Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə123/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   125
aminlazım

ShortCut (Key: Word; Shif t: TShif tState) : TSortCut; funksiyasından istifadə etmək lazımdır. Burada Shift parametri idarəedici klavişi, Key isə hərf-rəqəm klavişini göstərir. Məsələn, Ctrl+A klavişlər kombinasiyasını təyin etmək üçün bu funksiya belə yazılmalıdır:
mnuSelectAll.ShortCut: ShortCut (Word('A'), [ssCtrl]);
Break xassəsi - TMenuBreak tipli Break xassəsi menyunun sütünlara bölünməsini təyin edir. Bu xassə aşağıdakı qiymətlərdən birini ala bilər:
mbNone -menyu sütunlara bölünmür (susmaya görə); mbBreak -cari bənddən başlayaraq menyu yeni sütun əmələ gətirir;
mbtBreakBar-cari bənddən başlayaraq menyu xətlə ayrılmış yeni sütun əmələ gətirir.
Checked xassəsi - Boolean tipli Checked xassəsi menyu bəndinin seçildiyini bildirir. Əgər bu xassəyə
True qiyməti verilərsə, onda menyu bəndinin sərlövhəsində xüsusi qeydetmə nişanı əmələ gəlir. Susmaya görə Checked xassəsinə False qiyməti verilmişdir, ona görə də menyu bəndi seçilmir.
Radioltem xassəsi - Boolean tipli Radioltem xassəsi menyu bəndinin sərlövhəsində əmələ gələn qeydetmə nişanının görünüşünü müəyyən edir. Susmaya görə bu xassəyə False qiyməti verilmişdir və qeydetmə nişanı işarəsindən ibarətdir; True qiyməti verildikdə isə belə nişan kimi qalın nöqtə işarəsi təsvir olunur.
Items xassəsi - TMenuItems tipli Items xassəsi menyu bəndlərindən ibarət massivdir. Bu xassə ilə menyunun ayrı-ayrı bəndlərinə Items(O).
Count xassəsi - Integer tipli Count xassəsi menyuda bəndlərin sayını bildirir. Əgər menyuda bənd yoxdursa, həmin menyu üçün Count xassəsi sıfra barabər olur.
Bu ümumi xassələrdən başqa, PopupMenu kontekst menyu komponentinin aşağıdakı xassələri vardır:
AutoPopup xassəsi - Boolean tipli AutoPopup xassəsi obyektin üzərində mausun sağ düyməsini basdıqda kontekst menyunun ekranda peyda olmasını müəyyən edir. Bu xassəyə susmaya görə True qiyməti verildiyindən mausun sağ düyməsini basdıqda kontekst menyu peyda olur. AutoPopup xassəsinə False qiyməti verdikdə isə kontekst menyu peyda olmayacaqdır.
Aligment xassəsi - TPopupAligment tipli Aligment xassəsi kontekst menyunun mausun göstəricisinin hansı tərəfində əmələ gəlməsini müəyyən edir. Bu xassənin aldığı aşağıdakı qiymətlərə uyğun olaraq mausun göstəricisi paLef t - menyunun solyuxarı kənarını (susmaya görə), paCenter - üfqi vəziyyətə görə menyunun mərkəzini, paRight - menyunun sağyuxarı kənarını müəyyən edir.
Komponentin üzərində mausun sağ düyməsini basdıqda kontekst menyunuda əmələ gəlməsi üçün, onun PopupMenu xassəsinə qiymət kimi, tələb olunan kontekst menyunun adı mənimsədilməlidir.
Məsələn, Labell komponentinə aid kontekst menyunun yaradılması üçün proqramda
Labell.PopupMenu:=PopupMenu1;
yazılmalıdır.
Maus və ya klaviatura ilə menyu bəndini seçdikdə baş verən əsas OnClick hadisəsidir. Əksər hallarda, əlavələrdə eyni bir əməliyyat menyu bəndi, həm kontekst menyu və həm də alətlər panelində yerləşən düymə ilə icra olunur. Çünki, həmin əməliyyat eyni bir prosedur (modul) ilə icra olunur. Bunun üçün imitasiya prinsipindən istifadə edilir.
Misal. Menyu bəndinin seçilməsini imitasiyası. procedure TForml.ButtonlClick (Sender: TObject); begin mnuOpen.Click; end;
Burada, Buttonl düyməsi basıldıqda, mnuOpen (ad şərtidir) bəndinin icra etdiyi əməliyyat yerinə
yetiriləcəkdir.
Layihələndirmə zamanı menyuların yaradılması xüsusi konstruktorunda yerinə yetirilir.
Menyuları dinamik olaraq, proqramlaşdırma yolu ilə də yaratmaq mümkündür.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin