type TkeyPressEvent=procedure(Sender:TObject; var Key:char) of object; Burada, simvol tipli Key parametri basılan klavişin ASCII kodunu göstərir. Əgər bu parametrə sıfir qiyməti (#0) verilərsə, bu o deməkdir ki, klavişinbasılması ləğv edilir. OnKeyPress hadisəsi idarəedici klavişlərə məhəl qoymur. Caps Lock və Shift klavişləri ilə müəyyən edilən registrlərin vəziyyətini isə nəzərə alır. Tab klavişi basıldıqda OnKeyPress və OnKeyUp hadisələri baş vermir. Misal.OnKeyPress hadisə emaledicisi. Nəticələri üzərində təsvir etmək üçün, formada Panel paneli yerləşdirərək onun Align xassəsinə alTop qiyməti verin. Forma üzərində mausun klavişini basıb, Obyektlər inspektorunun Events səhifəsində, OnKeyPress hadisəsı qarşısında, mausun düyməsini iki dəfə basaraq yunitə aşağıdakı kodları yazın: procedure TForml.FormKeyPress(Sender:TObject; var Key:char); begin Panell.Caption:= Key;end; Layihəni yerinə yetirin. İndi klaviaturada hansı simvol klavişini bassanız, panelin sərlövhəsində həmin klavişə uyğun simvol təsvir ediləcəkdir (registr nəzərə alınmaqla). Lakin, Probel və Enter klavişlərinin təsviri görünməyəcək, Delete, Insert, Esc, F1-F12 və s. kimi klavişlər isə ümumiyyətlə təsvir olunmayacaqdır. Bu klavişlərin təsvirini görmək üçün növbəti misala baxaq. Bunun üçün Alt+F4 klavişlərini basaraq yenidən Delphi-yə qayıdın. Misal. Bütün simvolların təsvir edilməsi. Əvvəlki misalın layihəsini bağlamadan formanı seçib, Obyektlər inspektorunda OnKeyDown hadisəsi qarşısında mausun düyməsini iki dəfə basaraq aşağıdakı kodları yunitə əlavə edin: Procedure TForml.FormKeyDown(Sender:TObject;