Bu hadisə emaledicisində yerdəyişmə əməliyyatının mümkünlüyü təhlil olunur: əgər yerdəyişmə mümkündürsə, onda Accept əlamətinə True qiyməti, əks halda isə False qiyməti verilir. OnDragDrop hadisə emaledicisində yeri dəyişdirilən obyektin qəbulu və emalı yerinə yetirilir. Misal. Label yazı komponentinin forma hüdudlarında hərəkət etdirilməsi. Forma üzərinə Label komponenti yerləşdirin. Bu komponentin DragMode xassəsinə dmAutomatic qiyməti verin. Formanı seçib,OnDragOver hadisəsinin qarşısında mausun düyməsini iki dəfə basaraq aşağıdakı kodları yazın: procedure TForml.FormDragOver(Sender, Source:TObject; x,y:integer;State:TDragState; var Accept;Boolean); begin if Source=Labell then Accept:=True else Accept:=False; end; Formaya qayıdın və Obyektlər inspektorunda OnDragDrop hadisəsinin qarşısında mausun düyməsini iki dəfə basaraq əlavə edin: procedure TForml.FormDragDrop(Sender, Source:TObject; x,y:integer); begin Labell.Left=x; Labell.Top:=y; end; F9 klavişini basdıqdan sonra, mausla Labell komponentinin yerini dəyişdirə bilərsiniz. Metodlar Vizual komponentlərlə əlaqədar çoxlu metodlar mövcuddur ki, onlar obyektləri yaratmağa, məhv etməyə, təsvir etməyə, gizlətməyə, onların konturlarını çəkməyə və s. imkan verir. Vizual komponentlər üçün daha ümumi olan bir neçə metoda baxaq. SetFocus proseduru. SetFocus proseduru pəncərəli idarəetmə elementinə daxiletmə fokusu verir. Əgər idarəetmə elementi həmin vaxt fokus ala bilmirsə, səhv baş verir. Ona görə də fokus verməzdən əvvəl, həmia elementin fokus ala biləcəyini yoxlamaq məqsədəuyğundur. Belə yoxlaına CanFocus funksiyası ilə yerinə yetirilir. Bu funksiya Boolean tiplidir, əgar onun qiyməti True olarsa, onda element fokus ala bilər, False olduqda isə element fokus ala bilməz. İdarəetmə elementi o vaxt fokus ala bilməz ki, o qoşulmamış vəziyyətdə olsun və onun Enabled xassəsinin qiyməti Falseolsun.