Alqoritm, xassələri və təsvir üsulları


Nəticəlik və ya sonluluq xassəsi



Yüklə 121,26 Kb.
səhifə2/5
tarix22.12.2022
ölçüsü121,26 Kb.
#77369
növüYazı
1   2   3   4   5
Alqoritm1

Nəticəlik və ya sonluluq xassəsi bu xassə onu bildirir ki, alqoritm sonlu sayda addımdan sonra başa çatmalı və tamami ilə müəyyən nəticə verməlidir.
Determinə (Müəyyənlik) xassəsi. Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin müəyyənlik xassəsidir. Alqoritmin müəyyən sayda giriş qiymətləri (məsələnin başlanğıc şərtləri) olmalıdır. Bu şərtlər proqram icra olunmamış və ya olunduqca maşına daxil edilə bilər. Alqoritmin yerinə yetirilməsi nəticəsində giriş qiymətlərindən asılı olan bir və ya bir neçə çıxış qiymətləri alınmalıdır.
Alqoritm sadə və səmərəli olmalıdır, yəni alqoritmin nəticəsi (cavabı) mümkün qədər sadə əməliyyatlar vasitəsilə və ən qısa yolla alınmalıdır.
Kütləvilik xassəsi. Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Bu alqoritmin kütləvilik xassəsidir.
Riyaziyyatda və informatikada məsələnin həllinin alqoritmi yerinə yetirilibsə, məsələ qismən həll edilmiş sayılır.
Alqoritmin təsvir üsulları
Mətn şəkildə (adi dildə);
Qrafik – blok-sxem;
Cədvəl;
Proqram (alqoritmik dil).
Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir.
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
A lqoritmin başlangıcı və sonu bu fiqur icərisində yazılır

İlkin verilənlərin daxil edilməsi paraleloqram fiquru ilə təsvirolunur və onun içərisində qiymətləri daxil edilməli olan dəyişənlərin adı yazılır.


Hesanlama blokunun daxilində yerinə yrtirilməli olan əməliyyatlar yazılır.
İçərisində qiyməti çap edilməli olan dəyişənlərin adı yazılır.
Şərtin yoxlanma əmri romb şəklində təsvir olunur. Ödəniləcək şərt onun içərisində yazılır . şərtin ödənilib-ödənilməməsindən asılı olaraq hesablama prosesi iki mümkün istiqamətdən biri üzrə davam etdirilir.
Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə işləyir. Proqramlaşdırmanın əsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən etmək olar:
x : = 5 yazılır və x = 5 olur.
Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir:

  • Məsələnin riyazi qoyuluşu:

  • Nə verilir – ilkin verilənlərin sadalanması;

  • Nə tələb olunur – nəticələrin sadalanması ;

  • İlkin verilənlərin məhdudiyyət şərtləri.

  • Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar.

  • Həll metodu: riyazi modelin optimal istifadə olunması.



Yüklə 121,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin