Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə124/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   125
aminlazım

Menyu konstruktoru


Əlavələrin layihələndirilməsi prosesində menyuları yaratmaq və ya dəyişdirmək üçün Delphi-də Menyu konstruktorundan (Menu istifadə olunur. Bu konstruktoru çağırmaq üçün forma üzərində MainMta ya PopupMenu komponentləri yerləşdirərək kontekst menyudar. Designer... əmrini icra etmək və ya bu komponentlər üzərində düyməsini iki dəfə basmaq lazımdır. Bu redaktorla yaradılan menyu yerinə yetirildikdən sonra necə görünəcəkdirsə, elə o cür də görünür.
Menyu konstruktoru ilə işlədikdə aşağıdakı kontekst menyulardast etməklə menyuların yaradılması və dəyişdirilməsi prosesini sürətləndirmək olar:
İnsert -menyu bəndini əlavə etmək; Delete-menyu bəndini pozmaq;
Create Submenu - alt menyu yaratmaq;
Select Menu - menyunu seçmək,
Save Template .... - menyunu şablon kimi saxlamaq;
Insert From Template - menyu şablonlarını pozmaq;
Delete Template - menyunu şablondan yükləmək;
Insert From Resource... - menyunu resurslardan yükləmək.
Redaktorla işləyərkən, Obyektlər inspektorundan istifadə etməklə menyu bəndlərinin xassələrinə qiymətlər verilir.
Menyular yaradıldıqda drag-and-drop texnologiyası ilə menyu bəndlərinin yerini dəyişdirmək olar.
Menyular yaradıldıqdan sonra, onlar üçün prosedurlar yaradıldıqda (bənd üzərində mausun düyməsini basmaqla), prosedurun sərlövhəsində bu bəndin nömrəsi göstərilir, məsələn: Procedure Tforml. N3Click (Sender:TObject);
Əgər Obyektlər inspektorunda menyu bəndi üçün Name xassəsinə ad verilərsə, onda prosedurun səriövhəsində həmin ad göstərilir, məsələn:
Procedure Tforml.mnu CloseClick (Sender:TObject);
Burada, mnuClose menyu bəndinin adıdır və tamamilə şərti seçilmiş addır. Lakin, unutmayın ki, bu ad yalmz latın hərflərindən və rəqəmlərdən ibarət ola bilər.

Menyu sətirlərindən ibarət mətn redaktorunun yaradılması


Dialoqlar bölməsində yaratdığımız, düymələrlə idarə olunan mətn redaktorunu yenidən yaradaq. Bu dəfə düymələrin icra etdiyi əmrləri menyular vasitəsilə icra edək. Eyni zamanda menyu bəndlərini proqram yolu ilə deyil, Menyu konstruktoru ilə yaradaq.
Bu redaktorda menyulan belə qruplaşdıraq:
File menyusu:

  • Open - fayl açmaq;

  • Save - yadda saxlamaq;

  • Save as...- faylı necə yadda saxlamaq;

  • Exit -çıxmaq.

Edit menyusu:

  • Undo -ləğv etmək;

  • SelectAll - bütün mətni seçmək;

  • Reset -bərpa etmək

Font and color menyusu:

  • Font - şrift seçmək;

  • Color - rəng seçmək.

Beləliklə, yaradacağımız redaktorun menyu sətri üç menyudan ibarət olacaqdır. Kontekst menyunu isə aşağıdakı bəndlərdən ibarət tərtib edək:

  • Exit - çıxmaq;

  • Reset – bərpa etmək;

  • Color- rəng seçmək;

  • Font-şrift seçmək..

Bu dəfə redaktorda heç bir düymə istifadə etməyəcəyik.
Yeni layihə üçün forma üzərinə Memo, MainMenu, PopupMBUh, OpenDialog, SaveDialog, FontDialog və CoicrZıalof komponentləri yerləşdirin. MainMenu komponentini seçərək, onun mausun sağ düyməsini basıb, kontekst menyudan Menu Designer.... konstruktorunu çağırın. Bu konstruktorda bir seçilmiş boş menyu görünəçəkdir. Obyektlər inspektoruna keçərək Caption xassəsi qarşısında File yazıb Enter klavişini basın. Beləliklə, ilk File menyusu yaradılacaqdır və Delphi ilə menyuya avtomatik olaraq Nl adı verəcəkdir. Bu menyudan sağ tərəfdə, boş yerdə, mausun düyməsini basıb analoji qayda ilə Edit menyusunu və eyni qayda ilə Font and color menyusunu yaradın. Yenidən File menyusu üzərində mausun düyməsini basın. Bu menyuda yeni bir seçiləcəkdir. Obyektlər inspektorunda Caption xassəsinə Open mətni daxil edin. Gələcəkdə hansı prosedurun hansı menyu bəndini icra etdiyini başa düşmək üçün menyu bəndlərinə adlar verək (Name xassəsi). Bu menyuların bir neçəsini klavişlər kombinasiyası ilə icra etmək üçün Exit bəndinin ShortCut xassəsinə Ctrl+E, Undo bəndinə Ctrl+U, SelectAll bəndinə Ctrl+A qiymətləri seçin (öz arzunuzla istənilən menyu bəndi üçün klavişlər kombinasiyası təyin edə bilərsiniz). File menyusunda Exit bəndini digər bəndlərdən ayıraq. Bunun üçün Save as. . . menyu bəndini yaratdıqdan sonra, növbəti təklif olunan bəndin Caption xassəsinə ad deyil, Enter klavişini basın.
Kontekst menyunu yaratmaq üçün, PopupMenu komponentini seçərək, analoji əməliyyatları icra edin. Kontekst menyunun bəndlərini isə belə adlandırın (Name xassəsi): mkExit, mkReset, mkColor, mkFont.
Menyu konstruktorunu bağlayın. Mətn redaktorunda menyu sətri yaradılmış olacaqdır.
İndi Memol komponentini seçin. Redaktorun müştəri oblastının bütün pəncərəni əhatə etməsi üçün onun Align xassəsinə alClient qiyməti verin. Redaktor bütün pəncərə boyu açılacaqdır. Redaktorda fırlatma zolaqlarının olması üçün onun ScrollBars xassəsinə ssBoth (hər iki zolaq var) qiyməti verin. Redaktorun sərlövhəsini (Memol) pozun. Bunun üçün Lines xassəsi qarşısındakı üç nöqtə təsvirli düyməni iki dəfə basaraq açılan pəncərədən Hemol sözünü pozun.
OpenDialogl komponentini seçib Filter xassəsi qarşısında mausun düyməsini basaraq Filter Editor redaktorunu çağırın. Bu redaktorun birinci sütununun birinci sətrinə Mətn faylları *.txt, *.doc, ikinci sütununun həmin sətrində *.txt, *.doc yazın. İkinci sətrin birinci sütununda Bütün fayllar *.*, ikinci sütununda isə *.* yazıb Ok düyməsini basın. Obyektlər inspektorunda CefaultExt xassəsinə 'txt' qiyməti daxil edin. Bütün bu əməliyyatları SaveDialogl komponenti üçün təkrar edin.
Layihə modulunda bütün prosedurlar menyu bəndləri üzərində, OnActivate (forma aktivləşdikdə) proseduru isə forma üzərində mausun düyməsini bir dəfə basmaqla yaradılacaqdır. Əslində modulun bütün prosedurlan (kontekst menyudan başqa) əvvəlki redaktorda düymələr üçün yaradılmış prosedurlardır. Kontekst menyular üçün prosedurlarda isə yeni kodlar yazılmayacaq, sadəcə olaraq əsas menyu bəndlərini imitasiya kodu yazılacaqdır.
Beləliklə, menyularla idarə olunan məm redaktorunun modulunun tam mətni belə olacaqdır:

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin