Misal. Komponentin rənginin dəyişdirilməsi. Forma üzərinə bir Panel paneli və bir Edit redaktoru yerləşdirin. Panell komponentini seçərək Align xassəsinə alTop qiyməti verin. Sonra Color xassəsinə clGreen qiyməti seçin. Edit redaktorunu seçin, onun Color xassəsinə clRed qiyməti verin. Nəhayət, Forml formasının boş sahəsində mausun düyməsini basaraq Color xassəsi üçün clAqua qiyməti təyin edin. Görəcəksiniz ki, forma açıq mavi, konteyner yaşıl və Edit redaktoru isə qırmızı rənglə rənglənmişdir. Bu əməliyyatları modulda kod vasitəsilə belə yazmaq olar: Panell.Color:=clGreen; Editl.Color:=clRed; Forml.Color:=clAqua; Sabitlərin bu kitabda göstərilməyən digər hissəsindən standart Windows pəncərəsinin Svoystvа:Gkrаn/oformleniesəhifəsində müəyyən olunmuş pəncərə hissələrinə müvafiq rəngləri təyin etmək üçün istifadə edilir. Həmin sabitlərlə Obyektlər inspektorunda tanış olmaq olar. Ctl3D xassəsi. Boolean tipli bu xassə komponentin vizual görünüşünü müəyyənləşdirir. Ctl3D xassəsinin qiyməti False seçilərsə, onda komponent ikiölçülü, True seçildikdə isə üçölçülü olur. Bu xassə bütün komponentlərə xas olmur, məsələn, Label komponenti belə xassəyə malik deyildir. Cursor xassəsi. TCursor tipli Cursor xassəsi mausun göstəricisinin görünüşünü müəyyənləşdirir. Delphi-də mausun göstəricisinin iyirmidən çox əvvəlcədən müəyyənləşdirilmiş növü və onlara uyğun sabitlər mövcuddur. Bu sabitlərin ən əsasları aşağıdakılardır: crDefault-göstəricinin görünüşü susmaya görə müəyyənləşdirilir (adi ox şəklində);crNone-göstərici görünmür;crArrow -göstərici ox şəklindədir;crCross-göstərici xaç işarəsi şəklindədir;crHourGlass-göstərici qum saatı şəklindədir. DragCursor xassəsi. TCursor tipli DragCursor xassəsi komp hərəkət etdirdikdə mausun göstəricisinin görünüşünü müəyyənləşdirir. Bu xassənin qiymətləri Cursor xassəsinin qiymətləri ilə eynidir. DragMode xassəsi. TDragMode tipli DragMode xassəsi komponentin mausla yerinin dəyişdirilməsi (drag-and-drop üsulu ilə) rejimini müəyyən edilir. Bu xassə iki qiymətdən birini ala bilər: dmManual və dmAutomatic. Susmaya görə xassəyə dmManual qiyməti verilmişdir və bu o demərdir ki, BeginDrag metodu çağrılanacan obyektin yerini dəyişmək olmaz. DragMode xassəsinə dmAutomatic qiyməti verildikdə isəistifadəçi obyektin yerini dəyişdirə bilər. Enabled xassəsi. Boolean tipli Enabled xassəsi komponentin aktivliyini müəyyən edir, başqa sözlə, maus və ya klaviaturadan daxil olan məlumata komponentin reaksiyasını müəyyəniəşdirir. Susmaya görə bu xassəyə True qiyməti verilmişdir, yəni komponent aktivdir. False qiyməti verıldikdə isə komponent aktiv olmur. Pont xassəsi. TFont tipli Font xassəsi vizual komponentdə təsvir olunan mətnin şriftini müəyyənləşdirir. Şriftin parametrlərini idarə etmək üçün bir neçə xassələr vardır ki, onlardan ən əsasları aşağıdakılardır: TFontName tipli Name xassəsi şriftin adını, məsələn, Arial, Courier New, Times New Roman və s. bildirir. Qeyd edək ki, şriftin adını bildirən Name xassəsinin komponentin adını bildirən Name xassəsi ilə heç bir əlaqəsi yoxdur. Misal. Labell.Font.Name:='Arial' ; Integer tipli Size xassəsi şriftin punktlarla(1punkt=l/72 düym) ölçüsünü müəyyənləşdirir. Misal. Labell.Font.Size:=14; Integer tipli Height xassəsi şriftin piksellərlə ölçüsünü müəyyənləşdirir. Əgər bu xassənin qiyməti müsbət olarsa, onda sətirlərarası interval ölçüyə daxil olur, şriftin ölçüsü mənfi olduqda isə interval ölçüyə daxil olmur. Misal. Labell.Font.Height:= -11; Label2.Font.Size:= -Labell.Font.Height*72; Burada, baxdığımız Height xassəsinin də komponentin hündürlüyünü bildirən Height xassəsi ilə heç bir əlaqəsi yoxdur. TFontStyle tipli Style xassəsi şrift tərzini müəyyənləşdirir və aşağıdakı qiymətlər kombinasiyasını ala bilər: fsltalic - kursiv; fsBold-yarımqalın;fsUnderline-altdan xətt çəkilmiş; fsStrikeOut-üzərindən xətt çəkilmiş. TColor tipli Color xassəsi şriftin rəngini dəyişdirir. Misal. Labell.Font.Color:= clMaroon; Labell.Color:= clBlue; Burada, Label yazı komponenti üçün mətnin rəngi tünd qırmızı, fonun rəngi isə mavi müəyyənləşdirilmişdir. Şriftin parametrlərini Obyektlər inspektorundan da müəyyənləşdirmək olar. Canvas xassəsi. TCanvas tipli Canvas xassəsi şəkilçəkmə səihi (xolst, kanva) üzərində qrafik işləri yerinə yetirmək üçündür. Xüsusi halda, Canvas xassəsinə şriftin parametrləri daxildir. Canvas xassəsinə Form forması, Label yazısı və Image qrafık obrazları kimi obyektlər malik olur. Şəkilçəkmə daha çox forrnanın səthində yerinə yetirilir. Canvas xassəsi obyektin səthini bildirdiyi üçün, o, adətən Font (şrift), Pen (qələm) və Brush (fırça) kimi alətlərlə birlikdə istifadə edilir. Misal. Formanın səthinə mətnin çıxarılması. Biz, indiyədək həll etdiyimiz məsələlərdə Caption xassəsindən istifadə etməklə formanın sərlövhəsində mətn yazırdıq. İndi isə formanın üzərində mətn yazaq. Bunun üçün forma üzərində Button standart düyməsi yerləşdirib, onun üzərində mausun düyməsini iki dəfə basaraq yunitdə kursorla göstərilən mövqeyə aşağıdakı kodları yazın: Forml.Color:=clAqua;