Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə84/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   80   81   82   83   84   85   86   87   ...   125
aminlazım

Name xassəsi. String tipli Name xassəsi komponentin unikal adını müəyyənləşdirir. Bu xassəyə qiymətlər yalnız latın əlifbası simvolları və ləqəmlərlə verilə bilər.
Hint xassəsi. String tipli Hint xassəsi komponentin oblastında kursoru bir az ləngitdikdə peyda olan məlumatdır. Bu məlumatı həmişə göstərmək üçün Obyektlər inspektorunda Boolean tipli ShowHint xassəsinə True qiyməti vermək lazımdır. Bu xassəyə susmaya görə False qiyməti verildiyi üçün məlumat təsvir edilmir.
PopupMenu xassəsi. TPopupMenu tipli PopupMenu xassəsi mausun göstəricisini komponentin oblastında yerləşdirdikdə onun sağ düyməsini basarkən peyda olan kontekst menyunu göstərir. Kontekst menyunun peyda olması üçün AutoPopup xassəsinə True qiyməti vermək lazımdır, susmaya görə isə ona False qiyməti verilmişdir.
ParentColor xassəsi. Boolean tipli ParentColor xassəsi əcdad-obyektin rəngini bildirir. Komponentin əcdad-obyektin rəngini qəbul etdiyini və ya öz rəngində olduğunu müəyyənləşdirir. True və ya False qiyməti alır.
ParentCtl3D xassəsi. Boolean tipli ParentCtl3D xassəsi əcdad-obyektin həcmini bildirməklə, komponentin onun görünüşünü qəbul edib-etmədiyini müəyyənləşdirir.
True və ya False qiyməti alır.
ParentFont xassəsi. Boolean tipli ParentFont xassəsi əcdad-obyektin şriftlərini bildirməklə, komponentin onun şriftlərini qəbul edib-etmədiyini müəyyənləşdirir.
True və ya False qiyməti alır.
Text xassəsi. TCaption tipli Text xassəsi Caption xassəsinə analoji olaraq komponentlə əlaqədar sətirdən ibarətdir. Lakin, Caption xassəsindən fərqli olaraq, Text xassəsinin qiyməti sərlövhəni deyil, komponentin məzmununu göstərir. Məsələn, Edit, Memo komponentləri üçün Text xassəsinin qiyməti onların daxilində redaktə olunan simvol verilənləri kimi təsvir olunur. Biz komponentləri öyrəndikdə Text xassəsinin tətbiqi ilə çoxlu məsələlər həll edəcəyik.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin