Misal. Label komponentinin sərlövhəsində cari vaxtın göstərilməsi. Forma üzərində Label komponenti yerləşdirib, Obyektlər inspektorunda OnClick hadisəsindən sağ tərəfdə mausun düyməsini iki dəfə basaraq, yunitə aşağıdakı kodları yazın (aydınlıq üçün burada proseduru tam veririk): procedure TForml.Labell.Click(Sender:TObject); begin Labell.Caption:= TimeToStr (Time) ; // Busətriproqramçıyazırend; Layihəni yerinə yetirdikdən sonra (F9 klavişini basmaqla), Labell komponenti üzərində mausun düyməsini basdıqda bu komponentin sərlövhəsində cari vaxt təsvir olunacaqdır. Bu misalda istifadə olunan Time fiınksiyası cari vaxtı göstərir. Caption xassəsi isə TCaption (TString sinfinə analoji) tipli, yəni sətir tipli olduğu üçün, cari vaxt sətir tipinə çevrilməlidir. Belə çevirməni isə TimeToStr funksiyası ("vaxtı sətrə çevir") yerinə yetirir. İdarəedici element klavişlər kombinasiyası ilə seçildikdə OnClick hadisəsi baş vermir. Mausun istənilən düyməsini basdıqda daha iki hadisə baş verir: OnMouseDown -mausun düymələri basıldıqda; OnMouseUp -mausun düymələri buraxıldıqda. Hər iki hadisə TMouseEvent tiplidir. Mausun düymələrini basdıqda ardıcıl olaraq aşağıdakı hadisələr baş verir OnMouseDown, OnClick (sol düymə üçün), OnMouseUp. Bundan başqa, komponent üzərində mausun düyməsini iki dəfə basdıqda, TNotifyEvent tipli OnDblClick hadisəsi baş verir. Bu zaman hadisələr aşağıdakı ardıcılıqla baş verir: OnMouseDown, OnClick, OnMouselİBk, OnDblClick, OnMouseDown, OnMouseUp. Hadisələri modulda kodlar vasitəsilə də yaratmaq olar. Məsələn Buttonl .Click; operatoru Buttonl düyməsinin basılmasmı yerinəyetirir. Mausun göstəricisini komponent üzərində hərəkət etdirdikdə TMouseMoveEvent tipli OnMouseMove hadisəsi baş verir ki, bu hadisə belə təsvir olunur: