Redaktə sətrində simvollar registrini dəyişdirmək üçün TEditCharCase tipli CharCase xassəsi mövcuddur ki, bu da aşağıdakı üç qiymətdən birini ala bilər
Redaktə sətrində simvollar registrini dəyişdirmək üçün TEditCharCase tipli CharCase xassəsi mövcuddur ki, bu da aşağıdakı üç qiymətdən birini ala bilər: ecLovverCase -mətnin simvolları aşağı registrsimvollarına çevrilir; ecNo rma 1 -simvollar registri dəyişmir; ecUpperCase -mətnin simvolları yuxarı registr simvollarına çevrilir. Forma üzərində Edit komponenti yerləşdirib, müxtəlif registrlərdə daxil edilmiş simvollar yığımından ibarət mətn yazaraq bu xassələrin təsirini özünüz yoxlayın. Bundan başqa, simvollar registrini dəyişdirmək üçün AnsiLovverCase və AnsiUpperCase funksiyaları da istifadə oluna bilər. Bu funksiyalar Əlavədə izah edilmişdir. Misal. Mətn sahəsi daxilində simvollar registrinin dəyişdirilməsi. Forma üzərinə iki Edit komponenti və Button düyməsi yerləşdirin. Button düyməsini seçərək OnClick hadisəsini aktivləşdirib aşağıdakı kodları yazın: procedure TForml. ButtonlClick (Sender:TObject); begin Editl.Text: = AnsiLovverCase(Editl.Text); Edit2.Text: = AnsiUpperCase(Edit2.Text); end; Hazır layihədə Editl, Edit2 mətn sahələrinə müxtəlif registrli mətnlər daxil edin. Buttonl düyməsini basdıqda Editl sahəsinə daxil edilən mətn kiçik hərfli mətnə, Edit2 sahəsinə daxil edilən mətn isə baş hərflərdən ibarət mətnə çevriləcəkdir. Birsətirli redaktorda şifrə də daxil etmək olar. Bunun üçün Char tipli PasswordChar xassəsindən istifadə etmək lazımdır. Obyektlər inspektorunda susmaya görə bu xassəyə #0 qiyməti verilmişdir, yəni şifrə istifadə edilmir. Şifrəni kod vasitəsilə də daxil etmək olar: Editl. Passvvord Char: = '*'; Editl.Text:= 'Delphi'; Misal I. Formanın sərlövhəsinin dəyişdirilməsi. Forma üzərinə Label, Edit və Button komponentləri endirərək onları olduğu kimi yerləşdirin. Obyektlər inspektorunda Labell komponentinin sərlövhəsini - Yeni sərlövhəni daxil et, Buttonl komponentinin sərlövhəsini isə Sərlövhəni dəyiş adlandırın, Editl komponentinin Text xassəsindəki Editl mətnini pozub Microsoft Excel 2002 yazın. Buttonl düyməsinin OnClick hadisəsi üçün aşağıdakı kodları yazın: procedure TForml.ButtonlClick(Sender: TObject); begin