Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə95/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   91   92   93   94   95   96   97   98   ...   125
aminlazım

Misal. Edit mətn sahəsinə fokus verilməsi.
if Editl.CanFocus then Editl.SetFocus;
Burada, Editl birsətirli mətn redaktoruna fokus verməzdən (SetFocus) əvvəl onun fokus ala biləcəyi (CanFocus) if operatoru ilə yoxlamr.
Clear metodu. Clear metodu komponentin mətndən ibarət məzmununu pozmaq üçündür.
Misal. Edit mətn sahəsinin təmizlənməsi. Editl.Clear;
Ref resh metodu. Ref resh metodu idarəetmə eliementini yeniləşdirmək üçündür.
Yeniləşmə elementin təsviri və onun konturlarını pozulmasından ibarətdir. Yuxarıda həll etdiyimiz misallardan birində bu metodun tətbiqinin nəticəsini müşahidə etdik.
Perform metodu. Perform metodu pəncərəli idarəetmə elementinə məlumat göndərmək üçündür. Bu funksiyanın forması belədir: function Perform (Msg :Cardinal;
WParam, LParam : Longİnt) : Longİnt.

Mühаzirə 21: Mətnlərin təsviri


Mətn (yarlık) sərlövhəyə malik olmayan idarəedici elementləri işarə etmək üçün tətbiq edilir. Mətnə ən sadə misal olaraq Windows sistemində Pusk (Start) düyməsini basdıqda açılan Əsas menyunun bəndlərini misal göstərmək olar. Hər bir bəndin adı elə mətndir. Bu mətnə yazı, nişan, və ya yarlık deyirlər. Mətnləri təsvir etmək üçün Delphi Label komponentini təklif edir. Yazı, layihə yerinə yetirildikdən sonra, istifadəçi tərəfindən dəyişdirilə bilməyən sadə mətndən ibarətdir.
Komponentin xassələrini öyrənmək üçün Standard səhifəsindən Label komponentini forma üzərində yerləşdirin. Obyektlər inspektorunda onun Caption xassəsi qarşısında Labell adını pozaraq yazın: Mən Delphi sistemini öyrənirəm. Bu mətni daxil etmək üçün Font xassəsi üzərində mausun düyməsini basdıqda peyda olan üç nöqtə təsvirli düyməni iki dəfə basın. Açılan Font (Şrift) dialoq
pəncərəsindən şrifti, onun ölçüsünü, rəngini, tərzini və s. seçə bilərsiniz. Mətn daxil edilən kimi o formada təsvir olunacaqdır. Ola bilər ki, mətn komponentin sahəsinə sığışmasın. Bu halda komponenti seçərək mausla onun ölçüsünü dəyişdirə bilərsiniz. Bundan başqa, komponent daxilində mətni düzləndirmək olar. Bunun üçün TAligment tipli Aligment xassəsindən istifadə edilir ki, bu xassə aşağıdakı qiymətlərdən birini ala bilər:

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin