qiyməti verin və sərlövhəsini pozun. Editl və Edit2 komponentlərinin Text xassəsini pozun. Düymələrin sərlövhəsini şəkildəki kimi dəyişin.
Əvvəlki misalı tam təfsilatı ilə izah etdiyimizdən, burada əlavə izahata ehtiyac görməyərək, məsələnin hazır modulunu Sizə təqdim edirik.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin